Icma.az
close
up
RU
Xankəndidə COP Simulyasiya Konfransı öz işinə başlayıb FOTOLAR

Xankəndidə COP Simulyasiya Konfransı öz işinə başlayıb FOTOLAR

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Aprelin 25-27-də Azərbaycanın Xankəndi şəhərində Qoşulmama Hərəkatı Gənclər Təşkilatı (QHGT) və İslam Əməkdaşlıq Gənclər Forumunun (İƏGF) Avrasiya Regional Mərkəzinin birgə təşkilatçılığı ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP) Simulyasiya Konfransı keçirilir. SİA xəbər verir ki, aprelin 26-da tədbirin rəsmi açılışı olub. Açılış mərasimində çıxış edən Qarabağ Universitetinin rektoru Şahin Bayramov yeni təsis olunmuş universitetdə ötən il ölkəmizin ev sahibliyi etdiyi iqlim konfransının simulyasının keçirilməsinin əhəmiyyətindən danışıb.

Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini və COP29-un baş danışıqçısı Yalçın Rəfiyev Azərbaycanın uğurlu COP29 təcrübəsindən bəhs edib və bu xüsusda, Azərbaycan Sədrliyindən xüsusi gözlənti olan iqlim maliyyəsi üzrə qərarın qəbul edilməsinin əhəmiyyətini vurğulayıb. Nazir müavini ötən ilin noyabrında Bakıda keçirilmiş COP29-da əldə olunan mühüm nəticələri, o cümlədən öz təcrübələrini gənclərlə bölüşüb.

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli öz növbəsində iqlim savadlılığının gənclərin iqlim fəaliyyətində iştirakını təmin etmək üçün əhəmiyyətli bir komponent olduğunu bildirib.

Açılış mərasimində QHGT-nin sədri və COP29-un iqlim üzrə gənclər çempionu Leyla Həsənova gənclərə iqlim dəyişikliyi ilə mübarizədə innovativ fikirlər və dayanıqlı həllərlə çıxış etməyə çağırış edib. Sonra İƏT-in Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin baş direktoru Rafiq İsmayılov gəncləri konfrans müddətində aktiv iştirak etməyə çağırıb.

Daha sonra konfransın açılış mühazirəsi ilə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov gənclərə sülh və iqlim sahəsində ölkəmizin təşəbbüsləri, COP29 zamanı qəbul edilmiş İqlim və Sülh fəaliyyətləri üzrə Bakı çağırışı haqqında geniş məlumat verib. Qarabağın işğalı dövründə bu ərazilərin ekoloji dağıntı və kütləvi mina çirklənməsinə məruz qaldığını xatırladan səfir məhz Azərbaycanın birtərəfli şəkildə münaqişənin həll etdiyinin ümümbəşəri əhəmiyyətli bu unikal təbiət bölgəsinin də ekoloji baxımdan qorunmasına yol açdığını xüsusi vurğulayıb.

Konfrans çərçivəsində İƏGF Avrasiya Regional Mərkəzi və Qoşulmama Hərəkatı Gənclər Təşkilatı arasında əməkdaşlıq haqqında “Xankəndi Anlaşma Memorandumu” imzalanıb.

Qeyd olunmalıdır ki, iki günlük konfransda tələbələr ölkələr, beynəlxalq təşkilatlar və media nümayəndələri kimi müxtəlif rollarda çıxış edəcəklər. Tədbir iştirakçıları COP29-un əsas mövzuları və məqsədləri haqqında maarifləndirmək, gənclərin iqlim fəaliyyətində iştirakını artırmaq və iştirakçılar arasında ünsiyyət və ictimai nitq bacarıqlarının inkişafını təşviq etmək məqsədi daşıyır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:251
embedMənbə:https://sia.az
archiveBu xəbər 26 Aprel 2025 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see295

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see281

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see262

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see256

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see253

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see242

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see235

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see230

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see225

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see223

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see223

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see221

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see217

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see213

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see210

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see205

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see203

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see189

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri