Icma.az
close
up
RU
UNEC də Beynəlxalq Türk Dünyası İqtisad konfransı öz işinə başlayıb FOTOLAR

UNEC də Beynəlxalq Türk Dünyası İqtisad konfransı öz işinə başlayıb FOTOLAR

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Konfrans “Ortaq Gələcək: Sosial-iqtisadi innovasiyalar” mövzusunda keçirilib

 Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Türk Dünyası İqtisad Fakültəsinin təşkilatçılığı ilə “Ortaq Gələcək: Sosial-iqtisadi innovasiyalar” mövzusunda Beynəlxalq Türk Dünyası İqtisad konfransı öz işinə başlayıb.

Tədbirin açılış mərasimində UNEC-in prorektoru dosent Gəray Musayev, Türkiyə Respublikasının Azərbaycandakı səfiri Bürol Akgün, Böyük Millət Məclisinin millət vəkili İlyas Topsakal, Türk Dünyası Araşdırmalar Vəqfinin (TDAV) sədri Közhan Yazgan və Özbəkistan Üçrəng RANCH Texnologiya Universitetinin rektoru Curatbek Atacanov çıxış ediblər.

UNEC-in prorektoru dosent Gəray Musayev konfransın məqsədinin Türk Dünyası ölkələrinin sosial-iqtisadi inkişafında qarşılıqlı əməkdaşlığı artırmaq, yeni iqtisadi yanaşmaları və sosial innovasiyaları müzakirə etmək, eləcə də ölkələr arasında təcrübə mübadiləsini gücləndirmək olduğunu qeyd edərək, konfransın işinə uğurlar arzulayb.

Türkiyə Respublikasının Azərbaycandakı səfiri Bürol Akgün Türk Dünyasının tarixindən söz açaraq, türkdilli ölkələr arasında əməkdaşlığın daha da gücləndirilməsinin əhəmiyyətini vurğulayıb. O, konfransın Türk dünyası ölkələrinin elm, təhsil, iqtisadiyyat, texnologiyalar sahəsində yeni fikir və layihələrin müzakirəsi, eləcə də gələcək strategiyaların müəyyənləşdirilməsi baxımından mühüm platforma olduğunu diqqətə çatdırıb.


Türk Dünyası Araşdırmaları Vəqfinin rəhbəri Közhan Yazğan 33 il əvvəl fəaliyyətə başlayan TUDİFAK-ın Azərbaycanla Türk dünyası dövlətləri arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində strateji əhəmiyyət daşıdığını diqqətə çatdırıb. O, fakültənin hər zaman Türk dövlətləri alimlərini, iş adamlarını bir araya gətirərək mühüm elmi tədbirlərə ev sahibliyi etdiyini, bilik və təcrübə mübadiləsində önəmli rol oynadığını qeyd edib.

Böyük Millət Məclisinin millət vəkili İlyas Topsakal çıxışında Türk Dünyası dövlətlərinin sovetlər birliyinin dağılmasından sonra dünya sisteminə inteqrasiyasından söz açıb. O, ilkin mərhələdə iqtisadi sahədə qurulan əlaqələrin zamanla sosial, mədəniyyət, elm, təhsil və digər sahələri də əhatə edərək, daha dərinləşdirildiyini bildirib. Millət vəkili bu əlaqələrin inkişafının Türk Dünyası ölkələrinin birgə gələcəyini daha da möhkəmləndirdiyini qeyd edib.

Özbəkistanın Üçrəng RANCH Texnologiya Universitetinin rektoru Curatbek Atacanov isə çıxışında ölkələrin iqtisadi inkişafının dövlətin möhkəmləndirilməsindəki rolundan danışıb. O, Özbəkistanda həyata keçirilən iqtisadi strategiyanın elm, təhsil, sosial və mədəni sahələrə olan müsbət təsirlərinə toxunaraq, bu inkişafın ölkənin beynəlxalq arenada mövqeyini möhkəmləndirdiyini, Türk Dünyası ölkələri arasında daha sıx əməkdaşlıq və qarşılıqlı faydalı layihələrə yol açdığını vurğulayıb.

Çıxışlardan sonra konfrans “Türk Dünyasında dayanıqlı və yaşıl iqtisadiyyatın yeni dövrü”, “İnformasiyanın idarəedilməsi və süni intellekt”, “Gənclər və iqtisadi inkişaf: yeni nəsil sahibkarliq və startaplar” mövzularında panel iclaslarla davam edib.

İki gün davam edəcək konfransda müxtəlif ölkələri təmsil edən alimlər, tədqiqatçılar, biznes nümayəndələri bilik və təcrübə mübadiləsi aparacaqlar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:158
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 16 May 2025 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see234

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see227

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see211

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see179

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see176

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see158

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see157

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see156

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see147

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see147

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see144

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see141

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see138

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see137

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see137

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see134

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see133

Natan Ake “Vest Hem”ə keçməkdən imtina edib

01 Yanvar 2026 01:17see133

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see131

Mançester Siti nin futbolçusu hələ də Bundesliqa klubunun hədəfindədir

01 Yanvar 2026 00:47see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri