Icma.az
close
up
RU
BDU da “WUF modeli” simulyasiya konfransı keçirilib

BDU da “WUF modeli” simulyasiya konfransı keçirilib

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı Dövlət Universitetində (BDU) 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Güclü dövlətin təməli - Azərbaycan gəncliyi” forumu çərçivəsində “İnklüziv, təhlükəsiz və dayanıqlı şəhərlərin qurulmasında gənclərin rolu” mövzusunda “WUF (Ümumdünya Şəhərsalma Forumu - World Urban Forum) modeli” simulyasiya konfransı keçirilib. İlk dəfə keçirilən simulyasiya konfransı BDU, Gənclər və İdman Nazirliyi və İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Avrasiya Regional Mərkəzinin (İƏGF Avrasiya Regional Mərkəzi) birgə təşkilatçılığı ilə təşkil edilib.

BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov açılış nitqində müasir şəhərsalma siyasətinin elm, texnologiya və insan amilinin vəhdəti əsasında formalaşmalı olduğunu qeyd edib. Bildirib ki, gənclərin bu prosesdə fəal iştirakı davamlı inkişaf üçün mühüm əhəmiyyətə malikdir. Bu istiqamətdə BDU elmi potensialı, beynəlxalq əməkdaşlıqları, gənclər üçün yaratdığı akademik və praktik imkanlar vasitəsilə şəhərsalma və memarlıq sahəsində bilikli, innovativ düşüncəyə malik kadrların hazırlanmasında mühüm rol oynayır.

BDU-nun Protokol sektorunun əməkdaşı Mirhüseyn Tağıyev isə qeyd edib ki, 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı Sərəncam ölkədə şəhərsalma və memarlıq sahələrində müasir, innovativ və dayanıqlı yanaşmaların təşviqinə, urban mühitin keyfiyyətinin artırılmasına, eləcə də gənclərin bu istiqamətdə bilik və bacarıqlarının inkişaf etdirilərək qərarvermə proseslərinə daha fəal cəlb olunmasına mühüm töhfə verəcək.

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) üzrə koordinatoru Abdinnasir Saqar müasir şəhərsalmanın qlobal miqyasda mövcud vəziyyəti, şəhərlərə köç proseslərinin sürətlənməsi, şəhərlərin qarşılaşdığı sosial və ekoloji çağırışlar barədə ətraflı məlumat verib. O, göstəricilərə əsaslanaraq dünya əhalisinin böyük hissəsinin artıq şəhərlərdə yaşadığını, bu prosesin isə inklüzivlik, təhlükəsizlik və dayanıqlılıq prinsiplərinə əsaslanan yeni yanaşmalar tələb etdiyini vurğulayıb. Həmçinin WUF platforması çərçivəsində gənclər üçün yaradılan imkanlardan, onların qlobal urban siyasətlərin formalaşmasında iştirak perspektivlərindən söz açaraq, 2026-cı ildə Azərbaycanda keçiriləcək WUF13 tədbirinin uğurlu nəticələrə nail olacağına inamını ifadə edib.
İƏGF Avrasiya Regional Mərkəzinin baş direktorunun müavini Ramin Həbibzadə gənclərin qlobal və regional səviyyədə baş verən proseslərdə artan rolundan danışıb. O, regional mərkəz tərəfindən gənclər üçün yaradılan beynəlxalq platformalar, təlim və simulyasiya proqramlarının gənclərin bilik və bacarıqlarının inkişafına, beynəlxalq dialoqa inteqrasiyasına mühüm töhfə verdiyini deyib.
Daha sonra simulyasiya konfransının iştirakçıları təmsil etdikləri ölkələri mövqelərinə uyğun olaraq təmsil ediblər.

Konfransın sonunda fərqlənən gənclər sertifikatla təltif olunublar.

Qeyd edək ki, ilk dəfə keçirilən “WUF modeli” simulyasiya konfransı gənclərin nəzəri biliklərini praktik təcrübə ilə birləşdirməsi, beynəlxalq şəhərsalma gündəmini yaxından tanıması və gələcəyin şəhərlərinin formalaşmasında söz sahibi olmaları baxımından əhəmiyyətli platforma kimi qiymətləndirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 Yanvar 2026 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see556

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see480

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see437

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see303

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see299

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see295

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see288

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see283

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see276

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see266

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see252

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see244

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see235

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see223

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see220

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see197

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see189

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see184

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see181

Mətanət A işçilərin maaşının bir hissəsini depozit saxlayırmış

01 Noyabr 2026 11:14see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri