Icma.az
close
up
RU
Xankəndidə daha bir məktəb olacaq

Xankəndidə daha bir məktəb olacaq

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xankəndidə daha bir orta məktəb və uşaq bağçası istifadəyə veriləcək.

Gununsesi.info Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, bunu Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və idarəetmə xidməti Publik Hüquqi Şəxsin icraçı direktoru Telman Kərimli deyib.

O, Xankəndi şəhərində keçirilən “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş Diaspor Gənclərinin VI Yay Düşərgəsi tədbiri çərçivəsində “İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri” adlı paneldə çıxışında ərazidə məskunlaşan əhalinin keyfiyyətli təhsil və tibb xidmətləri ilə təmin edilməsi məqsədilə işlərin davam etdirildiyini vurğulayıb.

T.Kərimli bildirib ki, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində yerləşən tam orta məktəbin və uşaq bağçasının binasında aparılan təmir-tikinti işləri artıq başa çatdırılıb. Xocalı şəhərində, Ballıca, Həsənriz, Talış və Suqovuşan kəndlərində tibb məntəqələri istifadəyə verilib:

“Hazırda Qarabağ Universitetinin İqtisadiyyat fakültəsinin binasının inşası davam etdirilir. Növbəti tədris ilində Qarabağ Universitetində təhsil alacaq tələbələrin yerləşdirilməsi üçün nəzərdə tutulan 7 ədəd 5 mərtəbəli binada əsaslı təmir işləri tamamlanmaq üzrədir və ərazidə abadlıq işlərinə hazırlıq görülür. Universitetin klinikasının tədris korpusunun təmiri üzrə son tamamlanma işləri aparılır”.

Onun sözlərinə görə, ərazidə nəqliyyat infrastrukturunun qurulması ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi ilə Sərsəng su anbarından Ağdərə rayonunun Umudlu kəndinə gedən avtomobil yolunun yenidən qurulması işləri başa çatdırılıb. Suqovuşan – Sərsəng su anbarı – Qozlukörpü – Kəlbəcər, Suqovuşan-Kəlbəcər (9 km) Ağdərə-Ağdam, Əsgəran-Xocalı-Xankəndi-Şuşa və Tərtər-Ağdərə avtomobil yollarının tikintisi davam etdirilir.

Bundan başqa, Xankəndi şəhərində 13600 metr uzunluğunda olan şəhərdaxili yol sahəsinə müvəqqəti asfalt örtüyü çəkilib. Xankəndidə 60 yaşayış və 20 qeyri-yaşayış binasında təmir və yenidənqurma işləri də aparılıb.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:171
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 06 Avqust 2025 20:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see300

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see297

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see292

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see275

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see274

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see268

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see266

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see247

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see232

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see219

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see216

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see215

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see213

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see209

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see203

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see199

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see192

Tuxel İspaniya mediasına sərt reaksiya verdi: “Siz özünüz qalmaqal yaradırsınız”

15 Noyabr 2026 02:17see188

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see187

Yuxusuz gecədən sonra bunu edin

15 Noyabr 2026 02:02see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri