Icma.az
close
up
RU
Xankəndidə dövlət mülkiyyətində olan evlərdən oğurluq edilib

Xankəndidə dövlət mülkiyyətində olan evlərdən oğurluq edilib

Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xankəndi şəhərində dövlət mülkiyyətində olan fərdi evlərdən oğurluq edilib. 

Qaynarinfo-nun məlumatına görə, evlərdən əsasən məişət texnikası və təsərrüfat malları oğurlanıb. Bununla da dövlətə ümumilikdə 1309 manat ziyan dəyib. 

Qısa müddət ərzində hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. O, saxlanılarkən maşınında süngü bıçağı aşkarlanıb. 

Həmin şəxsə Cinayət Məcəlləsinin 177.2.2 (Oğurluq - təkrar törədildikdə), 177.2.3 (Oğurluq - yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) və 228.5-ci (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) maddələri ilə ittiham elan olunub. 

Cinayət işinə Xankəndi Şəhər Məhkəməsində baxılıb. 

Təqsirləndirilən şəxsə 177.2.2 və 177.2.3-cü maddələri ilə  1 il 3 ay, 228.5-ci maddə ilə isə 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Təyin olunmuş cəzaları qismən toplanılıb və müttəhim 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub. Onun ev dustaqlığında saxlanılıdğı 3 ay 20 gün müddət 1 günə 2 gün hesab ilə təyin olunmuş cəzadan çıxılıb və təqsirləndirilən şəxsin üzərində qəti olaraq 10 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

Seyid

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:175
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 24 İyul 2025 18:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see344

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see328

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see322

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see320

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see313

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see292

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see287

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see279

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see263

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see254

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see253

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see241

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see237

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see231

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see212

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see200

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see191

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see182

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see180

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri