Icma.az
close
up
RU
Xankəndidə ev və iş vədinə aldanan Goranboy sakini qızıllarını, mal qarasını itirib

Xankəndidə ev və iş vədinə aldanan Goranboy sakini qızıllarını, mal qarasını itirib

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

Goranboy sakini Xankəndidə həm iş tapmaq, həm də ev sahibi olmaq istəyərkən əlində olan-qalanı da itirib. Goranboy rayonunun Veyisli kəndində yaşayan Leyla Xankəndidə ev və iş adı ilə aldadılaraq, qızılları əlindən, mal-qarası əlindən alınıb.

Bizimyol.info xəbər verir ki, ona qarşı dələduzluqda ittiham olunan Göygöl rayonunun Şəhriyar kənd sakini Səddam Nəbiyev həbs olunub. 1991-ci il təvəllüdlü təqsirləndirilən şəxs 3 il azadlıqdan məhrum edilib.

İttihama əsasən, zərərçəkmiş qadın avtobusda Səddam Nəbiyevin anası ilə söhbət əsnasında tanış olub. Onlar bir-birinə telefon nömrələrini veriblər. Sonra söhbət edərkən Leyla işsizlikdən gileylənib. Əminə Nəbiyeva deyib ki, iş məsələsi ilə əlaqədar oğlu ilə danışacaq, imkan olsa, o, kömək edər.

Səddam Nəbiyev ifadəsində bildirib ki, anası səmimi şəkildə ondan Leylaya üçün aşpaz və ya başqa uyğun iş olub-olmadığını soruşub. Niyyəti də ona kömək etmək olub: “Həmin vaxt mənim borclarım vardı, qaytara bilmirdim”.

Leylaya deyib ki, uşaqlarının, özünün sənədlərini göndərsin, Xankəndidə evlə və işlə təmin olunmasına köməklik göstərəcək. Bunun üçün ilkin olaraq, 3000 manat pul lazım olduğunu bildirib. Lakin Leylanın nağd pulu olmadığına görə o, qızıllarını aparıb lombarda qoyaraq, pul götürüb. Daha sonra Leyladan daha 5600 manat pul alıb. Həmin pulları isə Leyla mal-qarasını satmaqla ona verib.

Mal-qara isə Səddam Nəbiyevin dayısına satılıb. Lakin o bildirib ki, dələduzluqdan xəbərsiz olub. Onun sözlərinə görə, bacısı oğlu ona Goranboyun kəndində mal-qara satıldığını deyib. O da gedib, qiymətdə razılaşıblar, pulunu verib, heyvanları alıb gətirib. Digər məsələlərdən xəbəri olmayıb.

Zərərçəkmiş məhkəmədə bildirib ki, Səddam Nəbiyev onu Xankəndi şəhərinə apararaq, orada ona ev göstərib. Amma həmin evi bəyənməyib. Bundan sonra Səddam başqa ev göstərib. Həmin evdən xoşu gəlib. Bu evin 6000 manata olduğunu deyib, o da razılaşıb. Yəni o demək idi ki, əlavə 2000 manat verməli idi.

“Səddama dedim ki, pulum yoxdur. Səddam dedi ki, dayısı heyvan istəyir. Bundan sonra dayısı Xəlil bizim evə gəldi. Heyvanları 2300 manata almağa razılaşdı. Heyvanları apardı. Pulu Səddama verdi. Səddam məni aldatdı, pulları ələ keçirdi. Onunla barışmamışam, şikayətçiyəm. Mənim ümumilikdə 8600 manat pulumu alıb. Ondan 3000 qaytarıb. 5600 manatımı isə ödəməyib”, - deyə zərərçəkmiş bildirib.

Qeyd edək ki, Səddam Nəbiyev bundan əvvəl də ölüm işinə görə məhkum edilib.

Aytən, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:184
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 08 Oktyabr 2025 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see502

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see311

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see302

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see249

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see248

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see234

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see234

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see232

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see229

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see221

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see220

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see216

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see214

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see211

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see205

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see198

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see197

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see195

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see192

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri