Icma.az
close
up
RU
Rabitəbank Xankəndidə forum təşkil etdi FOTOLAR

Rabitəbank Xankəndidə forum təşkil etdi FOTOLAR

Unikal.az saytına istinadən Icma.az xəbər verir.

6 mart 2026-cı il tarixində "Rabitəbank" tərəfindən Xankəndi şəhərində “Dayanıqlı Gələcək üçün Maliyyə Savadlılığı Forumu” təşkil olunub.

"Unikal" xəbər verir ki, forumun əsas məqsədi sahibkarların və vətəndaşların maliyyə savadlılığının artırılması, bank xidmətləri və maliyyə alətlərinə çıxış imkanları barədə məlumatlandırılması, eləcə də regionda iqtisadi aktivliyin və sahibkarlığın inkişafına dəstək göstərilməsi olub.

Tədbirdə dövlət qurumlarının nümayəndələri, yerli sahibkarlar, iş adamları və müxtəlif sahələri təmsil edən nümayəndələr iştirak ediblər.

Forum çərçivəsində Rabitəbankın Müşahidə Şurasının üzvü, Korporativ İdarəetmə Komitəsinin sədri Rəhman Əliyev çıxış edərək Rabitəbankın fəaliyyəti, inkişaf strategiyası və ölkə iqtisadiyyatına verdiyi töhfələr barədə geniş təqdimat edib. O bildirib ki, Rabitəbank uzun illərdir ölkədə maliyyə inklüzivliyinin artırılması, sahibkarlığın inkişafı və regionların iqtisadi potensialının gücləndirilməsi istiqamətində ardıcıl layihələr həyata keçirir.

Forum zamanı "Rabitəbank"ın müxtəlif istiqamətlər üzrə təqdim etdiyi bank məhsulları və maliyyə alətləri iştirakçıların diqqətinə çatdırılıb.

Daha sonra Qarabağ Ərazi Vergilər Baş İdarəsinin Xidmət şöbəsinin rəisi Orxan Ahənçi də çıxış edib. O, maliyyə savadlılığının sahibkarlıq fəaliyyətinin səmərəli təşkili, vergi öhdəliklərinin düzgün icrası və şəffaf biznes mühitinin formalaşdırılması baxımından mühüm rol oynadığını vurğulayıb. Çıxış zamanı sahibkarlıq subyektləri üçün mövcud vergi mexanizmləri, dövlət tərəfindən həyata keçirilən dəstək tədbirləri və biznes fəaliyyətində maliyyə intizamının əhəmiyyəti barədə fikirlərini iştirakçılarla bölüşüb.

Tədbir çərçivəsində eyni zamanda bankın biznes bankçılığı istiqaməti üzrə təqdim olunan xidmətlər barədə də iştirakçılara məlumat verilib. Çıxış zamanı İslam bankçılığı prinsipləri, beynəlxalq və yerli fondlar hesabına təqdim edilən kreditlər, sahibkarlığın inkişafına yönəlmiş maliyyə proqramları, “Güc xanımlarda” layihəsi və ticarət zəncirinin maliyyələşdirilməsi məhsulları haqqında da məlumat təqdim olunub.

Təqdimatlar zamanı debit və kredit kartları, taksit kartları, əmanət və yığım məhsulları, sığorta xidmətləri, nağd pul kreditləri, lombard kreditləri və ipoteka kreditləri haqqında məlumat verilib. Bununla yanaşı, kredit tarixçəsi və BNG əmsalının kredit qərarlarına təsiri ilə bağlı vacib məqamlar diqqətə çatdırılıb.

Forum çərçivəsində mikro və kiçik sahibkarlığın maliyyələşdirilməsi istiqamətində təqdim olunan kredit məhsulları haqqında da məlumat verilib. Sonda iştirakçıların sualları cavablandırılıb, sahibkarlar üçün maliyyə imkanları və bank xidmətlərinə çıxış mexanizmləri barədə geniş müzakirələr aparılıb.

Qeyd edək ki, tədbirə Qarabağ Təlim Mərkəzi ev sahibliyi edib. Mərkəzin təsisçisi və direktoru Aytən Məmmədova çıxış edərək belə təşəbbüslərin regionda sahibkarlığın inkişafı və maliyyə savadlılığının artırılması baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib. O qeyd edib ki, maarifləndirici tədbirlər sahibkarların maliyyə alətləri və müasir bank xidmətləri barədə məlumatlılığının artırılmasına, eyni zamanda biznes mühitinin daha da inkişafına töhfə verir.

Daha sonra Qarabağ Təlim Mərkəzinin təşkilatçılığı və "Rabitəbank"ın tərəfdaşlığı ilə Xankəndi şəhərində 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə “Qarabağda regional xanımların gücü” adlı sərgi təşkil olunub. Tədbirdə ölkənin 20-yə yaxın müxtəlif regionundan olan xanım sahibkarlar iştirak edib. Sərginin keçirilməsində əsas məqsəd regionlarda fəaliyyət göstərən qadın sahibkarlara dəstək olmaq, onların məhsul və xidmətlərini Qarabağda tanıtmaq, eyni zamanda azad edilmiş ərazilərdə yeni biznes imkanlarının formalaşmasını təşviq etmək olub.

Xüsusilə vurğulamaq lazımdır ki, "Rabitəbank" ölkədə maliyyə savadlılığının artırılması, sahibkarlığın inkişafı və regionların iqtisadi potensialının gücləndirilməsi istiqamətində müxtəlif maarifləndirici təşəbbüslər və layihələr həyata keçirməyə davam edir.

Hal-hazırda “Rabitəbank” ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 31 xidmət məntəqəsi, 78 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması, “Rabita Business” tətbiqi, “RabitaBot” çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.
 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://unikal.az
archiveBu xəbər 12 Mart 2026 16:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see704

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see338

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see337

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see308

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see295

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see294

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see292

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see274

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see270

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see266

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see258

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see249

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see249

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see228

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see225

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see213

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see212

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see208

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see208

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri