Icma.az
close
up
RU
Xankəndidə “Yeni dünya nizamı”na çağırışlar

Xankəndidə “Yeni dünya nizamı”na çağırışlar

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dünən Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə “Yeni dünya nizamına doğru” mövzusunda VII ADA Siyasi Forumu öz işinə başlayıb. Beynəlxalq məclisə 44 ölkədən 80-dən çox nümayəndə dəvət edilib.

ADA Universitetinin rektoru Hafiz Paşayevin, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun, Qarabağ Universitetinin rektoru Şahin Bayramovun, eləcə də Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynovun da iştirak etdikləri konfransda Yaponiya, ABŞ, Birləşmiş Krallıq, Çin, Hindistan, İtaliya, Almaniya, İspaniya, Türkiyə, Rusiya, Qazaxıstan, İordaniya Haşimilər Krallığı və digər ölkələrin ekspertləri, beyin mərkəzlərinin mütəxəssisləri müzakirələrə aktuallıq və ideya zənginliyi gətiriblər.

ADA Universitetinin rektoru Hafiz Paşayev forumun açılış mərasimində deyib: “Şanlı Qələbəmiz xalqımız üçün qürurlu 44 günlük döyüş, azadlıq, böyümə, yeni şəxsiyyətlərin yaranması baxımından fürsət oldu. İndi biz Qarabağ Universitetindəyik. Bundan yaxşı nə ola bilər? ADA Universitetini bugünkü konfransda təmsil etmək çox qürurvericidir”.

Hafiz Paşayev daha sonra qeyd edib ki, beynəlxalq məclis iştirakçı ölkələrin nümayəndələri arasında mühüm əlaqələrin qurulmasına imkan yaradacaq: “Bu gün belə bir mötəbər tədbirin iştirakçıları olan bizim üçün çox önəmli gündür. Bu forumun Qarabağ Universitetində keçirilməsi mühüm əhəmiyyət daşıyır. Biz bu gün Azərbaycanımızın adına sevinirik, lakin mən həm də rəhbərlik etdiyim universitetin adına çox sevincliyəm”. Rektor vurğulayıb ki, forumda müxtəlif ölkələrdən olan nümayəndələrin iştirakı onlar arasında mühüm əlaqələr yaratmaq baxımından da çox önəmlidir.

Qarabağ Universitetinin rektoru Şahin Bayramov isə Xankəndidə keçirilən “Yeni Dünya Nizamına Doğru” mövzusunda 7-ci ADA Siyasi Forumunun açılışında bildirib ki, rəhbərlik etdiyi ali təhsil ocağında tələbələrin keyfiyyətli ali təhsil almaları üçün əlverişli şərait yaradılıb. Qarabağ Universiteti “Yaşam boyu təhsil” layihəsini də diqqətdə saxlayır. Bu da təsadüfi deyil. Çünki həm indiki tələbələr, həm də gələcəkdə Qarabağ Universitetini seçəcək gənclər Azərbaycanın inkişafına mühüm töhfələr verəcəklər. Əsas məqsəd də Azərbaycanın ictimai-siyasi, eləcə də elmi həyatına mühüm töhfələr verən gəncləri yetişdirməkdən ibarətdir.

Rektor daha sonra qeyd edib ki, Qarabağ Universitetində müasir, tədqiqata əsaslanan, innovasiya və tələbə yönümlü təhsil modellərini inteqrasiya edirik: “Ümidvarıq ki, gələcək məzunlarımız və indiki tələbələrimiz köhnə həyatlarını, işlərini tərk edərək bölgəmizdə mənalı dəyişikliklərə səbəb olacaqlar. Biz inanırıq ki, bu məqsədlərə çatmaq üçün Qarabağ Universitetində dünyasəviyyəli akademik mühit yaratmalıyıq. Əlbəttə ki, bunun asan bir iş olmadığını başa düşürük”.

Şahin Bayramovun sözlərinə əsasən, Qarabağ Universitetinin rəhbərliyi innovasiyaları təşviq etməklə rəqəmsal inkişafı sürətləndirməyi qarşıya mühüm vəzifə kimi qoyub. Bunun üçün akademiklər, tələbələr, tədqiqatçılar, biznes ictimaiyyətinin üzvləri, təcrübəçilər, əməkdaşlar bir araya gətirilib. Eyni zamanda, startapları, biznes layihələrini və texnologiyaya əsaslanan təşəbbüsləri dəstəkləyən innovasiya mərkəzi yaratmaq mühüm məqsəd kimi önə çəkilib.

Əlbəttə, bütün bunlar dövrün tələbidir, zamanın gerçəkliyidir, rəqəmsal inkişaf zamanın tələbidir. Rəqəmsallaşma müasir dövrümüzün dinamik sürətlə inkişaf edən, eləcə də bu və ya digər formada milli iqtisadiyyatlara və cəmiyyətlərə öz təsirini göstərən bir prosesdir. Bugün əminliklə qeyd etmək mümkündür ki, informasiya və kommunikasiya texnologiyalarının yeni inkişaf mərhələsinə qədəm qoyması həyatımızın bütün sahələrini transformasiya etmək gücünə malikdir.

Qabaqcıl ölkələrin təcrübəsi də göstərir ki, rəqəmsallaşma prosesi yeni iş yerlərinin açılması, həyat keyfiyyətinin yüksəldilməsi, məhsuldarlığın artırılması, şəffaflığın təmin edilməsi, eləcə də kiçik və orta sahibkarlığın inkişafına töhfənin verilməsi ilə iqtisadiyyata müsbət təsir göstərir.

“Yeni dünya nizamı: İqtisadi transformasiya və rəqəmsal inqilabdan gözləntilər” mövzusunda keçirilən panelin moderatoru ADA Universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadə forum iştirakçılarına müraciətlə bildirib ki, forumda iştirak etmək üçün Füzuli Beynəlxalq Hava Limanından Xankəndiyədək yolda siz bir sıra dağıntıları gördünüz. Lakin bununla yanaşı, Azərbaycanın burada apardığı quruculuq işlərinin də şahidi oldunuz. Azərbaycan Qarabağda quruculuq işlərini davamlı olaraq aparmaqla regionda sülhə töhfə verir.

Yeri gəlmişkən, Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəsi Emin Hüseynov Xankəndidə keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda forumda çıxışında da bu məsələyə toxunub. O, bu gün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında erməni faşizminin yer üzündən vəhşiliklə sildiyi yaşayış sahələrimizin yenidən qurulduğunu diqqətə çatdırıb.

Emin Hüseynov qeyd edib ki, Azərbaycan əraziləri işğal dövründə tamamilə dağıdılıb və məhv edilib. Lakin hazırda aparılan quruculuq işləri Qarabağın regionun mühüm iqtisadi mərkəzinə çevrilməsinə zəmin yaradacaq: “Biz azad edilmiş ərazilərdə ancaq xarabalıq görürük. Bəzi yerlərdə xarabalıq belə qalmayıb. Heç bir mədəni obyekt, toxunulmamış məscid qalmayıb, hətta ağac belə qoymayıblar. Hər şey talan edilib. Bütün bunlar onu sübut edir ki, yenidənqurma prosesi son dərəcə mürəkkəbdir”.

Prezidentin xüsusi nümayəndəsinin sözlərinə görə, hazırda Azərbaycan bir sıra regional infrastruktur layihələrini reallaşdırmaqda davam edir. Burada hava limanı inşa edilib, eyni zamanda, dörd su anbarı, iki su elektrik stansiyası, üç əsas boru xətti inşa olunub. Bundan başqa, səkkiz yaşayış məhəlləsinin tikintisi planlaşdırılır. Onlardan biri artıq inşa edilib. Həmçinin kəndlər layihələndirilir və inkişaf etdirilir. İki yaşayış massivinin üzərində iş gedir, biri artıq inşa olunur. Yenidənqurma layihələri ilə yanaşı, mədəni və tarixi layihələr də var. Bunlar arasında Cümə məscidinin bərpasını qeyd etməliyəm. Bu məscid Ağdamda yerləşir və yeganə tikili idi ki, struktur baxımından salamat qalmışdı, amma başdan-başa təhqir edilmişdi, çünki bu məsciddə donuzlar və inəklər saxlanılmış, tövləyə çevrilmişdi.

Qarabağın kənd təsərrüfatı sektorunda 15-17 min nəfərin işlə təmin olunmasının gözlənildiyini söyləyən Emin Hüseynov bildirib ki, bu, regionda ənənəvi əkinçilik və heyvandarlığın canlanmasına kömək edəcək. Sahibkarlığa və yerli biznesə dəstək nəticəsində isə 10 min –11 500 iş yeri yaranacaq. Bundan başqa, qabaqcıl inkişaf zonalarından biri olan Ağdam Sənaye Parkı istehsal və logistika sektorlarında 5 minə yaxın iş yeri təmin edəcək. Bölgənin mineral ehtiyatlarından istifadə mədənçıxarma və əlaqəli sənaye sahələrində 1500-2000 yeni iş yeri yaradacaq. Mədəni irs obyektlərinin və təbii attraksionların bərpası planları çərçivəsində turizm 1000-1500 iş yeri yaradacaq.

Forumdakı çıxışlarda qeyd edilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində müasir infrastrukturun qurulması, keçmiş məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıdışı və rahat məskunlaşması üçün yeni yaşayış məntəqələrinin inşası sürətlə davam etdirilir.

Diqqətə çatdırılıb ki, “Ərazilərdə təhlükəsiz yaşayışın və dövlət idarəetməsinin təşkili” prioriteti üzrə 2024-cü ilin sonuna 62 min hektardan artıq ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənib. Bu dövr ərzində 1400-dən artıq ailə Laçın, Cəbrayıl, Füzuli, Şuşa və Xocalı şəhərləri, Laçın rayonunun Zabux və Sus kəndləri, Xocalı rayonunun Ballıca kəndinə köçürülüb.

Keçən il ərzində işğaldan azad edilən ərazilərdə 6 ümumi təhsil müəssisəsi fəaliyyətə başlayıb, 3 məktəbəqədər təhsil müəssisəsinin fəaliyyəti təmin olunub. Yaşayış məntəqələrində əlçatan və keyfiyyətli tibb xidmətləri infrastrukturunun qurulması istiqamətində də işlər davam etdirilib. Ərazilərin yüksəkgərginlikli elektrik enerjisi ilə təchizatı üçün 739 kilometr 110 kv-luq, 262 kilometr 330 kv-luq uzunluqda elektrik verilişi xətləri çəkilib, 11 ədəd 110 kv-luq, 1 ədəd 330 kv-luq yarımstansiya tikilib.

Dövlət Proqramı çərçivəsində sahibkarlıq fəaliyyətinin stimullaşdırılması istiqamətində zəmanət-subsidiya mexanizmi ilə bərabər, güzəştli kredit mexanizmi ilə də dəstək tədbirləri davam etdirilib. Eyni zamanda, Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında, ümumilikdə, 400-dən artıq müəssisənin fəaliyyəti təmin edilib. Ağdam Sənaye Parkındakı müəssisələrdə istehsal olunan məhsulların ixracına başlanılıb.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan tarixi qələbə ölkəmizdə yol-nəqliyyat məsələləri ilə bağlı vəzifələri və hədəfləri də yeniləyib. İşğaldan azad edilmiş ərazilərdə dövlət başçısının şəxsi nəzarəti ilə dünyanın ən modern yol infrastrukturunun yaradılmasına başlanılıb. İşğaldan azad edilmiş ərazilərdə Prezident İlham Əliyevin şəxsi nəzarəti ilə dünyanın ən modern yol infrastrukturu yaradılması xüsusilə diqqətdə saxlanılıb.

Qeyd edilib ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında icra olunan layihələrin sayı 44-ə, avtomobil yollarının ümumi uzunluğu isə 3 min 40 kilometrə çatdırılıb. Ötən illər ərzində 7 yolun tikintisi yekunlaşdırılıb. Hazırda tikintisi həyata keçirilən 38 layihənin isə 2025-2026-cı illərdə tamamlanması nəzərdə tutulub. Bundan əlavə, 6 şəhərin (Şuşa, Füzuli, Qubadlı, Zəngilan, Kəlbəcər və Cəbrayıl) daxili yollarının, eləcə də 7 kəndə gedən avtomobil yollarının tikintisi davam etdirilib.

Onu da qeyd edək ki, forumda Fariz İsmayılzadə iştirakçılara Xankəndi barədə məlumat verərək bildirib ki, “Xankəndi – Xanın kəndi” mənasını verir: “Xankəndi qədim Azərbaycan diyarıdır. Bu kəndin təməli Qarabağ xanı tərəfindən qoyulub və ondan sonra Azərbaycan Respublikasının vəsaiti hesabına Azərbaycan memarları, inşaatçıları tərəfindən burada böyük şəhər yaradılıb”.

ADA Forumunun artıq 7-ci ildir ki, keçirildiyini vurğulayan Fariz İsmayılzadə qeyd edib ki, biz bu forumu ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirirdik. Bu il isə bizim yeni tərəfdaşımız var və bu, Qarabağ Universitetidir. Bu universitet bütün Azərbaycanın qürur mənbəyidir. Bu təhsil ocağının böyük hədəfləri və planları var. Onlara bu yolda böyük uğurlar arzulayırıq.

XQ-nin analitik qrupu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Aprel 2025 10:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya siyasətində sabitlik pozulub

01 Sentyabr 2025 08:07see271

Sentyabrın 1 də hava kəskin dəyişir

31 Avqust 2025 14:03see140

İsveçrə ABŞ də qızıl zavodu açmaqdan imtina edib

31 Avqust 2025 15:25see132

Rusiyada saxlanılan miqrant futbolçuları deportasiya gözləyir

01 Sentyabr 2025 01:13see130

Bakıda zəncirvari qəza: İki KamAZ və dörd minik avtomobili toqquşub

01 Sentyabr 2025 01:01see125

İsrail Rusiyaya səfir təyin etdi

01 Sentyabr 2025 00:02see125

Teleqramda möhtəşəm yenilik...

01 Sentyabr 2025 01:17see124

Rəcəb Tayyib Ərdoğan Tiencində Si Cinpinlə görüşüb

31 Avqust 2025 13:51see123

Türk qəhvəsi sevənlər OXUSUN Sən demə...

01 Sentyabr 2025 01:45see122

La Liqa: Barselona dan xal itkisi

01 Sentyabr 2025 01:40see122

Mançester Yunayted dən Vilyarreal a

31 Avqust 2025 12:49see120

Azərbaycan Prezidentinin köməkçisi: Azərbaycan dialoq tərəfdaşı kimi ŞƏT lə sıx əməkdaşlıq edir

31 Avqust 2025 09:25see120

Çindən Azərbaycana idxalın həcmi nə qədərdir?

31 Avqust 2025 11:42see119

Mehmed Fetihler Sultanı nda yeni sima Foto

31 Avqust 2025 10:38see118

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see118

Kurtlar Vadisi nin Mematisi illər sonra FOTO

31 Avqust 2025 15:05see118

İsrail ordusu HƏMAS ın xaricdəki liderlərini hədəf alacaq

31 Avqust 2025 22:01see118

Yer niyə fırlanır və ya fırlanmasa, nələr baş verər?

31 Avqust 2025 19:39see117

Rusiya Kiyev, Dnepr və Zaporojyeyə hücumlara haqq qazandırıb

31 Avqust 2025 11:24see116

Rüfətdən məhsuldar ötürmə

31 Avqust 2025 11:12see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri