Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

A Seriyası: 19 illik rekord təkrarlandı

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Xankəndidə MDB ölkələrinin antiinhisar toplantısı

Xankəndidə MDB ölkələrinin antiinhisar toplantısı

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Dünən Xankəndidə MDB-yə üzv dövlətlərin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilib. Məlumat üçün bildiririk ki, MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurası Birliyin müvafiq orqanıdır. Qurumun yaradılmasında məqsəd antiinhisar siyasəti və rəqabətin inkişafını koordinasiya etməkdir.

MDB çərçivəsində antiinhisar tənzimləməsi sahəsində əməkdaşlığın əsası 1993-cü il dekabrın 23-də Birliyin bütün iştirakçı dövlətlərinin hökumət başçıları tərəfindən razılaşdırılmış Antiinhisar siyasətinin həyata keçirilməsi haqqında müqavilənin imzalanması zamanı qoyulub.

***

Şuranın 61-ci iclasında çıxış edən MDB baş katibinin müavini Denis Trefilov bildirib ki, hazırkı şəraitdə bazarların rəqəmsal transformasiyası üzv ölkələrin antiinhisar orqanlarından nəzarət alətlərinin daim təkmilləşdirilməsini tələb edir. MDB məkanında, o cümlədən marketpleyslər sahəsinə qarşılıqlı fəaliyyətin model prinsipləri və təcrübələrinin hazırlandığını diqqətə çatdıran baş katib müavininin sözlərinə görə, bu alət Birlik dövlətlərinə yeni biznes modellərinin tənzimlənməsinə dair yanaşmaları yaxınlaşdırmağa imkan verir.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov qeyd edib ki, ölkəmiz 2027-2029-cu illərdə rəqabət siyasətini rəqabət neytrallığının gücləndirilməsinə, bazara daxilolma maneələrinin qiymətləndirilməsinə, bazarların diaqnostikasına və məlumatlara əsaslanan tənzimləmənin inkişaf etdirilməsinə yönəldəcək. Onun sözlərinə görə, bu istiqamətlər həmin illər üçün rəqabətin inkişafı və inhisarçılıq fəaliyyətinin qarşısının alınması üzrə Milli Fəaliyyət Planında təsbit edilib.

Müasir rəqabət siyasətinin sürətlə dəyişən bazar münasibətlərinə daim uyğunlaşmalı olduğunun vacibliyini önə çəkən agentlik sədri deyib: “Rəqəmsallaşma, yeni biznes modellərinin yaranması, infrastruktur sahələrində texnoloji dəyişikliklər və qlobal təchizat zəncirlərindəki proseslər antiinhisar tənzimləməsi alətlərinin davamlı olaraq təkmilləşdirilməsini tələb edir. Bu şəraitdə antiinhisar orqanlarının vəzifəsi bazara daxil olmaq imkanlarını genişləndirən, sahibkarlıq fəaliyyətini və investisiyaları stimullaşdıran mühitin formalaşdırılmasından ibarətdir”.

Rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verən E.Bağırov bildirib ki, 2026-cı ildə ölkəmizdə haqsız rəqabət və dominant mövqedən sui-istifadə halları, eləcə də təbii inhisar subyektlərinin hərəkətləri araşdırılıb, qanunla nəzərdə tutulmuş əsaslar olduqda müvafiq qərarlar qəbul edilib. Qeyd olunub ki, Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi MDB ölkələrinə müvafiq Dövlətlərarası Şura çərçivəsində diqqəti rəqəmsal bazarların təhlilinin təkmilləşdirilməsinə və təbii inhisarların tənzimlənməsinə cəmləməyi təklif edir.

E.Bağırov transsərhəd risklərə qarşı mübarizə sahəsində qarşılıqlı fəaliyyətin zəruriliyini də vurğulayıb. O, qarşıya qoyulan vəzifələrin səmərəli həlli üçün MDB-yə üzv dövlətlərin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının mövcud ekspert-analitik resurslarını daha sistemli şəkildə cəlb etməyi təklif edib.

Qırğızıstanın iqtisadiyyat və kommersiya nazirinin müavini Benazir Nurlanova ölkəsinin antiinhisar tənzimlənməsi sisteminin rəqəmsallaşdırılması üzrə fəal iş apardığına diqqət çəkib. Onun sözlərinə görə, xüsusən də qiymətlərin monitorinqi üzrə avtomatlaşdırılmış informasiya sisteminin modernləşdirilməsi aparılır.

Nazir müavini deyib ki, tətbiq edilən tədbirlər ölkənin bütün regionlarında sosial əhəmiyyətli malların pərakəndə qiymətlərini operativ rejimdə izləməyə, onların dinamikasını təhlil etməyə və əmtəə bazarlarının konyunkturasındakı dəyişikliklərə vaxtında reaksiya verməyə imkan verir.

Qazaxıstanın Rəqabətin Müdafiəsi və İnkişafı Agentliyi sədrinin müavini Bolat Sambetov isə bildirib ki, təmsil etdiyi qurum antiinhisar qanunvericiliyinin daha sərt tətbiqinə keçidi, eləcə də İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının tövsiyələrinin tətbiq olunmasını nəzərdə tutan qanunvericilik düzəlişləri zərfini formalaşdırıb. Onun sözlərinə görə, sənəddə qurumun 23 tövsiyəsini əhatə edən düzəlişlər zərfi antiinhisar orqanının işində bir sıra əsaslı dəyişiklikləri nəzərdə tutur.

Tacikistanın Antiinhisar Xidməti rəhbərinin müavini İkromiddin Azizzoda qeyd edib ki, Tacikistan Hökuməti yanında Antiinhisar Xidməti və Qazaxıstanın Rəqabətin Müdafiəsi və İnkişafı Agentliyi antiinhisar siyasəti sahəsində qarşılıqlı fəaliyyət haqqında qüvvədə olan memoranduma düzəlişlər, eləcə də əlavələr paketini hazırlamaq niyyətindədir.

Tacikistan nümayəndəsi çıxışında memorandumun modernləşdirilməsinin ikitərəfli tərəfdaşlıq istiqamətləri spektrini genişləndirməyə, ekspertlərin qarşılıqlı fəaliyyətini gücləndirməyə, rəqabətin qorunması və inkişafı sahəsində birgə fəaliyyətin səmərəliliyini artırmağa imkan verəcəyinə diqqət çəkib.

Özbəkistanın Rəqabət Siyasəti və İstehlakçı Hüquqları üzrə Tədqiqat Mərkəzinin direktoru Olimjon Jumayev isə qeyd edib ki, MDB dövlətlərinin antiinhisar orqanları rəqəmsal platformaların tənzimlənməsi, birja hərraclarının monitorinqi və transsərhəd tədarüklərə nəzarət daxil olmaqla, bir neçə prioritet istiqamət üzrə praktiki əməkdaşlığı gücləndirməlidir. O, informasiya təhlükəsizliyi tələblərinə riayət etməklə öz səlahiyyətləri daxilində qeyd olunan istiqamətlər üzrə materialları təqdim etməyə hazır olduğunu diqqətə çatdırıb.

Avrasiya İqtisadi Komissiyasının rəqabət və antiinhisar tənzimlənməsi üzrə naziri Maksim Yermoloviç bildirib ki, rəhbərlik etdiyi qurum Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şuranın qərargahı ilə birlikdə gələn il MDB məkanında birja ticarəti mexanizmlərinin təkmilləşdirilməsinə yönəlmiş təşəbbüslər hazırlamağı planlaşdırır. Onun sözlərinə görə, hazırkı mərhələdə komissiya vahid birja əmtəə bazarının yaradılması üzrə intensiv iş aparır və artıq bu prosesin gələcək təşkili, o cümlədən ümumi bazarın Birlik dövlətlərinə genişləndirilməsinə dair bir sıra təkliflər formalaşdırıb.

Rusiyanın Federal Antiinhisar Xidməti rəhbərinin müavini Sergey Puzırevski isə çıxışında ölkəsinin Azərbaycanın antiinhisar pozuntuları üzrə təklifini dəstəklədiyini və həmin məsələ üzərində birgə işləmək niyyətində olduğunu vurğulayıb: “Biz bu təşəbbüsü dəstəklədik və hazırkı mərhələdə əsas istiqamətlərin siyahısını müəyyən edəcəyik. Bu istiqamətlərə satınalmalarda iştiraka icazə, onların keçirilmə şərtləri, həmçinin satınalma prosedurlarının iştirakçıları arasında mümkün kartel sövdələşmələri aiddir. Biz konkret aspektləri seçərək növbəti görüşdə müzakirə edəcəyik”.

S.Puzırevski müzakirə edilən mövzunun bilavasitə rəqabətin məhdudlaşdırılması, əhəmiyyətli büdcə xərcləri və kiçik biznesin iri satınalma prosedurlarında iştiraka çıxışının təmin edilməsi məsələlərini əhatə etmək baxımından antiinhisar orqanları üçün çox aktual olduğunu diqqətə çatdırıb.

Xankəndi toplantısında MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 62-ci iclasının Qırğızıstanda keçirilməsi qərara alınıb. Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şuranın sədri vəzifəsinə isə Marat Amarov seçilib.

M.YAQUBZADƏ
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:43
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Oktyabr 2026 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see668

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see439

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see401

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see285

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see279

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see275

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see249

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see244

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see231

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see224

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see220

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see219

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see213

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see212

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see209

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see198

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see198

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see195

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see190

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri