Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Xankəndidə məhkəmə sistemi ilə bağlı konfrans keçirilib

Xankəndidə məhkəmə sistemi ilə bağlı konfrans keçirilib

Icma.az bildirir, Azvision saytına əsaslanaraq.

Ali Məhkəmə, Məhkəmə-Hüquq Şurası və Qarabağ Universitetinin birgə təşkilatçılığı ilə keçirilən konfransda dövlət rəsmiləri, hakimlər, məhkəmə ictimaiyyətinin nümayəndələri, eləcə də universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Açılış nitqi ilə çıxış edən Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunmasının dövlətçiliyin möhkəmlənməsi və hüquqi dövlətin inkişafı baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Qeyd edilib ki, aparılan məqsədyönlü islahatlar məhkəmə-hüquq sisteminin inkişafına, onun müstəqilliyinin və şəffaflığının təmininə xidmət edir. Vurğulanıb ki, elektron məhkəmə sistemlərinin tətbiqi, hakimlərin seçimi mexanizmlərinin təkmilləşdirilməsi və gənclərin hüquq sahəsinə marağının artması bu sahədə mühüm nailiyyətlərdəndir.

Qeyd edilib ki, 1995-ci ildə qəbul olunmuş Konstitusiya Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə müstəqil dövlət quruculuğunun hüquqi bünövrəsini formalaşdırıb. Hazırda ölkəmizdə Konstitusiyanın ideyaları Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir. Çıxışda həmçinin məhkəmə sisteminin müasir tələblərə uyğun qurulması, innovativ texnologiyaların tətbiqi və ədalətə inamın möhkəmləndirilməsinin əsas hədəflərdən olduğu vurğulanıb.
Daha sonra çıxış edən Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsi Elçin Yusubov bildirib ki, Azərbaycan xalqı bu il təkcə Konstitusiyanın qəbulunun ildönümünü deyil, həm də onun prinsiplərinin həyatda bərpası mərhələsini yaşayır. 1995-ci ildə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilmiş Konstitusiya müstəqil dövlət quruculuğunun, insan hüquq və azadlıqlarının təminatçısına çevrilib. Konstitusiyada təsbit olunmuş ərazi bütövlüyü prinsipi Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə aparılan Vətən müharibəsi və antiterror tədbirləri nəticəsində tam bərpa edilib. Bu qələbə təkcə hərbi deyil, həm də hüquqi və konstitusion ədalətin bərpasıdır. Azad olunmuş ərazilərdə aparılan bərpa və məskunlaşma prosesi, o cümlədən Xankəndidə yaradılan müasir infrastruktur, Konstitusiyanın insan rifahı və ədalət prinsiplərinin təzahürüdür.

Qeyd olunub ki, məhkəmə sistemi Konstitusiyanın həyata keçirilməsinin əsas təminat mexanizmidir və islahatlar ədalətə inamı möhkəmləndirir. Elektron məhkəmə sistemi və infrastruktur islahatları ədalətə çıxış imkanlarını genişləndirib, işğaldan azad olunmuş ərazilərdə yeni məhkəmə strukturlarının yaradılması isə ədalətin bərpasında mühüm rol oynayır. Vurğulanıb ki, “Konstitusiya və Suverenlik İli” dövlətin gücünün ədalətli qanun tətbiqində təcəssüm etdiyini xatırladır və hər bir hüquqşünas bu prinsiplərin qoruyucusu olmalıdır.
Qarabağ Universitetinin rektoru Şahin Bayramov çıxışında bildirib ki, suverenlik mövzusuna həsr olunmuş tədbirin məhz Xankəndidə keçirilməsinin xüsusi mənası var. Çünki məhz Xankəndinin azad edilməsi ilə Azərbaycanın dövlət suverenliyi tam bərpa olunub. Qeyd edilib ki, Qarabağ Universiteti bölgədə məskunlaşma prosesinin önündə gedən ali təhsil müəssisəsi kimi təkcə tədris deyil, həm də elmi-tədqiqat və innovativ həllərin hazırlanması istiqamətində fəaliyyətini genişləndirir. Vurğulanıb ki, hüquqşünaslıq ixtisasında yeni dövrün tələblərinə uyğun tədris planı hazırlanır və universitet savadlı, peşəkar hüquqşünasların yetişdirilməsində maraqlıdır. Həmçinin Qarabağ Universiteti ilə Ali Məhkəmə arasında əməkdaşlığın vacibliyi bildirilib və qeyd edilib ki, universitetin müəllimləri arasında artıq hakimlər də fəaliyyət göstərirlər.
Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisi Elşad Nəsirov çıxışında qeyd edib ki, Azərbaycan Respublikası Konstitusiyasının qəbulu müstəqilliyin itirilməsi təhlükəsi ilə üzləşdiyimiz mürəkkəb dövrə təsadüf edib. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə müstəqilliyimizin qorunub saxlanılması xalqımızın xoşbəxtliyidir. Vurğulanıb ki, Konstitusiyamız dünyanın ən məzmunlu və təkmil konstitusiyalarından biridir və o, Azərbaycan xalqının iradəsini əks etdirir. Qeyd edilib ki, Azərbaycan müstəqil dövlət olsa da, suverenliyi yalnız 2020 və 2023-cü illərdə — şəhidlərimizin qanı, xalqımızın birliyi və Ali Baş Komandanın qətiyyəti sayəsində tam bərpa olunub. Çıxışda Konstitusiyamızda təsbit olunan digər müddəalar, qanunun aliliyi, məhkəmə hakimiyyətinin rolundan bəhs olunub.

Bakı Dövlət Universitetinin kafedra müdiri, Məhkəmə-Hüquq Şurasının üzvü Əlizadə Məmmədov Azərbaycan Respublikasının 12 noyabr 1995-ci il Konstitusiyasının əhəmiyyəti və onun beynəlxalq hüquqla əlaqəsindən danışıb. Konstitusiyanın Azərbaycan dövlətinin suverenliyini hüquqi olaraq təsdiqlədiyi və müstəqil dövlətin hüquqi əsaslarını formalaşdırdığı vurğulanıb. Bildirilib ki, 2025-ci ilin "Konstitusiya və suverenlik ili" olaraq qeyd edilməsi, Azərbaycanın suverenliyinin daha da möhkəmləndiyini və ərazi bütövlüyünün bərpasını simvollaşdırır. Qeyd olunub ki, Konstitusiya, həmçinin dövlətin daxili hüququ ilə beynəlxalq hüququn qarşılıqlı əlaqəsini tənzimləyən bir sənəd kimi, məhkəmələrə beynəlxalq hüquq normalarını tətbiq etmək imkanı verir. Bu proses, beynəlxalq hüququn üstünlüyünü və onun Azərbaycan hüququ ilə harmonizasiyasını təmin edir. Konstitusiyanın bəzi maddələri, xüsusən insan hüquqlarına aid olanlar, beynəlxalq hüquq normalarının tətbiqi üçün hüquqi çərçivə yaradır.
Xankəndi Şəhər Məhkəməsinin sədri, Məhkəmə-Hüquq Şurasının üzvü İlkin Abdullayev çıxışında bildirib ki, müstəqilliyin əldə edilməsindən sonra müasir dövrün reallıqlarına cavab verən Konstitusiyanın qəbul olunması zərurət idi. Qeyd edilib ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildə qəbul edilən Azərbaycan Konstitusiyası dövlət tariximizdə ən əlamətdar hadisələrdən biridir. Vurğulanıb ki, məhkəmə hakimiyyəti cəmiyyətin sabitliyini və davamlı inkişafını təmin edən, eyni zamanda iqtisadi inkişafa stimul verən mühüm institutdur. Cəmiyyətin dinamik inkişafı Konstitusiyanın daim təkmilləşdirilməsini və dövrün çağırışlarına uyğunlaşdırılmasını tələb edir. Məhkəmə sisteminin müasirləşdirilməsi bu baxımdan böyük əhəmiyyət daşıyır.
Sonda Ali Məhkəmənin İnzibati Kollegiyasının sədri Xəqani Məmmədov, Kommersiya Kollegiyasının sədri Kəmalə Abiyeva və Mülki Kollegiyanın sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Sənan Hacıyev tələbələr qarşısında çıxış edərək Ali Məhkəmənin fəaliyyəti və rəhbərlik etdikləri kollegiyaların iş istiqamətləri barədə ətraflı məlumat veriblər. Həmçinin, tələbələri maraqlandıran suallar cavablandırılıb
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://azvision.az
archiveBu xəbər 31 Oktyabr 2025 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see650

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see416

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see364

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see266

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see259

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see257

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see242

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see237

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see225

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see219

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see207

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see204

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see203

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see201

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see199

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see194

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see193

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see182

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see182

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri