“Xankəndidə meydana çıxmaq qürurvericidir”
futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.
I Liqa təmsilçisi “Xankəndi” doğma arenasında ilk matçına çıxdı. Komanda “Karvan-Yevlax”a 0:2 hesabıyla uduzdu.
“Xankəndi”nin futbolçusu İbrahim Qədirzadə matçla bağlı “Futbolpress.az“ın suallarını cavablandırdı:
– Xankəndidə ilk oyunu keçirdiniz. Hissləriniz necədir?
– İlk olaraq, bunu bizə yaşadanlara təşəkkür etmək istəyirəm. Xankəndidə meydana çıxmaq, bu torpaqda futbol oynamaq qürurvericidir. Allah şəhidlərimizə rəhbət etsin, qazilərimizə can sağlığı versin. Maraqlı oyun alındı. Azarkeşlərimizə dəstəklərinə görə təşəkkür edirəm. Təəssüf ki, onları sevindirə bilmədik.
– Xal qazanmaq üçün nə çatmadı?
– Gərgin mübarizə gedirdi. Elə oyun idi ki, sanki bir səhv edən uduzacaqdı. Çox məyusuq. Çalışdıq ki, ilk oyunda müsbət nəticə əldə edək, olmadı. İrəliyə baxmalı, daha da məsuliyyətli olmalı və xallar qazanmalıyıq.
– Xankəndiyə qayıdış nəticələrinizə necə təsir edəcək?
– Həqiqətən, çox kömək olacaq. Gələcək matçlarımızda fanatlarımızı qələbə ilə sevindirməyə çalışacağıq.
– Komandanızın potensialı hansı pillələr uğrunda mübarizə aparmağa imkan verir?
– Potensialımız var, sadəcə oyunlarda fərdi çox səhvlər edirik. Bunu düzəltməliyik. İnanıram ki, vəziyyətdən çıxacağıq və yuxarı pillələrə doğru irəliləyəcəyik.
Şahin Cəfərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:31
Bu xəbər 20 Noyabr 2026 10:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















