Xankəndidə regional məşğulluq müzakirəsi
Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Xankəndi şəhərində “Regional məşğulluq ekosisteminin qurulması: işəgötürənlərlə birgə fəaliyyət mexanizmləri” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri tərəfindən Qarabağ və Şərqi Zəngəzurda sakinlərin layiqli yaşayışının təminatı istiqamətində görülən işlərə dair təqdimatlar edilib. Bu istiqamətdə, həmçinin işğaldan azad edilmiş ərazilərimizə köçürülən sakinlərin məşğulluğunun təminatı sahəsində görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub.
İşəgötürənləri maraqlandıran suallar cavablandırılıb, onların təklifləri dinlənilib.
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 12 Sentyabr 2026 01:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















