Xankəndidə şəhər universitet modeli böyük iqtisadi dividendlər vəd edir
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 10 iyun, AZƏRTAC
Şəhər-universitet, universitet-şəhər modelini həyata keçirməyimiz (Xankəndi şəhərindəki Qarabağ Universiteti nəzərdə tutulur – red.), fikrimcə, uzunmüddətli dövrdə bizə böyük iqtisadi dividendlər də verəcək.
Bu fikirləri iqtisadiyyat naziri Mikayıl Cabbarov AZƏRTAC-a və İTV-yə məxsusi müsahibəsində deyib.
Mikayıl Cabbarov bildirib ki, bu, yalnız o şəhərin canlanması, orada tələbə və müəllim-professor heyətinin formalaşması deyil, həmçinin yaradıcı iqtisadiyyatın faktiki olaraq oraya gətirilməsidir.
“Nəzərə almaq lazımdır ki, həm Qarabağda, həm də Şərqi Zəngəzurda bizim hər zaman yaradıcılıqla bağlı tərəfimiz güclü olub. Düşünürəm ki, bugünkü iqtisadi model və yanaşmalar, xüsusilə də Qarabağ Universitetində təhsilin müxtəlif dillərdə həyata keçirilməsi və onun mövcud iqtisadi ekosistemlə bağlantısı, o bölgənin iqtisadi potensialının artırılmasına çox böyük töhfə verəcək”, - deyə nazir vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:178
Bu xəbər 10 İyun 2026 23:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















