Icma.az
close
up
RU
Xankəndidə çağdaş şəhər modeli axtarışı

Xankəndidə çağdaş şəhər modeli axtarışı

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Qarabağda BMT bayrağı altında qlobal müzakirələr

Hər bir millətin gələcəyə baxışı onun təməlini qoyduğu yeni şəhərlərin memarlığında, ruhunda və funksionallığında aydın şəkildə təcəssüm edir. Şəhərlər milli iradənin, innovativ təfəkkürün və sivilizasiya iddialarının canlı salnaməsidir. Bu kontekstdə mürəkkəb tarixi keçmişi ilə yadda qalan Xankəndi şəhərinin bu gün qlobal şəhərsalma dialoqunun mərkəzinə çevrilməsi ölkəmizin strateji planlama gücünün və gələcəyə yönəlik aydın baxışının təntənəsidir.

Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramının (UN-Habitat) birgə təşkilatçılığı ilə III Azərbaycan Milli Şəhərsalma Forumunun məhz Xankəndidə keçirilməsi quruculuğun və beynəlxalq əməkdaşlığın sülhün ən möhkəm təməli olduğunu bütün dünyaya bəyan edən tarixi andır.

Uzun illər beynəlxalq mediada və bəzi siyasi dairələrdə adı münaqişə və separatizmlə paralel çəkilən Xankəndi şəhəri indi BMT kimi qlobal qurumun rəsmi tərəfdaşlığı ilə beynəlxalq əhəmiyyətli tədbirə ev sahibliyi edir. Bu, hüquqi və siyasi reallığın praktiki təzahürüdür. Beynəlxalq münasibətlər sistemində bir tədbirin keçirildiyi məkan onun məzmunu qədər, bəzən isə ondan daha çox əhəmiyyət kəsb edir. Dünyanın 60-dan çox ölkəsinin nümayəndəsinin Xankəndiyə səfər etməsi həmin hökumətlərin bu şəhərin Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu qəbul etməsi deməkdir. Bu, BMT Təhlükəsizlik Şurasının kağız üzərində qalan qətnamələrinin real həyatda, beynəlxalq iştirakla və konstruktiv gündəmlə həyata keçirilməsinin əyani sübutudur. Beləliklə, Bakı heç bir bəyanat vermədən, heç bir siyasi nota göndərmədən, sadəcə, bir şəhərsalma forumu təşkil etməklə suverenliyinə qarşı yönəlmiş bütün sual işarələrini beynəlxalq legitimlik möhürü ilə silmiş olur.

Forumun siyasi təsirinin ikinci mühüm qatı Azərbaycanın beynəlxalq gündəmi formalaşdırmaq və narrativi tamamilə dəyişdirmək bacarığının nümayişidir. Tədbirin mövzusu – “İqlimədavamlı və sağlam şəhərlər naminə: regional tərəfdaşlıqlar və innovativ həllər” – təsadüfən seçilməyib. Bakı Qarabağın bərpasını təkcə dağıdılmış ərazilərin yenidən tikilməsi kimi yox, XXI əsrin ən qlobal problemlərinə cavab verən gələcək laboratoriyası kimi təqdim edir. Azərbaycan “postmünaqişə bərpası” kimi dar çərçivədən çıxaraq, məsələni “iqlim dəyişikliyi”, “yaşıl enerji”, “ağıllı şəhər” və “davamlı inkişaf” kimi universal və pozitiv anlayışlar müstəvisinə keçirməklə bütün dünyaya mesaj verir: Biz keçmişin yaralarını sağaltmaqla yanaşı, bütün bəşəriyyət üçün gələcək modeli qururuq. Bu, həm də ölkənin beynəlxalq imicinin yenidən qurulması üçün son dərəcə uğurlu strategiyadır. Bu yanaşma Azərbaycanı regional münaqişənin tərəfi olmaqdan çıxarır, onu qlobal həllər axtarışında olan məsuliyyətli və innovativ beynəlxalq liderə çevirir. Xankəndi forumu yeni imicin beynəlxalq səhnədə təqdimat mərasimi rolunu oynayır.

Bu strategiyanın zirvəsi isə Xankəndi forumunun gələn il Bakıda keçiriləcək 13-cü Dünya Şəhər Forumuna (WUF13) hazırlıq mərhələsi kimi təqdim edilməsidir. Bu proses Azərbaycanın uzunmüddətli və bir-birini tamamlayan strateji diplomatik kampaniya apardığını göstərir. Gələn il Bakının dünyanın urbanistika paytaxtına çevriləcəyi bir vaxtda, bu məqamın məhz Xankəndidən başlaması dərin simvolik məna daşıyır. BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Anaklaudiya Rossbaxın Xankəndi forumunun 2026-cı ildə keçiriləcək WUF13 ilə birlikdə qlobal şəhər siyasətində dönüş nöqtəsinə çevriləcəyinə əminliyini ifadə etməsi strategiyanın beynəlxalq səviyyədə necə dəstək qazandığının göstəricisidir. Həmçinin gələn il Dayanıqlı İnkişaf Məqsədləri üzrə 11-ci məqsədin (“Davamlı şəhərlər və icmalar”) Qlobal İcmalının da təqdim ediləcəyi bir vaxtda Azərbaycan həmin prosesin mərkəzində yer alaraq təcrübəsini bütün dünyaya uğur hekayəsi kimi təqdim etmək üçün unikal platforma qazanır.

Forumun beynəlxalq təsirinin digər aspekti onun Azərbaycanın son illərdə yürütdüyü aktiv və çoxşaxəli xarici siyasətin məntiqi davamı olmasıdır. Qoşulmama Hərəkatına sədrliyi, COP29 kimi dünyanın ən böyük iqlim sammitinə ev sahibliyi etməsi, indi də Dünya Şəhər Forumu kimi mötəbər tədbirin təşkilatçısı olması dövlətimizin qlobal proseslərə təsir etmək əzminə malik dövlətə çevrildiyini göstərir. Xankəndi forumu qlobal ambisiyaların Cənubi Qafqazdakı yeni reallıqlarla necə sintez edildiyini nümayiş etdirir. Bu, bəzi Qərb paytaxtlarından Azərbaycana qarşı yönələn təzyiq və təcrid cəhdlərinə verilən ən təsirli cavabdır. Bir tərəfdən bəzi dairələr Azərbaycana qarşı qərəzli qətnamələr qəbul etməyə çalışarkən, digər tərəfdən dünyanın 60-dan çox ölkəsi və BMT-nin özü Azərbaycanın suveren ərazisində onunla birlikdə gələcəyi qurmaq üçün bir araya gəlir. Bu mənzərə beynəlxalq münasibətlərdə kimin reallıqdan qopduğunu, kimin isə real siyasət yürütdüyünü açıq şəkildə ortaya qoyur. Xankəndi forumu Azərbaycanın beynəlxalq mövqelərini möhkəmləndirən və ona qarşı yönəlmiş hər hansı təzyiq cəhdini neytrallaşdıran güclü diplomatik qalxan rolunu oynayır.

Forumun Cənubi Qafqaz regionu üçün də mühüm mesajlar daşıdığını açıq-aşkar görmək olar. Azərbaycan Qarabağda apardığı irimiqyaslı bərpa və quruculuq işlərini beynəlxalq ictimaiyyətə nümayiş etdirməklə regionda yeni əməkdaşlıq modelinin mümkünlüyünü göstərir. Bu, dağıdıcılıq və revanşizm ritorikasına qarşı quruculuq və gələcəyə baxış fəlsəfəsinin qoyulmasıdır. Xankəndiyə dünyanın hər yerindən insanların gəlməsi, bu torpaqların artıq münaqişə ocağı yox, beynəlxalq əməkdaşlıq və dialoq məkanına çevrilə biləcəyinin isbatıdır.

Xankəndidə keçirilən III Milli Şəhərsalma Forumu texniki çərçivəsini aşaraq, Azərbaycanın müasir tarixində mühüm siyasi və diplomatik hadisəyə çevrilir. Bu tədbir Azərbaycanın suverenliyinin beynəlxalq səviyyədə təntənəli təsdiqi, postmünaqişə dövrü üçün pozitiv və qlobal əhəmiyyətli narrativin formalaşdırılması, ölkənin beynəlxalq aləmdə artan nüfuzunun və yumşaq gücünün nümayişi, ona qarşı yönələn təzyiqlərə verilən effektiv cavab və bütün region üçün yeni inkişaf modelinin təqdimatıdır. UN-Habitat kimi mötəbər qurumla əməkdaşlıq prosesə beynəlxalq legitmlik qazandırır və Azərbaycanın təşəbbüslərinin qlobal səviyyədə dəstəkləndiyini göstərir. Xankəndi forumu ilə dövlətimiz beynəlxalq münasibətlərin arxitekturasını, regionun gələcək nizamını və Azərbaycanın dünya xəritəsindəki yerini yenidən, daha güclü və daha parlaq şəkildə inşa edir. Bu, sözün əsl mənasında, diplomatiyanın şəhərsalmasıdır.

Kamran BAYRAMOV,
Milli Məclisin deputatı

Xankəndidə keçirilən III Azərbaycan Milli Şəhərsalma Forumu ölkəmizin yeni inkişaf fəlsəfəsinin, iqlimədavamlı gələcəyə baxışının parlaq nümayişidir. Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən birgə təşkil olunan bu mötəbər tədbirə 60-dan çox ölkədən nümayəndənin qatılması ölkəmizin beynəlxalq səviyyədə artan nüfuzunu aydın göstərir. “İqlimədavamlı və sağlam şəhərlər naminə: regional tərəfdaşlıqlar və innovativ həllər” mövzusu bugünün reallığının diktəsidir. İqlim dəyişmələri artıq uzaq gələcəyin problemi olmaqdan çıxıb, bu gün şəhərlərdə yaşayan insanların həyat keyfiyyətinə birbaşa təsir göstərən qlobal çağırışdır. Xankəndi–Bakı formatında keçirilən bu forum gələn il Bakının ev sahibliyi edəcəyi 13-cü Dünya Şəhər Forumuna aparan yolun strateji mərhələsi kimi dəyərləndirilə bilər.

Azərbaycanın mövqeyi həm praktik, həm də simvolik baxımdan mühümdür. Praktik tərəfi ondadır ki, azad edilmiş Qarabağ torpaqlarında sıfırdan inşa olunan şəhərlər artıq müasir urban inkişaf modellərinin tətbiq olunduğu ərazilərə çevrilib. Simvolik tərəfi isə budur ki, uzun illər dağıntılara səhnə olmuş bu torpaqlar indi sülhün, bərpanın və innovasiyanın rəmzi kimi çıxış edir.

Xankəndidə keçirilən forum beynəlxalq əməkdaşlığın gücləndirilməsi, “yaşıl enerji” və dayanıqlı inkişaf prinsiplərinin müzakirəsi baxımından strateji əhəmiyyət daşıyır. UNEP və IOM ilə birgə həyata keçirilən 10 milyon dollarlıq Uyğunlaşma Fondu layihəsi çərçivəsində Xəzəryanı ərazilərdə iqlimədavamlı şəhər və icmaların yaradılmasına dəstək göstərilməsi Azərbaycanın regional liderliyə doğru irəliləyişini təsdiqləyir. Son 22 ildə həyata keçirilən strateji siyasət nəticəsində Azərbaycan siyasi, iqtisadi və mədəni mərkəzə çevrilib. Bu prosesin mərkəzində Prezident İlham Əliyevin iradəsi və tarazlaşdırılmış siyasət kursu dayanır. Ölkəmizin beynəlxalq aləmdə etibarlı tərəfdaş imici möhkəmlənib, şəhərsalma sahəsində qabaqcıl ideyaların müzakirə olunduğu platformalar yaradılıb.

Yusif ŞƏRİFZADƏ
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:86
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 Oktyabr 2025 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see182

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see143

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri