Icma.az
close
up
RU
Xankəndidə təhsilin intibahı: Qarabağ Universiteti regionun intellektual mərkəzinə çevrilir

Xankəndidə təhsilin intibahı: Qarabağ Universiteti regionun intellektual mərkəzinə çevrilir

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xankəndi, 28 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC

İşğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri kompleks yanaşma əsasında həyata keçirilir. Bu yanaşma təkcə infrastrukturun yenilənməsini deyil, eyni zamanda, regionun sosial-iqtisadi reinteqrasiyasını, insan kapitalının inkişafını və əhalinin dayanıqlı şəkildə məskunlaşmasını hədəfləyir. Bu prosesdə təhsilin rolu xüsusi əhəmiyyət daşıyır. Təhsil infrastrukturunun bərpası və yenidən qurulması istiqamətində görülən ardıcıl tədbirlər nəticəsində müasir standartlara cavab verən ali və orta təhsil müəssisələri mərhələli şəkildə fəaliyyətə başlayır. Beləliklə, azad olunmuş torpaqlara elm və təhsil də qayıdır. Bu prosesin bariz nümunələrindən biri Xankəndi şəhərində fəaliyyət göstərən Qarabağ Universitetidir.

AZƏRTAC-ın bölgə müxbirinin Qarabağ Universitetindən hazırladığı reportajı təqdim edirik.

Qarabağda təhsil ənənələri bərpa olunur

Prezident İlham Əliyevin 2023-cü il 28 noyabr tarixli Sərəncamı ilə yaradılan Qarabağ Universitetinin əsas məqsədi regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr hazırlığını təmin etmək, eyni zamanda, Qarabağda tarixən mövcud olmuş təhsil ənənələrini bərpa etməkdir.

2024-cü il sentyabrın 20-də Prezident İlham Əliyev universitetin əsaslı təmirdən sonra açılışında iştirak edib, müəllim və tələbə heyəti ilə görüşüb. Həmin il sentyabrın 23-dən etibarən isə Qarabağ Universiteti 6 fakültə, 27 ixtisas və 1154 tələbə ilə ilk tədris ilinə start verib.

Hazırda universitetdə Pedaqoji, Mühəndislik, Biznes və İqtisadiyyat, İncəsənət, Turizm, Humanitar və sosial elmlər, Tibb və sağlamlıq elmləri fakültələri üzrə 34 ixtisasda kadr hazırlığı həyata keçirilir. Burada auditoriyalar, laboratoriyalar, kitabxana, akt və iclas zalları, idman zalları, yeməkxana və digər inzibati-texniki otaqlar yaradılaraq müəllim və tələbələrin istifadəsinə verilib. Tədris binasının ətrafında salınmış müasir park və yaşıllıq sahələri isə Xankəndinin mərkəzinə yeni görkəm qazandırır. Bundan başqa, universitetin İncəsənət fakültəsinin, Beynəlxalq dil mərkəzinin, Tibb və sağlamlıq elmləri fakültəsinin, Biznes və İqtisadiyyat fakültəsinin binaları Xankəndi şəhərinin mərkəzi məkanlarında yerləşir.

Elçin İbrahimov: "Məqsədimiz Qarabağda Azərbaycan elminin bayrağını dalğalandırmaqdır"

Qarabağ Universitetinin Elm şöbəsinin müdiri, filologiya elmləri doktoru Elçin İbrahimov bu ali təhsil müəssisəsinin yaradılmasını elm adamları üçün həm qürur, həm də böyük məsuliyyət olduğunu bildirir: “Prezidentimiz qarşımızda bu torpaqların elmlə abadlaşdırılması, burada elmin bərqərar olması, elm şəhərciyinin yaradılması kimi missiya qoyub. Biz də Qarabağ Universiteti olaraq bu çağırışa qoşulduq. Məqsədimiz Qarabağ Universitetində Azərbaycan elminin bayrağını dalğalandırmaq, burada aparılacaq elmi işləri düzgün şəkildə istiqamətləndirmək və regionun həm iqtisadi həyatına, həm də elmi həyatına töhfə verməkdir”.

Qarabağ Universitetinin missiyası ölkənin dayanıqlı sosial, iqtisadi və mədəni inkişafına töhfə verə bilən, beynəlxalq standartlara uyğun keyfiyyətli yüksəkixtisaslı kadrlar hazırlamaq, nəticəyönümlü elmi tədqiqatlar aparmaq və innovativ həllər təqdim etməklə cəmiyyətə faydalı xidmətlər göstərməkdən ibarətdir. Bu yanaşma Qarabağ Universitetini regionun inkişafında mühüm intellektual mərkəzə çevirir.

Elm şöbəsinin müdiri qısa müddət ərzində universitetdə aktiv elmi mühitin formalaşdığını da vurğulayıb: “Qarabağ Universitetində çalışan elm adamlarının məqalələrinin nüfuzlu beynəlxalq jurnallarda dərc olunması, universitetin əməkdaşlarının beynəlxalq konfranslarda iştirakı, eyni zamanda, Qarabağ Universitetinin beynəlxalq konfranslara, forumlara ev sahibliyi etməsi burada elmi mühitin nə dərəcədə parlaq və aktiv olduğunun göstəricisidir”.

Universitet kitabxanası tədris və elmi tədqiqat prosesinin əsas dayaqlarındandır

Qarabağ Universitetinin mühüm struktur bölmələrindən olan kitabxana tədris və elmi tədqiqat prosesinin əsas dayaqlarındandır. Müasir standartlara uyğun qurulan kitabxana eyni vaxtda 200 tələbənin istifadəsi üçün nəzərdə tutulub. Burada 6000-dən çox dərslik, dərs vəsaiti və digər ədəbiyyat mövcuddur. Eyni zamanda, tələbələr və müəllimlər “Elektron kitabxana” sisteminin geniş imkanlarından faydalanır, elmi məqalələr, tədqiqatlar və digər akademik materiallarla zəngin olan “Scopus”, “Web of Science” kimi nüfuzlu elmi məlumat bazalarına çıxış əldə edirlər.

“Qarabağ Universitetində təhsil almaq qürurvericidir”

Biznes və İqtisadiyyat fakültəsinin ikinci kurs tələbəsi Duyğu Quluzadə ilə elə kitabxanada həmsöhbət olduq. İşğaldan azad olunmuş ərazidə təhsil almağın yaratdığı mənəvi hisslərdən, universitetdə formalaşan müasir təhsil mühitindən və gələcək planlarından danışan Duyğu deyib: “İşğaldan azad olunmuş ərazidə, Qarabağ Universitetində təhsil almaq çox qürurvericidir. Universitetin açılmasını səbirsizliklə gözləyirdim və qəbul olduğum üçün çox sevinirəm. Müəllimlərimizin çoxu xaricdə təhsil alıb, sonra Azərbaycana qayıdaraq burada dərs deyirlər. Universitetin yataqxanasında tələbələrlə qrup işləri həll edir, imtahanlardan əvvəl yığışıb müzakirə aparır, sual-cavab edirik. Boş vaxtımızda ya əylənirik, ya da Xankəndi şəhərini gəzirik. Dərsdən sonra universitetin kitabxanasından da faydalana bilirik. Buradakı kompüterlərdən istifadə edərək dərslərimizi hazırlayırıq. Xankəndinin təmiz havası və müasir kampus mühiti təhsilimizi daha rahat edir. Ali məktəbi bitirdikdən sonra isə elə Xankəndidə qalaraq işləmək istəyirəm”.

Qarabağda bilik və innovasiya mərkəzi

Qarabağ Universiteti Xankəndidə fəaliyyət göstərən ali təhsil müəssisəsi kimi yalnız elmin və biliklərin inkişafına deyil, həm də azad edilmiş ərazilərdə dayanıqlı sosial və intellektual mühitin formalaşmasına xidmət edir. Buradakı müasir təhsil infrastrukturu, laboratoriyalar, kitabxana və auditoriyalar tələbələrin bilik və bacarıqlarının artırılmasına şərait yaradır.

Universitetdə formalaşan elmi və tədris mühiti, müəllim və tələbələrin fəaliyyəti, eləcə də beynəlxalq elmi əlaqələrin qurulması Qarabağda təhsilin və elmin yenidən bərpasının bariz göstəricisidir. Qarabağ Universiteti azad edilmiş torpaqlarda gələcək nəsillərin inkişafına və regionun sosial-iqtisadi həyatına əhəmiyyətli töhfələr verir, Qarabağda elm və təhsilin yeni ünvanı olaraq fəaliyyətini uğurla davam etdirir. Bütün bunlar onu göstərir ki, Qarabağda elm və təhsil yalnız bərpa olunmur – o, həm də gələcəyi işıqlandırır və yeni nəsillərə yol göstərir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Yanvar 2026 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see289

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see243

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see239

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see230

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see209

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see197

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see179

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see179

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see176

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see164

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see163

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see162

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see158

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see153

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see151

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see147

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see146

Generalın oğlunun təhdid etdiyi fenomen KİMDİR? FOTO

26 Yanvar 2026 17:18see145

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see144

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri