Icma.az
close
up
RU
Xankəndidə terror törətməkdə və polisləri güllələməkdə ittiham olunan Avanesyan məhkəmə qarşısına çıxarılır

Xankəndidə terror törətməkdə və polisləri güllələməkdə ittiham olunan Avanesyan məhkəmə qarşısına çıxarılır

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu il sentyabrın 14-də Xankəndidə silah-sursatla partlayış törədərək terrorçuluqda, o cümlədən həmin vaxt yaralanmış 3 polis əməkdaşını qəsdən öldürməyə cəhddə ittiham olunan Karen Avanesyanın işi üzrə istintaq yekunlaşıb. Onun barəsində cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bizimyol.info xəbər verir ki, Xankəndi şəhərinin erməniəsilli sakini, 1967-ci il təvəllüdlü Karen Avanesyan Cinayət Məcəlləsinin 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11 (xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar ümumi təhlükəli üsulla iki və daha çox şəxsi terrorçuluqla əlaqədar qəsdən öldürməyə cəhd qəsdən adam öldürməyə cəhd), 214.2.3 (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə terrorçuluq törədildikdə), 228.1 (qanunsuz olaraq odlu silah, döyüş sursatını əldə etmə, saxlama və daşıma) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və zor tətbiq etmə) maddələri ilə ittiham olunur.

Xankəndidə baş vermiş terror hadisəsi, o cümlədən polis əməkdaşlarına silahlı hücumla bağlı araşdırmalar Baş Prokurorluğun İstintaq İdarəsində aparılıb.

“İstintaq tədbirlərilə Karen Avanesyanın bir sıra xüsusilə ağır cinayətlər törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Karen Avanesyan ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq məqsədilə terror törətmək üçün Xankəndi ərazisində 2023-cü ilin sentyabr ayına (Azərbaycan ordusu tərəfindən işğaldan azad edilənə qədər) kimi fəaliyyət göstərmiş qanunsuz silahlı birləşmələrdən qalmış odlu silah - “AKMS” markalı avtomat silahı, onun komplekt hissələrini, çox sayda əl qumbaralarını əldə edərək uzun müddət gizlədib. O, bu il sentyabrın 14-də səhər saat 7 radələrində yaşadığı sosial sığınacağı hər hansı bir səbəb bildirmədən tərk edib, gizlətdiyi silah-sursatları götürərək atəşə hazır vəziyyətə gətirib. Saat 9 radələrində yaşayış olmayan başqa bir evə girib mövqe tutmaqla, polis əməkdaşlarının yaxınlaşmasını gözləyib. Onun olduğu yeri müəyyənləşdirməyə çalışan polis əməkdaşlarının sayının çoxluğunu görəndə isə planlaşdırdığı terrorçuluq üçün şəraitin yetişdiyi qənaətinə gələrək, gizləndiyi yerdən avtomatdan ona yaxınlaşan polislərə atəşlər açıb. Ardınca isə əl qumbaralarını polis əməkdaşlarının olduqları yerə ataraq partladıb.

Nəticədə 3 nəfər polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar hadisə yerindən təxliyyə edilərək zəruri tibbi yardımlar gösətirildiyindən həyatlarını xilas etmək mümkün olub.

Dəfələrlə xəbərdarlıqlara baxmayaraq, Karen Avanesyan polislərin qanuni tələblərinə tabe olmaqdan boyun qaçırdığı üçün o, silah tətbiq olunmaqla saxlanılıb. Yaralandığına görə ona zəruri tibbi yardım göstərilib, xəstəxanada müalicə edilib.

Karen Avanesyan barəsində Xankəndi şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Aytən, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:119
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 28 Noyabr 2025 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see267

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see220

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see218

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see202

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see135

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see131

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see131

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see129

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see129

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see128

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri