Xankəndidə Uşaq İncəsənət Festivalı qaliblərinin konserti keçirilib FOTO
Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Xankəndidə Uşaq İncəsənət Festivalı qaliblərinin konserti keçirilib.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, Xankəndi şəhərində Uşaq İncəsənət Festivalının qaliblərinin iştirakı ilə konsert proqramı təşkil olunub.
Azyaşlı musiqiçilərin maraqlı ifaları tamaşaçılarda xüsusi bayram əhval-ruhiyyəsi yaradıb. Xüsusilə uşaqlar üçün nəzərdə tutulan çıxışlar festivalın ən yadda qalan məqamlarından biri olub.
Hazırda şəhərdə bayram coşqusu davam edir. Günün yekununda Xankəndi şəhərinin Zəfər meydanında şəhər günü münasibətilə genişmiqyaslı musiqili konsert proqramı təşkil olunacaq.
Qeyd edək ki, bu gün Xankəndi şəhərində bayram tədbirləri Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyinin və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 20 Sentyabr 2025 16:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















