Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Xankəndidə yaşamaq istəyənlərə yaşıl işıq AÇIQLAMA

Xankəndidə yaşamaq istəyənlərə yaşıl işıq AÇIQLAMA

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

Azad edilmiş ərazilərdə ev almaq artıq hər kəs üçün mümkün olacaq

 Xankəndidə mənzillər satışa çıxarılacaq. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-nın Qarabağ bürosuna verilən xəbərə görə, bunu Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov deyib. Bildirilib ki, Xankəndi şəhərində sahibkarlar tərəfindən çoxmənzilli yaşayış binalarının tikintisinə start verilib. Şəhərdə və ətraf yaşayış məntəqələrində genişmiqyaslı tikinti və bərpa işləri sürətlə davam etdirilir. Regionda sahibkarlar üçün əlverişli investisiya mühiti yaradılıb, infrastruktur layihələri iş adamlarının bu ərazilərə marağını daha da artırıb. Onun sözlərinə görə, şəhərdə sahibkarlar tərəfindən hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi başa çatdıqdan sonra mənzillər satışa çıxarılacaq. Elçin Yusubov bildirib ki, artıq Xankəndidən mənzil almaq istəyən vətəndaşlardan xeyli müraciət daxil olub. Xüsusi nümayəndənin sözlərinə görə, mənzillərin satışı həm nağd şəkildə, həm də kreditlə mümkün olacaq: "Sahibkarların banklarla imzaladığı müqavilələr əsasında vətəndaşlara kreditlə mənzil almaq imkanı yaradılacaq. Bu prosesin şəffaf və rahat həyata keçirilməsi üçün sahibkarlara zəruri dövlət dəstəyi göstəriləcək".

Qeyd olunub ki, Xankəndidə aparılan tikinti və bərpa işləri şəhərin müasir yaşayış məkanına çevrilməsini hədəfləyir.

Müstəqil Jurnalistlərə Texniki və Hüququ Yardım İctimai Birliyinin sədri, əslən Qarabağdan olan Asəf Quliyev Sherg.az-a açıqlamasında qeyd etdi ki, əslində bu çox pozitiv bir qərardır:

- İstənilən Azərbaycan vətəndaşı Gəncədə, Lənkəranda, Qusarda ev ala bilər. Niyə də azad olunmuş ərazilərdə ev almaq, yaşamaq imkanı olmasın? Məlumdur ki, kommersiya məqsədli tikililər Ağdamda var. Və artıq satışa çıxarılıb. İstəyən adam oradan ev ala bilər. Mütləq deyil ki, Ağdam sakini olsun. Eləcə də Xankəndidə. Belə kommersiya məqsədli çoxmənzilli binaların tikilməsi normaldır. Bəzi hallarda bu informasiyalar cəmiyyətdə birmənalı qarşılanmır. Keçmiş məcburi köçkünlər geri qayıtmadan belə kommersiya məqsədli tikililər bir qədər yanlış təsəvvürlər yaradır. Amma məncə, pozitiv addımdır. Təbii ki, bu gün Xankəndidə və digər ərazilərdə bir vaxtlar ermənilərin yaşadığı xeyli yaşayış sahəsi var ki, boşdur. Onlar dura-dura yeni evlərin tikilməsi bir qədər məntiqsiz görsənə bilər. Amma nəzərə almaq lazımdır ki, Azərbaycan dövləti 1988-ci ilə qədər Dağlıq Qarabağda yaşamış ermənilərin Azərbaycanda yaşamaq hüququnu tanıyır. Və bu, dövlət olaraq Azərbaycanın beynəlxalq hüquqa hörmətinin ifadəsidir. Belə olan halda ermənilərə məxsus evlərin başqa kimlərəsə verilməsi düz olmazdı. Doğrudur, bu gün o evlərin bəzisi xidməti mənzil kimi azad olunmuş ərazilərdə yaşayanlara müvəqqəti verilib. Amma dediyim kimi – müvəqqəti. Yeni tikiləcək evlərdə isə artıq bütün Azərbaycan vətəndaşları üçün nəzərdə tutulub. Kim istəsə gedib ala bilər. Bu da bəllidir ki, Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərdə tikinti-bərpa, quruculuq işləri aparır. Sabiq məcburi köçkünlərin doğma yurdlarına qayıdışı proqramı icra olunur, fərdi evlər, yaşayış binaları inşa olunur, infrastruktur qurulur, yenilənir. Eyni zamanda iş adamlarına, sahibkarlara da fəaliyyət imkanı yaradılır. Çox güman ki, bu layihələr mənzil tikintisinin sürətlənməsi, həm də azad olunmuş ərazilərə investisiya cəlb olunması məqsədi daşıyır. Və bu, müsbət yanaşmadır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:573
embedMənbə:https://sherg.az
archiveBu xəbər 16 Noyabr 2025 14:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see815

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see452

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see320

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see295

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see284

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see276

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see275

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see273

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see257

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see248

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see244

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see242

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see240

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see238

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see235

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see233

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see219

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see217

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see215

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri