Icma.az
close
up
RU
Xankəndidə yeni həyat başlayır: Köç edənlər DANIŞDI

Xankəndidə yeni həyat başlayır: Köç edənlər DANIŞDI

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Böyük Qayıdış" proqramı Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə keçmiş məcburi köçkünlərin mərhələli şəkildə geri qaytarılmasını nəzərdə tutan genişmiqyaslı dövlət proqramıdır. Son illərdə bu çərçivədə Xankəndi, Ağdərə və digər bölgələrdə infrastrukturun bərpası, yeni yaşayış məntəqələrinin inşası və sosial xidmətlərin qurulması istiqamətində ardıcıl işlər görülür. Proqramın əsas məqsədi insanların doğma yurdlarına təhlükəsiz və dayanıqlı şəkildə qayıdışını təmin etmək, həmin ərazilərdə normal həyatın və iqtisadi fəallığın bərpasına nail olmaqdır. Bu prosesin davamı olaraq bölgələrə köç karvanları göndərilir və sakinlər uzun illərdən sonra yenidən öz evlərinə qovuşurlar.

Bu gün isə Xankəndi şəhərinə və Ağdərə rayonuna növbəti köç olub.

Redaktor.az köç edənlərin sırasında olan 85 yaşlı Südabə Vəliyeva ilə həmsöhbət oldu:

“Prezidentimizin canı sağ olsun, ömrü uzun olsun! Şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə cansağlığı versin! Prezidentimiz dəmir yumruğu ilə torpaqlarımızı geri aldı, Allah onu qorusun! Ev də verilib, köç etmişik. Qarabağdan 17 yaşımda çıxmışam, indi isə 85 yaşım var. Bu illər ərzində doğma torpaqlarımızın həsrəti ilə yaşamışıq. Hər zaman bir gün geri qayıdacağımıza inanmışıq və bu günü görmək bizə qismət olub”.

Müsahibimiz vurğuladı ki, Qarabağa qayıtmaq çox gözəl hissdir:

“İnsan özünü çox gözəl hiss edir. Doğulduğun, böyüdüyün torpaqlara yenidən qayıtmaq xoşbəxtlikdir. Bu günləri bizə göstərdiyi üçün Allaha şükür edirik. Gedişat insanı kövrəldir. Bu torpaqlarda yenidən həyat qurmaq arzumuz olub. Bu gün Qarabağın abadlaşdığını, yeni evlərin, yolların və yaşayış məntəqələrinin tikildiyini görmək qürurvericidir. Allah dövlətimizi, xalqımızı və vətənimizi daim var etsin”.

Sakinlərdən Elman Vəliyevin sözlərinə görə, vaxtilə vətənə qayıtmağın xəyalını qurublar:

“Vaxt var idi, istəyirdik ki, vətənimizə qayıdaq, şəraitimiz olsun. Bu gün dövlətimiz çox sağ olsun ki, o şəraiti yaradıb. Şəraitdən heç bir narazılığımız yoxdur, çox şükür. Mən Xankəndiliyəm. Xankəndidən çıxanda 8-ci sinifdə oxuyurdum. Çox şükür ki, buradayıq. Hazırda özüm Qarabağ Universitetində mütəxəssis kimi çalışıram. Qarabağ Universiteti yaranan gündən ailəm də mənimlə birlikdə burada işləyir. Beş nəfərik, ailə üzvlərimizlə birlikdə hamımız Xankəndidəyik.

Təəssüratlarım çox gözəldir. Şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə can sağlığı versin, prezidentimizə can sağlığı versin ki, bu günləri bizə yaşatdı. Nə deyə bilərəm, bunu sözlə ifadə etmək çətindir. Çox şükür ki, bu günü görə bildik”.

Aytəkin TOFİQQIZI

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış" mövzusunda dərc olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 19 İyun 2026 18:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see339

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see338

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see332

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see302

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see293

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see292

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see266

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see265

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see254

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see248

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see235

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see233

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see232

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see227

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see226

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see222

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see219

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see216

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see204

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri