Icma.az
close
up
RU
Xankəndiyə gələn turistlətin sayı artıb

Xankəndiyə gələn turistlətin sayı artıb

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Bayram günlərində Xankəndi şəhəri təkcə bayram ab-havası ilə deyil, həm də yerli, xarici qonaqların yaratdığı  canlanma ilə xüsusi diqqət çəkir. 

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Cebheinfo.az"-a verilən məlumata görə, bu günlərdə Xankəndi şəhərinə gələn qonaqların sayında xeyli artım qeydə alınıb.

Qonaqlar Xankəndidə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərini, şəhərin sürətlə dirçəldiyini və yeni sima qazandığını yüksək qiymətləndirirlər. 

Bərdə rayon sakini, Bərdədən Xankəndiyə qonaq gələn Fəzail Səfərov bayram təəssüratlarını bölüşərək bildirib ki, bu şəhərdə olmaq hər bir azərbaycanlı üçün böyük mənəvi dəyər daşıyır:

“Xankəndiyə bayram günlərində gəlmək sözlə ifadə olunmayacaq qədər qürurvericidir. İllər boyu həsrətində olduğumuz torpaqlarda bu gün bayram sevinci yaşamaq, azad və abad bir şəhəri görmək insanı kövrəldir. Bu günləri bizə yaşadanlara minnətdarıq”.

Füzulidən Xankəndiyə gələn Rəsul Hümbətov isə burada hökm sürən bayram ovqatının xüsusi olduğunu vurğulayıb:

“Xankəndidə bayram tamam başqa hissdir. Burada hər addımda dövlətin gücünü, xalqımızın birliyini hiss edirsən. Şəhərin dirçəlməsi, insanların üzündəki sevinc gələcəyə olan inamımızı daha da artırır”.

Xocalı rayonu sakini olan, Goranboydan Xankəndiyə gələn Allahverən Kərimov da bayram günlərində doğma torpaqlarda olmağın onun üçün böyük qürur mənbəyi olduğunu deyib:

“Bu gün Xankəndidə bayramı qarşılamaq mənim üçün tarixi bir anıdır. Şəhidlərimizin qanı ilə azad edilən bu torpaqlarda sülh, əmin-amanlıq və bayram sevinci görmək hər birimizi kövrəldir. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

Bayram günlərində Xankəndiyə axın edən qonaqların sayı şəhərdə yaranan yüksək əhval-ruhiyyəni daha da artırır.

Qeyd edək ki, Xankəndinin bayram günlərində yerli və xarici qonaqlar üçün cəlbedici məkana çevrilməsi ölkəmizin doğma torpaqlarında qurulan yeni həyatın və parlaq gələcəyin göstəricisidir.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 01 Yanvar 2026 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see463

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see368

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see357

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see356

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see332

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see327

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see284

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see266

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see262

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see248

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see242

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see238

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see236

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see234

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see226

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see221

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see217

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see209

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see197

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri