Icma.az
close
up
RU
Xaraba qoyduğumuz evimiz KÜNCDƏN BAXIŞ

Xaraba qoyduğumuz evimiz KÜNCDƏN BAXIŞ

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Elçin Bayramlı

Son onilliklərdə ekoloji problemlər bəşəriyyət üçün ən təhlükəli çağırışlardan birinə çevrilib. Təbii fəlakətlərin sayı, gücü və dövriliyi sürətlə artmaqda, iqlim dəyişiklikləri qlobal miqyasda sabitlik üçün ciddi problemlər yaratmaqdadır. Dünyanın bir çox bölgələrində quraqlıq genişlənir, çaylar və göllər tədricən yoxa çıxır, buzlaqlar əriməkdə, meşələr isə kütləvi şəkildə məhv edilməkdədir. Bu proseslərin əksəriyyəti təbii deyil, məhz antropogen təsirlərin- yəni insan fəaliyyətinin nəticəsidir.

Sənaye və iqtisadiyyatın nəzarətsiz inkişafı, faydalı qazıntıların vəhşicəsinə istismarı, hərbi və iqlim sınaqları kimi fəaliyyətlər təbiətə ağır zərbə vurur. İnsan öz mənafeyini düşünərək ekoloji tarazlığı pozmuş, nəticədə Yer kürəsi öz-özünü bərpa etmək gücünü itirməyə başlamışdır. Alimlər və beynəlxalq ekoloji mərkəzlər bu vəziyyəti ciddi xəbərdarlıq kimi qiymətləndirir, yaxın gələcəkdə qlobal kataklizmlərin- quraqlıq, su böhranı və iqtisadi tənəzzül kimi proseslərin baş verə biləcəyini proqnozlaşdırırlar.

Hazırda planetin orta temperaturunun 3°C-yə qədər artacağı ehtimal edilir. Halbuki dünya ölkələri bu artımı cəmi 1°C aşağı salmağa çalışsalar da, sənaye maraqları və iqtisadi gəlirlər bu məqsədə çatmağa mane olur. Xüsusilə iri dövlətlər, o cümlədən ABŞ, ekoloji məsuliyyətdən yayınaraq beynəlxalq protokollara qoşulmaqdan imtina edir. Halbuki, ABŞ təkbaşına atmosferə buraxılan zərərli qazların təxminən 40%-nə görə məsuliyyət daşıyır.

Qlobal kapitalist iqtisadiyyatının əsas problemi nəzarətsiz istehsal və istehlak çılğınlığıdır. Tələbatdan artıq istehsal, təbii ehtiyatların məhdudiyyətsiz istismarı və kimya sənayesinin inkişafı təbiətin özünü bərpa etmə qabiliyyətini tükəndirir. Hərbi sənayenin genişlənməsi və yeni texnologiyaların sınaqdan keçirilməsi də ekoloji tarazlığa ciddi zərbə vurur.

Bu gün okeanların dərinliklərində təxminən 15 milyon ton plastik tullantı mövcuddur və hər il əlavə 1 milyon ton plastik dənizlərə atılır. Torpaq və su mənbələri zəhərlənir, tullantıların idarə olunması isə artıq çıxış yolu kimi effektiv deyil. Onların utilizasiyası və yenidən emalı çox baha başa gəlir, buna görə də proses idarəolunmaz səviyyəyə çatmışdır.

Alternativ enerji növləri də, təəssüf ki, tam ekoloji təhlükəsiz deyil. Günəş panellərinin istehsalı zamanı zərərli kimyəvi maddələrdən istifadə olunur, bu da istehsal mərhələsində ətraf mühitə mənfi təsir göstərir. Eyni zamanda su elektrik stansiyaları su dövranının təbii balansını pozur, külək stansiyaları isə hava axınlarının istiqamətini dəyişdirir. Yəni “təmiz enerji” anlayışı hələ də nisbi xarakter daşıyır. Bütün bu proseslər nəticəsində xəstəliklər artır, insanların ömrü qısalır, yeni virus və bakteriyalar meydana gəlir. Canlı aləm məhv olur, ekosistemin təbii tarazlığı pozulur.

Artıq 30–40 il əvvəl ekoloqlar tərəfindən verilmiş xəbərdarlıqlar öz təsdiqini tapmaqdadır. Əgər gəlir və iqtisadi maraqlar insan sağlamlığı və planetin rifahından üstün tutulmağa davam edərsə, dünyanın xilası getdikcə daha da mümkünsüz hala gələcək. Bunun üçün hər bir fərd təbiətə qarşı məsuliyyətli davranmalı, dövlətlər isə istehsal, sənaye və enerji siyasətlərini ekoloji təhlükəsizlik prinsiplərinə əsaslandırmalıdır.

Bəşəriyyət nəhayət başa düşməlidir ki, bu planet bizim ümumi evimizdir və məlum olan bütün kainatda gedə biləcəyimiz bircə dənə başqa ev yoxdur. Əgər evimizi xaraba qoyuruqsa, bu, özümüzü məhv etməyə başlamışıq deməkdir. İndi bizim 2 yolumuz var- ya evimizi və özümüzü məhv etməyə davam edəcəyik, ya da gəlir və komfort həyat naminə təbiəti məhv etməkdən əl çəkib sadə və ekoloji təmiz həyat yaşamayacağıq. 3-cü yol yoxdur!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:264
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 27 Oktyabr 2025 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see343

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see334

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see325

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see316

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see311

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see303

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see297

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see286

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see279

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see275

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see252

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see235

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see232

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see223

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see220

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see215

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see198

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see188

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see182

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri