Icma.az
close
up
RU
“Xarakterimizi göstərərək, oyunu qalib başa vurduq” Jorj Kaşkilya İdmanXəbər

“Xarakterimizi göstərərək, oyunu qalib başa vurduq” Jorj Kaşkilya İdmanXəbər

Idmanxeber.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu gün Misli Premyer Liqasında 12-ci turun son matçında “Neftçi” doğma meydanda “İmişli”yə 2:3 hesabı ilə məğlub olub.

İdmanxeber.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında “İmişli”nin baş məşqçisi Jorj Kaşkilya jurnalistlərin suallarını cavablandırıb:

“Oyunçularımı təbrik edirəm. Gözəl qalibiyyət oldu. Fantastik oyunumuzun nümunəsi idi. Bilirik ki, “Neftçi” böyük rəqibdir. Yaxşı hazırlaşmışdıq. Onların oyununa qarşı öz oyunumuzu ortaya qoya bildik. “Neftçi”nin taktikasının necə olacağını bilirdik, koridorlarda boşluq olacağını ehtimal edirdik. Bundan da istifadə edə bildik. Oyunumuz çətin başladı, qapımıza 10-cu dəqiqədə penalti təyin edildi. Amma oyunu bərabərləşdirə bildik. Hesabda geri düşsək də, komanda güclü xarakter, psixoloji hazırlığını göstərdi. “Neftçi” kimi böyük komandaya qarşı oyundan çox razı qaldım. “Neftçi”yə səfərdə qalib gəlmək böyük xarakter tələb edir. Xarakterimizi göstərərək, oyunu qalib başa vurduq. “Neftçi”ni təbrik edirəm,yaxşı oyun göstərdilər. Onlardan daha üstün idik”.

– “İmişli” bu gün Bakıya qələbə üçün gəlmişdi, yoxsa bir xal da kifayət edəcəkdi?

– Oyundan qabaq həmişə futbolçularla danışanda, onları qalibiyyətə yönəldirik. Əgər rəqibimiz bizdən daha güclü oyun göstərəcəksə, məqsəd uduzmamaqdır. “İmişli” üçün hər bir xal qazancdır. Üç xal fantastik nəticədir. Futbolçulara hər oyundan qabaq qalib gəlmək mentaliteti yönəldilir.

– Xarakteri kənara qoysaq, “İmişli” nəyin hesabına qalib gəldi? Sizdə nə var idiki, “Neftçi”də yox idi?

– “Neftçi” barədə yox, öz komandam barədə danışa bilərəm.

– “Neftçi”yə qarşı birinci və bugünkü oyunu necə müqayisə edərdiz?

– Birinci oyunla bugünkü oyun arasında fərq çox böyükdür. Çünki bizə mövsümün əvvəlində yeni komanda qurmaq üçün böyük iş lazım idi. Komanda I Liqadan gəlmişdi, hazır deyildi. Onda tam fərqli “İmişli” idi. Artıq 4 ay keçib və komanda öz oyununu tapıb. “Neftçi” ilk komanda deyil ki, biz 3 qol vururuq. İndi “İmişli”nin məqsədləri daha yüksəkdir. Qol vurmaq və hücumameyilli oyun göstərmək niyyətimiz var.

– Son dəqiqələrdə iki legioner hücumçunuzu yerli futbolçu ilə dəyişdiz. Sanki onda özünüz də 2:2 hesabına razılaşmışdınız?

– Burada xal məsələsi deyildi. Almeyda və Juninyo oyun ərzində çox qaçdılar. Fiziki cəhətdən komandanı yeniləmək lazım idi. “Neftçi”nin keyfiyyəti yüksəkdir. Sonlarda onların çox şansı var idi. Ona görə dəyişiklik etdik ki, fiziki və mental cəhətdən müqavimət göstərə bilək.

– Qışda rəhbərliklə söhbət edəcəksiz ki, komandaya yeni transferlər cəlb edilməsi üçün büdcə artırılsın?

– Qışda oyunçuları almaq daha çətin olur. Adətən də bizim kimi komanda üçün. Biz “Qarabağ”, “Neftçi” səviyyəsində deyilik ki, bahalı oyunçuları ala bilək. Bu barədə düşüncələr yoxdur. Avrokuboklar filan, hətta dördlüyü də düşünmürük. Yeni  yaranmış komandayıq. Əsas məsələ odur ki, stabilliyi qoruyaq və potensialları ortaya qoyaq. Texniki heyət, məşqçilər oyunçuları maksimum səviyyəsini qaldırmağa çalışırlar. Məqsədimiz odur ki, bu mövsüm Premyer Liqada stabil komanda olaq. Ona görə də, qışda oyunçu almaq barədə düşüncələr yoxdur. Hazırkı komandanı maksimuma çıxarmaq istəyirik. 

– Bəs, ölkə kubokuna yanaşmanız necə olacaq? Növbəti rəqibiniz kubokun sonuncu qalibi və bu mövsüm Premyer Liqada məğlub etdiyiniz “Sabah”dır…

– Biz oyunçularımızı hər matçdan qabaq qələbəyə hazırlayırıq. Hər matçda qalib gəlmək istəyirik. Favorit “Sabah”dır. Onlar görür ki, biz “Neftçi”ni uda biliriksə, daha da diqqətli hazırlaşacaqlar. Böyük komandaların məqsədləri kuboku qazanmaq, Avropaya getməkdir. Bizim məqsədimiz oyundan-oyuna növbəti görüşü düşünməkdir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:102
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 24 Noyabr 2025 09:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see209

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see201

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see174

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see155

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see150

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see149

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see144

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see142

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see130

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see128

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see125

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri