Xaricdə Dövlət Proqramı hesabına təhsil hüququ qazana bilməyənlərin şikayətinə aydınlıq gətirilib
Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Dövlət Proqramında iştirak edən namizədlərin yekun balları ictimaiyyətə açıqlanmır. Lakin proqramın seçim qaydalarına əsasən, namizədlər topladıqları yekun bala görə sıralanır və kvota çərçivəsində ən yüksək bal toplamış şəxslər növbəti mərhələyə keçid imkanı qazanırlar”.
APA xəbər verir ki, bunu Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova Dövlət Proqramı çərçivəsində magistratura təhsil səviyyəsi üzrə təhsil almaq hüququ qazanan təqaüdçülərlə bağlı mediaya açıqlamasında deyib.
Turan Topalova qeyd edib ki, xüsusilə bakalavriat və magistratura səviyyəsi üzrə namizədlərin ehtiyat siyahısı da mövcuddur: “Bu isə o deməkdir ki, sonradan əlavə imkanlar yarandıqda ehtiyat siyahıdakı yüksək ballı şəxslər də proqramdan yararlana bilərlər”.
O qeyd edib ki, seçim tam şəkildə qaydalara uyğun və şəffaf aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 04 Avqust 2025 12:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















