Icma.az
close
up
RU
Xaricdə işləməyə meyil: Axını dayandırmaq üçün nə edək?

Xaricdə işləməyə meyil: Axını dayandırmaq üçün nə edək?

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Beyin axını" son illər Azərbaycanda da müzakirə olunan əsas məsələlərdən birinə çevrilib.

Belə ki, savadlı və ixtisaslı kadrların xaricə üz tutması, yəni “beyin axını” problemi çox ciddi vəziyyət alır. Hətta bu mövzu  "Yeni Klinika"nın İqtisadi məsələlər üzrə sabiq direktor müavini Ravil Tağıyevin vəzifəsindən ayrılması fonunda yenidən gündəmə gəldi.

Ravil Tağıyev bildirib ki, “qrin kart” proqramının qalibi olduğu və böyük övladı ABŞ-də ali təhsil alacağı üçün ölkəni tərk etmək qərarına gəlib.

“Cebheinfo.az”-a danışan deputat Vüqar Bayramov bildirib ki, "beyin axını" qlobal problemdir və əksər ölkələrdə müşahidə edilir: 

“Xüsusən də nisbətən zəif inkişaf etmiş və ya inkişaf etməkdə olan ölkələrdən daha inkişaf etmiş ölkələrə "beyin axını" baş verir. Əslində, pozitiv mənada "beyin axını"nın ən çox müşahidə olunduğu ölkə ABŞ-dir. Yəni ABŞ-yə digər ölkələrdən daha çox intellektual potensiala malik insanlar gedlir.

Eyni zamanda, Asiya və Afrikada da neqativ "beyin axını" müşahidə olunur. Bu qitələrdə yerləşən bir sıra dövlətlərdən inkişaf etmiş ölkələrə köç edənlərin sayında kəskin artım qeydə alınır”.

Vüqar Bayramovun sözlərinə görə, daha yaxşı həyat və yüksək maaş "beyin axını"nın əsas səbəblərindən biridir:

“Tədqiqatlar da göstərir ki, məhz bu amillər beyin axınını stimullaşdıran başlıca faktorlardandır. Ümumiyyətlə, nəzərə alsaq ki, həm qlobal, həm də milli iqtisadiyyatın strukturu getdikcə innovativləşir, insan kapitalına ehtiyac da artır. İnsan kapitalı formalaşdıqca isə qlobal miqyasda beyin axınını daha aydın müşahidə edirik”.

Deputat bildirib ki, Azərbaycan xarici təhsil proqramı çərçivəsində gənclərimizin xaricdə, xüsusən də aparıcı universitetlərdə təhsil almasını dəstəkləyir və maliyyələşdirir. Məqsəd isə ölkəmizin insan kapitalının daha da inkişafına nail olmaqdır:

“Bu baxımdan məqsəd mövcud imkanlardan, eyni zamanda xaricdəki aparıcı universitetlərin və bəzi hallarda şirkətlərin resurslarından istifadə etməklə insan kapitalını formalaşdırmaq, xüsusən də növbəti dövrün çağırışlarına uyğun olaraq iqtisadiyyatın innovativ ekosistemini daha da gücləndirməkdən ibarətdir.

Ona görə də Azərbaycan üçün insan kapitalı hesab edilən vətəndaşlarımızın ölkədə qalıb işləməsi və bu istiqamətdə dövlət tərəfindən yaxından dəstəklənməsi ilə bağlı siyasət getdikcə daha da genişlənir”. 

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 22 Avqust 2026 10:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see581

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see535

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see458

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see395

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see305

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see280

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see266

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see246

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see243

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see243

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see238

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see221

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see217

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see215

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see214

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see214

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see211

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see208

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see207

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri