Icma.az
close
up
RU
Xaricdə, yoxsa Vətəndə təhsil? “Beyin axını”nın qarşısını almaq üçün NƏ ETMƏLİYİK? Yeni Çağ Media

Xaricdə, yoxsa Vətəndə təhsil? “Beyin axını”nın qarşısını almaq üçün NƏ ETMƏLİYİK? Yeni Çağ Media

Icma.az bildirir, Yenicag portalına istinadən.

Azərbaycanda son illərdə təhsil sahəsində aparılan islahatlar, təhsil keyfiyyətinin yüksəlməsi və universitetlərdə infrastrukturun inkişafı ilə müşayiət olunan mühüm dəyişikliklərə səbəb olub. Bu irəliləyişlər ölkə daxilində təhsil almaq istəyən tələbələr üçün yeni imkanlar yaratmaqla yanaşı, xaricdə təhsil almaq istəyənlər üçün də daha geniş perspektivlər təqdim edir. Tələbələrin xarici ölkələrə üz tutmasının səbəbləri arasında daha yaxşı təhsil və beynəlxalq diplomun əldə edilməsi, müxtəlif mədəniyyətlərlə tanışlıq və dünyanı görmək istəyi ön planda durur. Lakin Azərbaycanda təhsil sistemi də artıq dünya standartlarına yaxınlaşır və tələbələr yüksək keyfiyyətli təhsil almaq üçün öz ölkələrində də geniş imkanlara sahibdirlər.

Dövlət bu sahədə ciddi tədbirlər görür, xüsusən də tələbələrin xaricdə təhsil almasının dəstəklənməsi üçün müxtəlif təqaüd proqramları təqdim edir. Eyni zamanda, xarici təhsil almış vətəndaşların ölkəyə geri dönərək dövlətə xidmət etmələri şərti qoyulması ilə Azərbaycan hökuməti, həm xaricdə təhsil almağın faydalarını ölkə üçün əhəmiyyətli bir resursa çevirir, həm də təhsil sahəsindəki gələcək inkişafı təmin etmək məqsədini güdür. Azərbaycanın təhsil sektoru həm də yerli universitetlərin inkişafına yönələn layihələr və yeniliklərlə daha da güclənir, beləliklə, təhsil infrastrukturunun beynəlxalq standartlara uyğunlaşdırılması prioritet məsələlərdən biri olur.

Yenicag.az-la söhbətində Milli Cəbhə Partiyasının (MCP) sədri, Milli Məclisin deputatı Razi Nurullayev isə düşünür ki, Azərbaycanda təhsil sahəsində aparılan ciddi islahatlar son illərdə müsbət nəticələrini göstərməkdədir:

“Təhsil sektorunda şəffaflığın artması, təhsilin keyfiyyətinin yüksəlməsi və universitetlərdə infrastrukturun inkişafı bu sahədə irəliləyişə səbəb olub. Artıq Azərbaycan universitetləri dünyanın müxtəlif beynəlxalq reytinqlərində özlərinə yer tapır. Bəzən 2, bəzən isə 10 universitetimiz bu siyahılarda qeyd olunur. Bu, ölkədə ali təhsilin səviyyəsinin artmasını, universitetlərdə keyfiyyətin və standartların yaxşılaşdığını sübut edir”.

MCP sədrinin fikrincə, xaricdə təhsilə marağın yüksək olması isə yalnız Azərbaycana xas deyil, əksinə, bu, qlobal bir tendensiyadır:

“Xarici təhsil almaq bir çoxları üçün prestijli hesab olunur. İnsanlar xarici diploma sahib olmaq, fərqli təcrübələr qazanmaq, müxtəlif mədəniyyətlərlə tanış olmaq və dünyanı görmək istəyirlər. Lakin qeyd etmək lazımdır ki, Azərbaycanda da yüksək keyfiyyətli təhsil almaq mümkündür. Ölkə daxilindəki universitetlərdə təhsil almaq istəyən tələbələr, əgər öz üzərlərində işləyər və biliklərini artırarlarsa, uğur əldə edə bilərlər”.

Partiya sədri əlavə edib ki, dünyanın bir çox aparıcı universitetləri təqaüd proqramları təqdim edir:

“ABŞ, Kanada, Avropa ölkələri, Avstraliya və Yeni Zelandiya kimi ölkələrdə tam təqaüd proqramları savadlı tələbələr üçün böyük imkanlar yaradır. Hər kəs bu proqramlara müraciət edərək prosedurları uğurla keçdiyi təqdirdə, bütün təhsil xərclərini qarşılayaraq ali təhsil ala bilər. Lakin dövlət tərəfindən tələbələrin xaricdə təhsil alması üçün maliyyələşdirilməsi də mühüm bir addımdır. Bu, xüsusilə ölkənin ehtiyac duyduğu ixtisaslar üzrə kadr hazırlığı baxımından əhəmiyyətlidir. Bununla yanaşı, bu sahədə ayrılan vəsaitlərin bir hissəsinin yerli universitetlərin inkişafına yönəldilməsi də vacibdir”.

“Daha yaxşı yataqxanaların yaradılması, laboratoriyaların təkmilləşdirilməsi, xaricdən mütəxəssislərin cəlb olunması kimi addımlar atılarsa, Azərbaycanın təhsil infrastrukturu beynəlxalq standartlara daha da yaxınlaşacaq. Tələbələrin xaricdə təhsil almaq istəyi başadüşüləndir. Lakin ölkə daxilində də yüksək keyfiyyətli təhsil alaraq yaxşı mütəxəssis olmaq üçün imkanlar mövcuddur. Əsas məsələ, təhsil alan şəxslərin öz üzərində çalışması və mövcud imkanlardan maksimum istifadə etməsidir”, – deyə o, söyləyib.

Təhsil eksperti Elçin Əfəndi də söyləyib ki, sonuncu dövlət proqramı – 2022-2026-cı illəri əhatə edən proqram – Azərbaycan vətəndaşlarının xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına yönəlib:

“Bu proqram çərçivəsində 2026-cı ilə qədər 2.000 nəfər Azərbaycan vətəndaşının inkişaf etmiş ölkələrin qabaqcıl universitetlərində təhsil alması hədəflənir. Proqramın əvvəlki dövrlərdən əsas fərqi ondan ibarətdir ki, xaricə buraxılmış tələbələrə ölkəyə geri qayıtmaq və dövlətə xidmət etmək şərti qoyulub. Bu, olduqca mütərəqqi və dövlətin maraqlarını qoruyan bir qərardır. Bununla yanaşı, dövlət proqramından kənar xarici ölkə universitetlərinə qəbul prosesi də mövcuddur. Bu hallar, əsasən, ölkə daxilində ali təhsil müəssisələrinə qəbul ola bilməyən vətəndaşlarla bağlıdır. Xüsusən hərbi xidmətdən yayınmaq məqsədilə xaricdə təhsilə üstünlük verən oğlan tələbələrin sayı nəzərəçarpacaq dərəcədə çoxdur. Eləcə də təhsil almaq üçün xaricə üz tutan xanımların da sayı artmaqdadır”.

Mütəxəssis söyləyib ki, son illər ərzində dövlət ali təhsilə olan marağın artması fonunda bir sıra tədbirlər həyata keçirib:

“Məsələn, yalnız əvvəlki illərdə bakalavr və magistratura pillələri üzrə ümumilikdə 75.000 nəfərdən çox tələbə qəbul olunub. Bu rəqəm əvvəllər, xüsusən də 2012-2013-cü illərdə 30.000 nəfəri aşmırdı. Lakin dövlət sifarişi ilə təhsil alan tələbələrin sayı isə artıq 33.000 nəfərə çatıb. Cari ildə dövlət həm bakalavr, həm də magistratura pillələri üzrə qəbul planını artırmağı və təxminən 80.000 nəfəri əhatə etməyi planlaşdırır. Lakin ölkə üzrə ali təhsil müəssisələrinə müraciət edən abituriyentlərin sayı hər il 100.000 nəfəri aşır. Bu, hələ də təxminən 35-40 min nəfərin ali təhsildən kənarda qalmasına səbəb olur və bu şəxslər xaricdə təhsil almağa üstünlük verir”.
E. Əfəndinin fikrincə, bu problemin həlli üçün son illər müxtəlif addımlar atılıb:

“Məsələn, Qarabağ Universiteti ötən il istifadəyə verilib və təxminən 1.000 nəfər tələbə qəbul edib. Gələcəkdə Qarabağ Universiteti və digər bölgə universitetlərinin qəbul planlarının artırılması, eyni zamanda, yeni universitetlərin tikilməsi prioritet olaraq qalacaq. Bu, həm xaricdə təhsil almağa yönələn axını azaltmaq, həm də ölkə iqtisadiyyatına dəstək vermək baxımından mühüm addımlardır. Xaricdə təhsil alan vətəndaşların hər il sayı təxminən 11-12 min nəfər təşkil edir. Bu tələbələr ödənişli təhsil alarsa, xarici ölkələrə verdikləri maliyyə dəstəyini ölkə daxilində saxlamaqla, Azərbaycan iqtisadiyyatına böyük fayda verə bilərlər. Dövlət bu məsələləri diqqətdə saxlayır və qarşıdakı illərdə daha dəqiq və effektiv qərarların qəbul ediləcəyi gözlənilir”.

Rafi Müslümov

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” istiqaməti üzrə hazırlanmışdır.

www.yenicag.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:96
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 23 Yanvar 2025 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see243

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see229

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see215

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see175

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see157

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

101 yaşlı qadın sirrini açdı: Problemlər barədə düşünməmək

20 Yanvar 2026 10:31see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see141

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see136

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri