Xaricdə oxuyan tələbələrimiz üçün quru sərhədlər AÇILACAQMI?
Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Universitetlərdə imtahanların başlaması ilə xaricdəki azərbaycanlı tələbələrin yay tətili həyəcanı start götürüb. Lakin builki qayıdış da təyyarə biletlərinin yüksək qiymətləri səbəbindən gənclər üçün əsl sınağa çevrilməkdədir. Vətənə gəlmək istəyən yüzlərlə tələbənin gözü indi quru sərhədlərindədir.
Dövlətin xaricdə təhsil alan vətəndaşları üçün sərhəd qapılarını xüsusi şərtlərlə açma ehtimalı varmı?
Bakıvaxtı.az-a danışan deputat Fazil Mustafa məsələyə münasibət bildirib:
"Mən quru sərhədlərinin, xüsusilə tələbələr üçün açılmasının tərəfdarıyam və bunu dəfələrlə bəyan etmişəm. Hesab edirəm ki, hökumət bu məsələyə daha həssas yanaşmalıdır. Çünki hazırda çox sayda tələbə ölkəyə gediş-gəlişdə böyük çətinliklərlə qarşılaşır".
Müsahibimizin sözlərinə görə, bu səbəbdən, xüsusilə müalicə üçün xaricə gedən xəstələr və tələbələr üçün quru sərhədlərindən keçid imkanı yaradılmalıdır.

Fazil Mustafa: Tələbənin dövlət üçün hər hansı bir təhlükə yaratması real deyil
Deputat qeyd edib ki, artıq Bakı-Tbilisi qatarı fəaliyyətə başlayıb və Gürcüstan istiqamətində gediş-gəliş problemi həllini tapıb. Analoji addımı digər ölkələrlə sərhəddə də atmaq olar.
"Təhlükəsizlik tədbirlərinin gücləndirilməsi anlaşılandır, lakin rəsmi tələbə biletini təqdim edən bir gəncin keçidinə niyə icazə verilməsin? Tələbənin dövlət üçün hər hansı bir təhlükə yaratması real deyil. Məhz buna görə də aidiyyəti qurumlar məsələni ciddi şəkildə nəzərdən keçirməli və tələbələrə lazımi şərait yaratmalıdırlar", - deyə Fazil Mustafa qeyd edib.
Zeynəb Rzayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 01 İyun 2026 11:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















