Icma.az
close
up
RU
Menu

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

57 yaşlı Cennifer Lopez belə formada qalır

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

Dinc qonşuluğun yolu ticarətdən keçir

Dinc qonşuluğun yolu ticarətdən keçir

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Cənubi Qafqazda səngərləri iqtisadi əməkdaşlıq əvəz edir

Sərhəddən keçən ilk yük maşını, bir ölkənin istehsal etdiyi məhsulun digər ölkənin bazarında satılması, sahibkarlar arasında bağlanan müqavilələr bəzən siyasi bəyanatlardan daha təsirli olur. Çünki ticarət dövlətləri və insanları ortaq maraqlar ətrafında birləşdirir. Bir ölkənin sahibkarı qonşu ölkənin bazarında maraqlı olduqda, istehsalçı etibarlı tərəfdaş qazandıqda, istehlakçı keyfiyyətli məhsul əldə etdikdə sülh yalnız siyasi məqsəd deyil, iqtisadi zərurətə çevrilir.

Bu gün Cənubi Qafqazda onilliklər boyu davam edən qarşıdurmanın ye­rini siyasi-iqtisadi gündəlik tutur. Sər­hədlərdən keçən yüklər, tranzit yolları və yanacaq tədarükü bölgənin gələcək mənzərəsini dəyişir.

Rəsmi statistikaya görə, 2026-cı ilin yanvar–oktyabr aylarında Azərbaycan­dan Ermənistana 23,7 milyon dollarlıq məhsul ixrac edilib. İlk baxışdan həmin dövrdə Azərbaycanın 43 milyard dol­larlıq ümumi xarici ticarət dövriyyəsi fonunda bu göstərici kiçik görünə bilər. Lakin məsələyə yalnız quru rəqəmlərin gözü ilə baxmaq doğru olmazdı. Onil­liklər boyu sərhədləri qapalı qalmış və heç bir iqtisadi, yaxud humanitar təması olmayan iki ölkə üçün bu rəqəmin siyasi və psixoloji çəkisi milyardlarla ölçülür.

Bu, sadəcə, mal mübadiləsi de­yil, Cənubi Qafqazda otuz ildən artıq davam edən düşmənçilik buzlarının əriməsinin, qapalı qapıların açılmasının və yeni regional reallığın rəqəmlərlə ifadəsidir. Bu gün 23,7 milyon dollar­la başlayan iqtisadi körpü gələcəkdə daha böyük ticarət dövriyyəsinin, ortaq logistika layihələrinin və qarşılıqlı ası­lılığın ilk müjdəçisidir. Tarix göstərir ki, böyük sülhə və əməkdaşlığa aparan yollar belə təvazökar, sadə addımlarla başlayır. Çünki ticarətin başladığı yerdə artıq silahların dili susur, yerini qarşı­lıqlı fayda və sabitlik məntiqi tutur.

Burada əsas məsələ ticarətin bu­günkü həcmi yox, onun daşıdığı siyasi məna və açdığı yeni mərhələdir. Ermə­nistan bazarına Azərbaycan məhsulla­rının daxil olması rəsmi Bakının irəli sürdüyü sülh gündəliyinin real nəticələr verdiyini təsdiqləyir.

Vaşinqton razılaşmasından tədrici əməkdaşlığa

Azərbaycan–Ermənistan müna­sibətlərində bu istiqamətdə əsas dö­nüş nöqtəsi 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən görüş və sülh sazişinin mətninin paraflanması oldu. Bu tarixi hadisə münasibətlərin normal­laşmasına yol açaraq kommunikasiya­ların bərpası və əməkdaşlıq üçün zəruri siyasi zəmin yaratdı. Razılaşmaların kağız üzərində qalmaması üçün praktik addımlar atılmalı idi və bu məsələdə də ilk təşəbbüsü Azərbaycan göstərdi. 2025-ci ilin oktyabrında Ermənistana yük tranziti ilə bağlı məhdudiyyətlər aradan qaldırıldı. Ardınca Qazaxıstan taxılının Azərbaycan ərazisindən keç­məklə Ermənistana çatdırılması regio­nal əməkdaşlığın ilk real nümunəsinə çevrildi. Beləliklə, tərəflərin gündəliyi artıq keçmişin ağrılarını müzakirə et­məkdən uzaqlaşaraq gələcəyin ortaq mexanizmlərini qurmağa yönəldi. Pro­sesin ən mühüm özəlliyi isə əməkdaş­lığın insanların gündəlik həyatına bir­başa təsir göstərməsidir. Dünənə qədər bağlı olan yollardan bu gün yüklərin daşınması Ermənistana regional təcrid­dən çıxmaq imkanı yaratmaqla yanaşı, münaqişənin illərlə dondurduğu iqtisadi potensialı yenidən hərəkətə gətirdi

Burada diqqətçəkən mühüm siya­si məqam da var. Artıq gərginlik təkcə diplomatik prosesləri ləngitmir, həm də sahibkarın gəlirinə və sadə vətəndaşın süfrəsinə birbaşa zərbə vurur. Əmək­daşlıq isə bütün tərəflərə real fayda qazandırır. Nəticədə sülhün qorunması dövlətlərlə yanaşı, sadə insanların da şəxsi marağına çevrilir. Ticarət keçmi­şin ağrılarını bir gündə unutdurmasa da, gələcək naminə ortaq maraqlar forma­laşdırır. İki ölkə arasında ticarət sülhün dayağına çevrilir.

Hərbi texnikanın yerini yük dolu qatarlar tutanda

Bu gün bölgədə baş verənlərə baxanda bir həqiqət açıq-aydın görünür. Bu həqiqətə görə, sülhü ayaqda saxla­maq üçün təkcə masada verilən siyasi qərarlar bəs etmir, ortada həm də hamı­nın qazana biləcəyi ortaq maraqlar ol­malıdır. Artan ixrac, yanacaq tədarükü, yüklərin Azərbaycan üzərindən daşın­ması, sadə insanların və cəmiyyətlərin danışmağa başlaması eyni şəklin bir-bi­rini tamamlayan hissələridir. Rəqəmlər də artıq kağız üzərindəki niyyətlərin real işə çevrildiyini deyir. 23,7 mil­yon dollarlıq ticarət otuz illik buzların əriməsinin və yeni dövrün ilk addımla­rının canlı sübutudur.

İndi Bakı ilə İrəvan arasında qu­rulan ticarət körpüləri təkcə iki ölkə­nin məsələsi olmaqdan çıxaraq bütün Cənubi Qafqazın ab-havasını dəyişir. Üstəlik, bu yaxınlaşma yalnız Azər­baycanla Ermənistana yox, Türkiyədən Gürcüstana, oradan da Mərkəzi Asiya­ya qədər uzanan böyük bir coğrafiya­ya təzə nəfəs gətirir. Beləcə, bölgənin təhlükəsizliyi uzaq paytaxtlardan gələn vasitəçilərin ümidinə qalmır, birbaşa bu torpaqlarda yaşayan insanların və döv­lətlərin öz əlinə keçir.

Bəli, Cənubi Qafqaz onilliklər boyu müharibənin, dağıntıların və bağlı qa­pıların ağır yükünü çəkib. İndi isə tarix bizə bağlı yolların açılması, ticarətin canlanması və gələcək nəsillərə barıt qoxusu yox, firavanlıq və arxayınlığın miras qalması üçün nadir fürsət verib. Çünki siyasət sülhün qapısını açır, iqti­sadiyyat isə o qapının bir daha örtülmə­sinə imkan vermir.

Təbii ki, ticarət illərin ağrısını və siyasi fikir ayrılıqlarını bir göz qırpı­mında silib aparmır. Qalıcı sülh üçün sərhədlərə hörmət də vacibdir, verilən sözlərin və imzalanan öhdəliklərin tam yerinə yetirilməsi də. Amma məhz belə həssas məqamda ortaq qazanc ən eti­barlı sığortadır. Sərhəddən keçən hər yük maşını, relslərin üstü ilə gedən hər qatar, bağlanan hər yeni müqavilə sül­hün divarına hörülən daşdır. Çünki o vaqonlarda təkcə mal və məhsul deyil, həm də insanlar arasında yeni ünsiyyət bağları, dövlətlər arasında ortaq maraq­lar və sabahın dinc günlərinə olan inam daşınır.

Mahir ZEYNALOV, 
iqtisadi şərhçi

Cənubi Qafqazda silahların susması və atəşkəsin təmin olun­ması, şübhəsiz, çox mühüm siyasi nəticədir. Lakin regionun uzun­müddətli gələcəyi, sabitliyi və davamlı inkişafı baxımından əsas strateji hədəf bu sükutun dönməz, institusional və etibarlı sülhə çev­rilməsidir. Bunun reallaşması üçün isə regional ticarət əlaqələri, qar­şılıqlı faydaya əsaslanan iqtisadi əməkdaşlıq, etimad quruculuğu tədbirləri və davamlı siyasi dialoq bir-birini tamamlayaraq paralel şə­kildə inkişaf etdirilməlidir.

Biz anlamalıyıq ki, sülh, sa­dəcə, müharibənin və hərbi əmə­liyyatların olmaması deyil, həm də iqtisadi yüksəliş və sosial rifah üçün yaranan yeni imkanlar mühi­tidir. Əsl sülh insanların öz doğma yurdlarında rahat işləməsi, sərhəd­lərarası azad ticarət etməsi, layiqli rifah qazanması və həm özünün, həm də övladlarının gələcəyini tam təhlükəsiz hesab etməsidir. Dövlətlər arasında siyasi etima­dın, cəmiyyətlər arasında isə canlı ünsiyyət və iqtisadi bağların möh­kəmlənməsi üçün ortaq infrastruk­tur layihələri, nəqliyyat-logistika dəhlizləri və ticarət əlaqələri məhz bu baxımdan həlledici əhəmiyyət daşıyır. Çünki iqtisadi maraqların kəsişdiyi və ortaq qazancın for­malaşdığı məkanda yeni gərginlik ocaqlarının yaranması bütün tərəf­lər üçün sərfəsiz olur.

Dünya və tarixi təcrübə də göstərir ki, sülhə aparan etibarlı yollardan biri məhz ticarətdən ke­çir. Çünki ticarət tərəfləri və insan­ları ortaq iqtisadi maraq ətrafında birləşdirir, qarşılıqlı fayda verən əməkdaşlıq tədricən dərin etimad mühiti yaradır, möhkəmlənən eti­mad isə regionda davamlı, sarsıl­maz və hamıya rifah gətirən sülhün sarsılmaz əsasını qoyur.

Pünhan ƏFƏNDİYEV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 Noyabr 2026 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see318

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see316

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see303

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see297

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see296

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see293

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see292

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see291

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see283

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see283

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see258

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see257

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see254

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see253

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see248

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see247

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see243

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see242

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see239

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri