Icma.az
close
up
RU
Xaricdə oxuyan tələbələrin köçürülməsində niyə problem yaşanır? RƏSMİ CAVAB

Xaricdə oxuyan tələbələrin köçürülməsində niyə problem yaşanır? RƏSMİ CAVAB

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

Mediada yer alan məlumatlara görə, Türkiyə başda olmaqla bir neçə ölkədə ali təhsil alan azərbaycanlıların ölkəmizin ali təhsil müəssisələrinə köçürülməsində müəyyən problemlər yaşanır. Məlumata görə, tələbələr bir neçə dəfə bunun üçün müraciət etsələr də, məsələ həllini tapmayıb.
Demokrat.az məsələnin səbəblərini öyrənmək üçün Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə sorğu ünvanlayıb. Qurumdan verilən məlumata görə, Qaydaların 2.2-ci bəndinə əsasən, tələbə təhsil aldığı müddət ərzində təhsil proqramı ilə həmin dövr üçün müəyyən olunmuş kreditlərin ən azı ikidə bir hissəsini toplamalıdır:
“Yəni proqram üzrə norma hesab edilən dərslərin ən azı 50%-ni keçə bilməlidir. Bəzi hallarda tələbələr minimal sayda dərs yükü götürərək təhsillərini çox uzun müddətə bitirirlər, lakin bu, ali təhsildə tətbiq olunan normativlərə uyğun deyil. Qüvvədə olan təhsil standartına əsasən, normativ təhsil müddəti 4 il və hər tədris ili üçün 60, hər semestr üçün isə 30 kredit olaraq müəyyən edilir. Nazirlər Kabinetinin 348 saylı qərarı da eyni müddəanı müəyyən edir”.
Xaricdə təhsil alan tələbələrin müraciətinə gəldikdə isə qurum bildirir ki, xarici ölkələrdən gələn bütün tələbələr oxuduqları müəssisəyə mərkəzləşdirilmiş imtahanla qəbul olunmalıdırlar. Bu tələblə bağlı bir halda istisna edilir, o da əgər tələbənin oxuduğu müəssisə dünya universitetlərinin reytinqində top 500-cü yerdə olubsa:
“Həmçinin Türkiyədə 2023-cü ildən mərkəzləşdirilmiş YÖS imtahanları keçirilir. Həmin ilin sonundan isə universitetlərin keçirdikləri lokal imtahanlar ləğv edilib. Qaydalara əsasən, həm 2024-cü ildə, həm də bu il yalnız mərkəzləşdirilmiş imtahan nəticələri qəbul edilir. Heç bir ölkənin universitetləri tərəfindən təşkil edilmiş imtahanların nəticələri qəbul edilmir.
Əlavə olaraq bildiririk ki, Agentlik köçürülmə prosesinə nəzarət edən qurumdur, köçürülmə ilə bağlı qərarlar ali təhsil müəssisələri tərəfindən qəbul olunur. Əgər tələbələr proseslə bağlı hər hansı çətinliklə üzləşsələr, köçürülmək istədikləri müəssisəyə müraciət edə bilərlər”.
Cavidan Mirzəzadə
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:321
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 30 İyul 2025 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see743

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see307

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see287

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see280

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see276

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see263

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see252

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see249

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see246

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see242

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see230

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see218

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see210

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see206

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see206

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see205

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see201

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see199

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see197

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri