Xaricdə oxuyanlara yüksək vəzifə qadağası Yeni qərar
Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Çində dövlət qurumlarında yüksək vəzifələrə təyinat zamanı ölkə daxilində təhsil almış məzunlara üstünlük veriləcək.
“Yeni Sabah” xəbər verir ki, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, əvvəllər xaricdə təhsil alaraq ölkəyə qayıdan məzunlar Çində yüksək qiymətləndirilir və istedadlı kadrlar kimi xarakterizə olunurdular. Lakin hazırda yanaşma dəyişib. Artıq dövlət qurumlarında yüksək vəzifələrə yalnız Çində təhsil almış məzunların təyin olunacağı bildirilir. ShopByBro
Ədalət Muradov Çinin bu yanaşmasının nə dərəcədə doğru olduğunu zamanın göstərəcəyini qeyd edib.
Rektor paylaşımını xoş arzularla yekunlaşdırıb: “Uğurlar! Hər şey daha da yaxşı olacaq!”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:219
Bu xəbər 11 Noyabr 2026 08:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















