Azərbaycan Hindistana neft ixracını kəskin şəkildə artırdı
Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Hindistana 830 min 049,03 ton xam neft ixrac edib.
Axar.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda məhsulun dəyəri 666 milyon 532,13 min ABŞ dolları təşkil edib.
İxrac olunmuş məhsulun miqdarı 2025-ci ilin 10 ayı ilə müqayisədə 3,31 dəfə, dəyəri isə 5,3 dəfə çoxdur.
Hindistana ixrac edilən xam neftin Azərbaycanın ümumi neft ixracında payı 4,51 % olub.
Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan dəyəri 12 milyard 161 milyon 967,27 min ABŞ dolları olan 18 milyon 392 min 916,04 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.
Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 43 milyard 189 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 27 milyard 921 milyon ABŞ dolları ixracın, 15 milyard 268 milyon ABŞ dolları isə idxalın payına düşüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 27 Noyabr 2026 20:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















