Icma.az
close
up
RU
Xaricdə təhsil alan azərbaycanlı: İstədim ki, şagirdlərə nümunə olum

Xaricdə təhsil alan azərbaycanlı: İstədim ki, şagirdlərə nümunə olum

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

"Çox ağır təhsil modeli idi, gözlərim zəiflədi. Amma istədim ki, şagirdlərə nümunə olum. Mən 41 yaşımda bunu bacarıramsa, şagirdlər də bacara bilərlər".

Oxu.Az xəbər verir ki, bu fikirləri "Kaspi" qəzetinə müsahibəsi zamanı ABŞ-nin Kolumbiya Universitetinin (Columbia University) Özəl Məktəblərdə Liderlik (Private School Leadership) proqramını təhsil magistri (Ed.M) dərəcəsi ilə bitirən Tural Abbasov deyib.

O, irəli getməyin əsas yolunun müəllimlik peşəsinin önə çəkilməsi, inkişaf etdirilməsi olduğunu düşünür. Dövr o qədər sürətlə inkişaf edir ki, biz artıq öyrənmişik deyə bilmərik qənaətindədir. Hansı yaşda, hansı peşədə olsaq da, daim oxumalı, dövrə ayaq uydurmalı, öyrənməliyik.

Müsahibimiz Tural Abbasov bildirir ki, ABŞ-nin Kolumbiya Universitetinin Özəl Məktəblərdə Liderlik proqramı məhz özəl və beynəlxalq məktəblər üçün idarəçilər yetişdirir. Dünyanın ən qədim müəllim inkişaf mərkəzi özəl məktəblərin idarə olunması üzrə dünyada nadir təhsil imkanı yaradır. Tural Abbasov həmin proqrama qəbul olunan ilk həmyerlimizdir. O, hazırda Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin direktorudur.

O, ölkənin bir çox təhsil təşkilatlarında çalışıb, beynəlxalq layihələr və özəl sektorda xarici mütəxəssislərlə birgə fəaliyyət göstərib. Beynəlxalq məktəblərdə idarəetmə və modelləşdirmə, korporativ fandreyzinq, icma inkişafı üzrə təcrübəyə malikdir. Liderlik və kouçinq, beynəlxalq məktəblərdə maliyyə idarəçiliyi (London, PTC), storitellinq, biznes psixologiyası (Pearn Kandola, London) üzrə beynəlxalq sertifikatlar əldə edib. Bununla yanaşı, Beynəlxalq Əmək Təşkilatının (ILO) "Öz biznesinə başla və inkişaf etdir" proqramı üzrə potensial master təlimçisidir.

- Tural bəy, diplomatiya sahəsində təhsil alıb, uzun müddət beynəlxalq layihələrin idarə edilməsi sahəsində çalışmısınız. Təhsil sahəsi ilə yolunuz necə kəsişdi?

- Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində bakalavr, magistratura təhsili aldım. O dövrdə bu fakültə kifayət qədər prestijli hesab olunurdu. Azərbaycanda Qərb zonasından bu fakültədə cəmi üç nəfər təhsil alırdı. 2004-cü ildən əmək fəaliyyətinə başladım. Əmək fəaliyyətimə o dövrdə Bakı-Tbilisi-Ceyhan boru kəmərinin monitorinq layihəsi ilə başladım, daha sonra müxtəlif qurumlarda işlədim. Təhsil sahəsi ilə yolum 2017-ci ildən kəsişdi. Azərbaycanda özəl məktəblərin birində biznes meneceri kimi fəaliyyətə başladım. Proses boyunca anladım ki, əsl diplomatiya təhsil sahəsindədir. İlk başda düşünürdüm ki, mən biznes-menecerəm, amma təhsillə bağlı beynəlxalq konfranslarda iştirak edərkən təhsil modelləri, yeni təhsil trendləri diqqətimi çəkdi. "Öyrənməni öyrənmə", "Həyat boyu öyrənmə", "Təhsil hər yerdə" kimi trendlər məndə bu sahəyə maraq oyatdı.

- Kolumbiya Universitetinin özəl məktəblərdə liderlik proqramını təhsil magistri dərəcəsi ilə bitirmisiniz. Sizcə, bu sahədə inkişaf üçün xaricdə təhsil vacibdir?

- Əgər bu sahədə işləyirəmsə, mütləq araşdırma aparmalı, bunun təhsilini almalı idim. İlk təhsilimi Londonda aldıqdan sonra Müasir Təhsil Kompleksinə işə gəldim. Bu müəssisədə çoxsaylı müəllimlərimiz dünyanın məşhur universitetlərində təhsil alıblar və hər il öyrənməyə davam edirlər. Mən də bu sahədə təhsilimi davam etdirmək üçün bir çox universitetlərlə maraqlandım, Kolumbiyanın məhz bu proqramı ilə burada tanış oldum və təhsil almağa qərar verdim. 41 yaşım, üç övladım var idi. Çox çətin qərar idi, çünki orada təhsil almaq asan deyildi. Beş semestr, iki il yarım oxudum. Orada müəllimlər düşünürlər ki, bu proqramda oxuyursansa, səni yükləyə bilərlər. O proqramda təhsil alan yeganə azərbaycanlı idim. Qrup yoldaşlarımın əksəriyyəti ABŞ-nin çox bahalı, məşhur özəl məktəblərindən idi. Çox ağır təhsil modeli idi, gözlərim orada zəiflədi. Amma istədim ki, şagirdlərə nümunə olum. Mən 41 yaşımda bunu bacarıramsa, şagirdlər də bacara bilərlər. Həmçinin orada çox hörmət etdiyim, canlı təhsil əfsanəsi Maykl Fullan ilə tanış oldum.

- Maykl Fullan "peşəkar kapital" nəzəriyyəsində bildirib ki, irəli getməyin yeganə yolu müəllimlik peşəsinin inkişaf etdirilməsi və şərəfləndirilməsidir. Bu peşə necə inkişaf etdirilir?

- Mən onun fəlsəfəsini çox bəyənirəm. Əsas məsələ odur ki, təhsillə bağlı bəşəriyyət paradiqması baş verir. O, peşəkar müəllimə kapital kimi baxır və müəllimliklə bağlı bir çox nəzəriyyələri var. Ümumiyyətlə, bu peşə ilə bağlı dünyada müxtəlif nəzəriyyələr və yanaşmalar mövcuddur. Məsələn, bir nəzəriyyədə deyilir ki, biz müəllimə daim diqqət göstərməli, qayğısına qalmalıyıq. Amma digər model, məsələn, Finlandiya modeli deyir ki, onlara ən yaxşı statusu verməliyik, amma biliklərini də daim ölçməliyik. Bizdə də sertifikasiya imtahanları keçirilir, lakin çox müəllim etiraz edir. Əslində, müəllimlik peşəsi daim inkişafda olmalıdır, çünki müəllim şagirdin həyatını dəyişə, cəmiyyətə uğurlu fərdlər qazandıra bilir. Dövr o qədər sürətlə inkişaf edir ki, "biz artıq öyrənmişik" deyə bilmərik, daim oxumalı, öyrənməliyik. Müəllimin də bilikləri mütəmadi şəkildə ölçülməlidir. Bu, şagirdlərdə də belədir. 9-11-ci sinifdə artıq şagirddə ali düşüncə formalaşmalıdır. Biz isə əvvəllər düşünürdük ki, universiteti, magistraturanı bitirsin, ondan sonra formalaşacaq. Sadə dildə desək, şagird artıq nəyi bilib, nəyi bilmədiyini özü sorğulamalı, məktəblər də buna kömək etməlidirlər. Dövrə ayaq uydurmalıyıq.

- Son dövrlər xaricdəki top universitetlərdə təhsil alanların sayı artıb. Şagirdlər dövrə ayaq uydura bilirlər?

- Bu, çox sevindiricidir. Düşünürəm ki, təhsilə marağın yaranmasının səbəbi dövlətin mövqeyidir. Dövlət top universitetlərə tələbə göndərir. Çünki bizə mütəxəssis lazımdır. Əvvəllər ingilis dilini bilən insan üçün işə düzəlmək rahat idi. İndi isə ingilis dilini bilmək işə düzəlmək üçün vasitə deyil, təhsilə açardır. Yəni dil bilikləri ancaq biliyə çıxış vasitəsidir, prestij deyil.

- Tural bəy, sizcə, süni intellekt müəllimlik peşəsinə necə təsir edəcək? Bəzi insanlar düşünürlər ki, gələcəkdə müəllimə ehtiyac olmayacaq. Siz necə düşünürsünüz, süni intellekt bu peşəni "öldürə" bilər?

- Mənə görə, süni intellekt çox peşəni əvəz edə bilər, amma heç bir peşəni öldürə bilməz. Süni intellekt, adından da göründüyü kimi, sünidir, illərdir tətbiq olunur. Biz yatarkən texnologiya işləyirdi, dayanmırdı. Süni intellektə bir alət kimi baxıram. Amma təhlükəli alətdir. Onu görməzdən gəlmək olmaz. Süni intellektin təhsil hansı formatda olursa-olsun, hansı alətlər çıxarsa-çıxsın, heç vaxt müəllimlik peşəsinin üzərinə keçəcəyinə inanmıram. Süni intellekt müəllimə köməkçi vasitə olacaq, amma onu əvəzləyə bilməyəcək. O vaxt bu peşəni məhv edər ki, insan qalmasın, şagirdlər robot olsun, robot robota dərs keçsin. Biz müəllimləri yetişdirməyə davam etməliyik. İrəli getməyin əsas rolu müəllimlik peşəsinin önə çəkilməsidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://oxu.az
archiveBu xəbər 02 Mart 2025 15:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see256

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see244

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see181

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see156

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see149

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see144

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see144

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see140

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see139

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see131

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see131

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see129

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see127

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see126

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see126

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see125

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see125

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see125

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri