Icma.az
close
up
RU
“Xaricdə təhsil almış azərbaycanlı həkimlərin ölkədə işləməsi asanlaşdırılmalıdır”

“Xaricdə təhsil almış azərbaycanlı həkimlərin ölkədə işləməsi asanlaşdırılmalıdır”

Icma.az, Operativ MM portalına istinadən məlumatı açıqlayır.

Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Rəşad Mahmudov səhiyyə sistemində kadr çatışmazlığı və xaricdə təhsil almış həkimlərin Azərbaycanda fəaliyyət imkanları məsələsinə toxunub.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, deputat bildirib ki, xüsusilə MDB ölkələrində tibb təhsili və klinik ixtisaslaşma almış həkimlərin ölkəmizdə fəaliyyətə başlaması hələ də çətinliklərlə üzləşir.

“Yeni rezidentura proqramının tətbiqindən sonra bəzi həkimlərin Azərbaycanda işləməsi demək olar ki, mümkün deyil. Bu, texniki məsələ kimi görünə bilər, lakin həm insan hüquqları, həm ölkənin səhiyyə ehtiyacları, həm də beynəlxalq öhdəliklər baxımından vacibdir”, – deyə Mahmudov vurğulayıb.

O qeyd edib ki, bir çox həkimlər Azərbaycan vətəndaşları və ya azərbaycanlı kökənli MDB ölkələrinin vətəndaşlarıdır, Azərbaycan dilini bilirlər və yüksək səviyyəli klinikalarda təhsil alıblar. Deputat əlavə edib ki, Avropanın bir çox ölkələri xaricdə təhsil almış həkimləri sadəcə imtahan, test və adaptasiya mərhələlərindən keçirərək sistemlərinə daxil edirlər, halbuki Azərbaycanda bu mexanizmin tətbiqi hələ yetərli deyil.

Rəşad Mahmudov bildirib ki, regionlarda ixtisaslı kadr çatışmazlığı mövcuddur və hazır, dil baryeri olmayan həkim resurslarından istifadə olunmur. Deputat vurğulayıb ki, Azərbaycanın Lissabon Konvensiyası və MDB ölkələri ilə qarşılıqlı tanınma qaydalarına əsasən diplomların tanınması açıq şəkildə təmin olunmalıdır və imtahan, adaptasiya hüququ təmin edilməlidir.

Mahmudov diqqətə çatdırıb ki, məsələ siyasi deyil, texniki xarakterlidir və şəffaf mexanizm yaradılaraq ölkənin insan kapitalına və səhiyyə sisteminin ehtiyaclarına xidmət edilə bilər.

Mehman Mirzəzadə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:246
embedMənbə:https://operativmm.az
archiveBu xəbər 25 Noyabr 2025 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see335

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see321

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see320

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see300

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see299

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see285

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see264

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see249

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see243

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see235

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see231

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see212

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see194

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see192

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see188

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see171

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see169

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri