Nazir xaricdə təhsil almış məzunlarla görüşdü Fotolar
Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.
Elm və təhsil naziri Emin Əmrullayev 2022-2028-ci illər üçün Dövlət Proqramı çərçivəsində dünyanın nüfuzlu ali təhsil müəssisələrində kompüter elmləri, informasiya texnologiyaları, statistika və verilənlərin təhlili, süni intellekt, eləcə də mühəndislik istiqamətləri üzrə təhsil almış bir qrup gənclə görüşüb.
“Qafqazinfo” xəbər verir ki, görüş zamanı nazir Dövlət Proqramının ölkənin insan kapitalının inkişafında mühüm rol oynadığını vurğulayaraq məzunların xaricdə qazandıqları bilik və bacarıqları Azərbaycanın texnoloji inkişafına, innovasiya ekosisteminin gücləndirilməsinə və rəqəmsal transformasiya proseslərinə töhfə vermək üçün səmərəli şəkildə tətbiq edəcəklərinə əminliyini ifadə edib.
Müzakirələr zamanı gənclərin peşəkar inkişaf perspektivləri, yüksək texnologiyalar sahəsində mövcud imkanlar, innovativ təşəbbüslərin təşviqi, eləcə də işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma layihələrində iştirak imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Görüşün sonunda nazir gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb və Dövlət Proqramı məzunları ilə bu cür görüşlərin davamlı xarakter daşıyacağını vurğulayıb.




Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 06 İyun 2026 12:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















