Icma.az
close
up
RU
Xaricdən dəvət edilən azərbaycanlı həkimlərin maaşları 4 dəfə azaldılıb? AÇIQLAMA

Xaricdən dəvət edilən azərbaycanlı həkimlərin maaşları 4 dəfə azaldılıb? AÇIQLAMA

Pravda.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Nəinki Almaniyadan 200-ə yaxın həkimin ölkəyə gətirilməsi barədə eşitməmişəm,  hətta düşünmürəm ki, Almaniyada təzə mütəxəssis olmuş, ayda ən az 5 min avro alan 200-ə yaxın həkim, üstəlik Avropada yaşamaq imkanı var ikən, Almaniyanı atıb, 5 min manat üçün Azərbaycana gəlsin. Özü də Azərbaycanın sığorta sistemində işləmək şərti ilə...”

Bu sözləri Pravda.az-a açıqlamasında tanınmış Almaniya uzmanı, uroloq-androloq, uroonkoloq cərrah Rüfət Əsədbəyli deyib.

“Uzun illərin mütəxəssisi sayılıram, lakin yeni mütəxəssis olsaydım belə, təfəkkürümlə ölkəyə tam qayıdası deyiləm. Hər 2-3 aydan bir Azərbaycana gəlirəm, sığorta sistemi ilə qətiyyən işləmirəm. Arada bir həkim özünü tanıtdı və rəsmi elan edirdi ki, guya Almaniyada 20-40 min avro maaş alırdı. Onsuz da onun dediyi cəfəngiyyat idi. Ola bilsin, Macarıstan və Ruminyadan Azərbaycana qayıdan həkimlər olsun. Hər halda bu dövlətlər Avropa adı daşıyır. Bu barədə deyə bilmərəm. Lakin bunu demişəm və indi də deyirəm, hazırkı sığorta sistemimiz köhnə sovet dövrünün "pulsuz təbabəti" kimidir, sözdə “pulsuz”dur. Faktiki isə xəstələrin pulu çıxır. Düzdür, nisbətən az çıxır, amma keyfiyyət məsələsi  və gözləmə sırasını nəzərə alsaq, bu sistem heç cür özünü doğrultmur. Pulu olan insanlar qətiyyən sığortaya müraciət etmirlər”, - həkim bildirib.

Xatırlatma: Dörd ay öncə TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov Almaniyadan 200-ə yaxın həkimin qayıdaraq Azərbaycanda fəaliyyət göstərməyə başladığını demişdi. Bu günlərdə isə TƏBİB-in xaricdən dəvət etdiyi həkimlərin maaşının 4 dəfə azaldıldığı barədə xəbər yayılıb. Belə ki, əvvəlcə xaricdən geri çağrılaraq 5 min manat maaşla ölkəyə gətirilən həkimlərə hazırda 1200 manat maaş verildiyi, həkimlərlə 5 min manat əməkhaqqı müqaviləsinin cəmi 6 ay sürdüyü, sonra maaşların azaldığını bildirilir.

Aytəkin Qardaşova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:77
embedMənbə:https://pravda.az
archiveBu xəbər 07 Aprel 2025 13:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Konfrans Liqası: Çelsi səfərdən darmadağınla qayıdır günün nəticələri

11 Aprel 2025 00:57see200

Yaşı 40 dan yuxarı olan şəxslər üçün XOŞ XƏBƏR

10 Aprel 2025 21:06see199

İtaliya klublarının hədəfindədir

10 Aprel 2025 20:56see137

Osteoartritin inkişafına səbəb olan risk faktorları…

10 Aprel 2025 22:07see136

UEFA Konfrans Liqası: Fiorentina dan vacib səfər qələbəsi

11 Aprel 2025 01:20see130

İmamoğlu həbsxanadan bunları yazdı FOTO

10 Aprel 2025 21:47see130

Diyetik qida sağlamlıq üçün riskə çevrilə bilər

11 Aprel 2025 07:00see123

PSJ nin 55 milyon avroluq hesabı Mbappeyə olan borcuna görə donduruldu

10 Aprel 2025 21:17see123

Stepanyandan etiraf: Qarabağda üstünlük onlarda idi

10 Aprel 2025 23:33see120

Qərbi Azərbaycanın toponimləri: Milli kimliyin izləri

10 Aprel 2025 23:59see120

Kreditlə alınan xoşbəxtlik uçuruma aparır? Toydan sonra illərlə borc ödəyirlər

10 Aprel 2025 22:02see119

Tramp Meksikanı 1944 cü il su müqaviləsini pozduğuna görə sanksiyalarla hədələyib

11 Aprel 2025 06:58see119

Squid Game in 3 cü mövsümü yayımlanacaq

10 Aprel 2025 10:11see118

Bürclərin ən sirli əlamətləri

10 Aprel 2025 18:39see116

Zabrat sakinlərinin nəzərinə Su olmayacaq

10 Aprel 2025 10:21see116

Prezident İlham Əliyevin “Yeni dünya nizamına doğru mövzusunda beynəlxalq forumdakı çıxışı Gürcüstan mətbuatının diqqət mərkəzində olub

10 Aprel 2025 11:30see115

Bakı və Lissabon arasında növbəti siyasi məsləhətləşmələr...

10 Aprel 2025 21:59see113

İstanbul görüşündə bu da razılaşdırıldı

10 Aprel 2025 23:13see112

Tarif savaşı qızışır: Çin 125 faizə qaldırdı

11 Aprel 2025 22:48see110

Ermənistan vətəndaşından məhkəmədə etiraf: Hərbi xidmətə Cermuxdan Füzuliyə getdim

10 Aprel 2025 21:06see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri