Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Xaricdən edilən onlayn sifarişlər niyə gecikir?

Xaricdən edilən onlayn sifarişlər niyə gecikir?

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son vaxtlar xaricdən verilən onlayn sifarişlərin Azərbaycana çatdırılmasında yaranan gecikmələr istehlakçıların əsas narazılıqlarından birinə çevrilib.

Beynəlxalq daşınma xərcləri, yanacağın qiyməti, logistika tarifləri, marşrutlarda dəyişikliklər və gömrük prosedurları bağlamaların ölkəyə çatdırılma müddətinə təsir edən əsas amillər sırasında göstərilir.  Gecikmələrin artması isə həm istehlakçıların əlavə xərc çəkməsinə, həm də xaricdən onlayn alış-verişə münasibətinə təsir göstərə bilər.

Bəs bu gecikmələrin əsas iqtisadi səbəbləri nələrdir?

İqtisadçı-ekspert Asif İbrahimov “Cebheinfo.az”-a bildirib ki, xaricdən sifariş verilən məhsulların gecikməsi təkcə logistika problemi deyil:

“Azərbaycana çatdırılmada müşahidə olunan gecikmələrdə insanların çoxu poçt və kuryer xidmətlərini günahlandırır. Düşünürəm ki, buna yalnız poçt və kuryer xidmətlərinin problemi kimi baxmaq düzgün olmaz.

Burada daha geniş iqtisadi proses gedir və onun arxasında beynəlxalq logistika xərclərinin artması dayanır. Belə olduğu halda da logistika şirkətləri müəyyən xərclərin ödənməsində çətinlik çəkirlər və gecikmələr baş verir.

Məhz beynəlxalq daşınma qiymətlərinin, yanacaq qiymətlərinin, anbarda çeşidləmə tariflərinin yüksəlməsi logistika şirkətlərinin fəaliyyət modelinə birbaşa təsir göstərir. Şirkətlər artan xərcləri ya tariflərə əlavə etməlidirlər, ya da ucuz daşıma marşrutlarına üstünlük verməlidirlər.

Bunun nəticəsində daha optimal variantın axtarılması, daha ucuz yolların hesablanması və həmin marşrutların müəyyən olunması normaldakından daha çox vaxt apardığı üçün praktikada məhsulun çatdırılma müddətini uzadır və bu da narazılığa gətirib çıxarır.

Xüsusilə aşağı qiymətə olan sifarişlərdə bu məsələ daha ciddi hiss olunur. Çünki 10-20 manatlıq məhsulun daşınması üçün ödənilən logistika xərci bəzən məhsulun öz qiymətinə yaxınlaşır. Bu da karqo şirkətinə sərf etmir. Belə vəziyyətdə istehlakçı üçün xaricdən sifarişin iqtisadi üstünlüyü və cəlbediciliyi azalır.

Digər tərəfdən baxanda, bağlamaların gecikməsi istehlakçı davranışına da təsirini göstərir. İnsan sifariş etdiyi məhsulu həftələrlə gözləyirsə və çatdırılma tarixinin dəqiq olmaması problemi ilə üzləşirsə, növbəti alışında yerli bazara üstünlük verə bilər.

Amma xarici platformalarda qiymət və məhsul keyfiyyəti üstünlüyü qorunduğu üçün onlayn alış-verişə marağın tamamilə aradan qalxacağını gözləmək bir az sadəlövhlük olardı. Burada Azərbaycan üçün daha vacib məsələ beynəlxalq elektron ticarətin logistikasını daha səmərəli versiyaya gətirməkdir.

Yəni gömrük rəsmiləşdirilməsinin sürətləndirilməsi, bağlamaların çeşidlənməsi və regional logistika infrastrukturunun təkmilləşdirilməsi, kuryer xidmətləri arasındakı rəqabətin artırılması çatdırılma müddətinin qısaldılmasına gətirib çıxara bilər”.Onun sözlərinə görə, bu isə nəticədə birbaşa olaraq istehlakçıya fayda verir:

“Əks halda, beynəlxalq logistika xərclərinin artması yalnız bağlamaların gecikdirilməsinə deyil, xaricdən alınan məhsulların son qiymətinin yüksəlməsinə də səbəb ola bilər.

Bu məsələni belə qiymətləndirmək lazımdır ki, yanacaq və daşınma xərcləri artdıqca logistika bahalaşır, logistika bahalaşanda isə çatdırılma xidmətinin müddəti uzanır.

Çatdırılma müddəti uzananda isə məhsulun yekun qiyməti artır və bu zaman istehlakçı öz qərarını dəyişir. Yəni bu məsələlərin hər biri bir-biri ilə zəncirvari əlaqədədir.

Ona görə də xaricdən sifarişlərin gecikməsi məsələsi sadə bir məsələ deyil. Bu, Azərbaycanda elektron ticarətin inkişafına, istehlakçı xərclərinə və rəqəmsal alış-veriş bazarlarının gələcəyinə birbaşa təsir göstərən iqtisadi məsələdir.

Bununla bağlı Azərbaycan hökuməti mütləq tədbir görməlidir. Çünki elektron alış-veriş bu günə qədər bazarda müəyyən balansı yaradırdı və kəskin şəkildə məhsulların qiymətinin bahalaşmasına maneçilik törədirdi”.

İqtisadçı qeyd edib ki, artıq o da olmadığına görə, istehlakçının alternativləri azalmağa başladıqda işbazlar başlayacaqlar öz istədiklərini diktə etməyə.

Aişə
“Cebheinfo.az”

Açar sözlər: onlayn sifarişlər Asif İbrahimov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 11 Avqust 2026 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see611

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see288

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see277

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see267

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see258

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see252

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see233

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see229

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see228

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see219

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see218

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see205

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

05 Noyabr 2026 00:39see202

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see201

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see197

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see193

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see192

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see192

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see185

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri