Icma.az
close
up
RU
Xaricə köçmək istəyənlərin NƏZƏRİNƏ: Bu yollarla… ARAŞDIRMA KONKRET

Xaricə köçmək istəyənlərin NƏZƏRİNƏ: Bu yollarla… ARAŞDIRMA KONKRET

Icma.az, Konkret.az saytına istinadən bildirir.

Xarici ölkələrə köçmək istəyən minlərlə insan var. Lakin çox insan bunun necə mümkünləşəcəyi, hansı yolların olduğu barədə məlumatsızdır. Çox insan elə bilir ki, xaricdə yaşamaq yalnız təhsil və ya iş xətti ilə mümkündür. Əslində, elə deyil.

Bəs, xaricə hansı yollarla köçmək, orada daimi yaşamaq olar? Nə qədər büdcə olmalıdır?

KONKRET.az xaricdə yaşama üsullarını təqdim edir.

Hamının bildiyi kimi, ilk üsul təhsil yolu ilə getməkdir. İstənilən ölkəyə təhsil yolu ilə getmək mümkündür. Amma bunun üçün siz, fərqli imtahanlar verməlisiniz. Məsələn, Avropa ölkələri və Amerikada “İELTS” imtahanı tələb olunur. Təhsil yolu ilə tam təqaüdlü də oxumaq mümkündür. Tam təqaüd qazandığınız zaman universitet illiyi və yaşayış xərcləri dövlət tərəfindən təmin olunur.

Digər bir yol isə karyeradır. Əgər ixtisasınız kifayət qədər tələb ediləndirsə, həmin sahəni xarici ölkələrdə də təkmilləşdirə bilərsiniz. Məsələn, Avropa ölkələrində texnologiya sahəsi kifayət qədər inkişaf edib.

Üçüncü üsul isə könüllülük layihələridir. Demək olar ki, hər ölkədə beynəlxalq vətəndaşlar üçün nəzərdə tutulan könüllülük proyektləri var. Siz həmin layihələrə müraciət edərək qısa müddətlik də olsa, xaricə köçə bilərsiniz.

Dördüncü variant “Green card” dır. Düzdür, “Green card” sadəcə bir lotoreyadır. Amma bunu qazanan milyonlarla insan var. Hər il oktyabr-noyabr aylarında müraciətlər başlayır. Bu lotoreyanı qazansaz, ailənizi də Amerikaya apara bilərsiniz. Lakin qeyd edək ki, “Green card” qazansaz belə, ən azı 15-20 min dollar civarında büdcə olmalıdır.

Beşinci üsul “Work and Travel” layihəsidir. Bu proyekt ABŞ, İspaniya və s. ölkələrdə mövcuddur. Sözügedən layihə adından da göründüyü kimi, işləyərək səyahət etməyi reallaşdırır. Proqramı bitirdikdən sonra da həmin ölkədə yaşamaq və işləmək olar. Bunun üçün siz səfirliyə müraciət etməli və özünüzə miqrasiya vəkili tutmalısınız.

Altıncı üsul evlilik birləşməsidir. Əgər bir xarici vətəndaşla ailə qursanız, avtomatik sizin də o ölkədə daimi yaşamaq icazəniz yaranır. Amma həmin evlilik real olmalıdır. Əks halda, səfirlik sizə qəti şəkildə viza verməyəcək.

Yeddinci və sonuncu üsul isə qaçqınlıq yolu ilə immiqrasiya etməkdir. Lakin bu yol heç kəsə tövsiyyə olunmur. Çünki yolun sonunda deportasiya oluna bilərsiniz. Həmçinin bu yolda çətinliklər də az deyil. Bir müddət işləmək icazəniz belə olmayacaq./ajansaz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://konkret.az
archiveBu xəbər 15 Noyabr 2024 17:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see341

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see277

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see231

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see210

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see194

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see189

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see186

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see176

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see170

Nazirlikdə ixtisarlar: Bu şəxslər işdən çıxarıldı SİYAHI

26 Yanvar 2026 23:37see169

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see168

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see163

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see158

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see155

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see155

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see152

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see150

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see150

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see145

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri