Icma.az
close
up
RU
Xaricə getmək istəyənlərin NƏZƏRİNƏ!: VƏZİYYƏT DƏYİŞİR

Xaricə getmək istəyənlərin NƏZƏRİNƏ!: VƏZİYYƏT DƏYİŞİR

Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.

ABŞ-də uzunmüddətli işsizlik artır. CNBC-nin ABŞ Əmək Statistikası Bürosunun məlumatları əsasında apardığı təhlilə görə, bu göstərici 2019-cu illə müqayisədə 45%, 2023-cü illə müqayisədə isə 55% artıb. ABŞ-də İqtisadçılar bildirirlər ki, uzunmüddətli işsizliyin artması əmək bazarının və iqtisadiyyatın vəziyyəti barədə ciddi siqnallar verir.
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı Ajans.az-a Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli açıqlama verib. 
O bildirib ki, ABŞ-də uzunmüddətli işsizliyin artması əmək bazarında rəqabətin gücləndiyini göstərir: pizza mizza
"Belə şəraitdə işəgötürənlər vakansiyalar üçün daha çox namizəd arasından seçim edir və bu da miqrantların iş tapmasını çətinləşdirə bilər. Xüsusilə yerli iş təcrübəsi olmayan, peşəkar əlaqələr şəbəkəsi zəif olan və ya yüksək tələbat görməyən sahələrdə çalışan xarici vətəndaşlar daha çox çətinliklə üzləşə bilərlər. Bununla belə, informasiya texnologiyaları, səhiyyə, mühəndislik və bəzi texniki peşələr kimi sahələrdə ixtisaslı kadrlara ehtiyac hələ də qalmaqdadır".
Ekspert mövcud vəziyyətin ABŞ-yə təhsil üçün gedənlərə də edəcəyi təsirdən də danışıb.  Onun sözlərinə görə,  şirkətlər xarici işçilərin sponsorluğuna daha ehtiyatla yanaşa bilərlər:
"Son illərdə ABŞ-də təhsil alan beynəlxalq tələbələr üçün də vəziyyət müəyyən qədər mürəkkəbləşib. Universitet məzunları təhsildən sonra iş vizası və ya sponsorluq tələb edən hallarda daha sərt rəqabətlə qarşılaşırlar. Şirkətlər iqtisadi qeyri-müəyyənlik dövründə yeni əməkdaşların işə qəbulunu azalda və ya xarici işçilərin sponsorluğuna daha ehtiyatla yanaşa bilərlər. Buna görə də tələbələrin təhsil dövründə təcrübə proqramlarında iştirak etməsi, peşəkar əlaqələr qurması və əmək bazarında tələbat olan bacarıqlar əldə etməsi əvvəlkindən daha vacib hesab olunur".
Akif Nəsirli həmçinin bildirib ki, ABŞ-də işsizliyin yüksəlməsi Green Card qazanan və ya ölkəyə yeni köçən şəxslər üçün də bəzi çətinliklər yarada bilər: 
"Yeni gələnlərin ilk aylarda iş tapmaq müddəti uzana, bəzi sahələrdə əməkhaqqı artımları zəifləyə və uyğun vakansiyaların sayı azala bilər. Eyni zamanda yaşayış xərclərinin yüksək olduğu şəhərlərdə işsiz qalmaq maliyyə yükünü daha da artırır. Buna görə də ABŞ-yə köçməyi planlaşdıran şəxslərin müəyyən maliyyə ehtiyatı ilə hərəkət etmələri vacibdir".
O vurğulayıb ki, ABŞ iqtisadiyyatında müşahidə olunan bu tendensiya bəzi insanların diqqətini alternativ istiqamətlərə yönəldə bilər:
"Son illərdə əmək bazarına görə daha çox maraq görən ölkələr arasında Kanada, Avstraliya, Almaniya, Niderland və bəzi Skandinaviya ölkələri yer alır. Bu ölkələrdə müəyyən peşələr üzrə işçi çatışmazlığı və ixtisaslı mütəxəssislərə tələbat davam edir. Bununla yanaşı, hər ölkənin öz miqrasiya qaydaları, dil tələbləri və əmək bazarı xüsusiyyətləri olduğu üçün seçim fərdi şərtlərə uyğun aparılmalıdır".
Akif Nəsirli son olaraq qeyd edib ki, mövcud vəziyyətdə xaricə getmək istəyən şəxslər ölkə seçimindən daha çox peşə və bacarıq seçiminə diqqət yetirməlidirlər. Əmək bazarında tələb olunan sahələr üzrə ixtisaslaşmaq, xarici dil biliklərini inkişaf etdirmək, beynəlxalq sertifikatlar əldə etmək və mümkün qədər iş təcrübəsi toplamaq uğur şansını artırır. Həmçinin yalnız iqtisadi göstəricilərə deyil, uzunmüddətli karyera perspektivlərinə, yaşayış xərclərinə, immiqrasiya qaydalarına və sosial inteqrasiya imkanlarına da baxmaq vacibdir. ABŞ hələ də dünyanın ən böyük və innovativ iqtisadiyyatlarından biri olaraq qalır, lakin hazırkı şəraitdə ora gedən şəxslərin daha hazırlıqlı və rəqabətədavamlı olmaları əvvəlkindən daha böyük əhəmiyyət daşıyır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:159
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 08 İyun 2026 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri