Xarici dil üzrə sınaq imtahanında 23 ali təhsil müəssisəsinin məzunları iştirak edib FOTOLAR
Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Mayın 24-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) doktorantura səviyyəsində xarici dil (ingilis dili) üzrə sınaq imtahanı keçirilib. SİA xəbər verir ki, ADNSU-da ilk dəfə ödənişsiz əsaslarla təşkil olunan bu sınaq imtahanında iştirak etmək üçün 215 nəfər qeydiyyatdan keçib. Onlardan 77 nəfəri hazırda magistratura təhsili alan, 138 nəfəri isə əvvəlki illərin məzunlarıdır. İmtahanlar “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMİS) vasitəsilə elektron qaydada həyata keçirilib.
Sınaq imtahanlarında ADNSU ilə yanaşı, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Texniki Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Ali Neft Məktəbi, Bakı Dövlət Universiteti və digər ali təhsil müəssisələrinin magistrləri və məzunları iştirak ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 27 May 2025 11:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















