Icma.az
close
up
RU
Araz Paşayev Brüsseldə Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin iclasında iştirak edib FOTOlar

Araz Paşayev Brüsseldə Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin iclasında iştirak edib FOTOlar

Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

8-10 aprel tarixlərində Belçikanın paytaxtı Brüssel şəhərində Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) iclası keçirilib. İclasda ETUCE-nin prezidenti Con MakGabhan, direktoru Jelmer Evers, təşkilatın vitse-prezidentləri və İcraiyyə Komitəsinin üzvləri iştirak ediblər.

"İki sahil" xəbər verir ki, ölkəmizi bu tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin sədri Araz Paşayev və rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. İclasda təşkilatın 2024-cü il üzrə maliyyə hesabatı, cari ilin büdcə layihəsi və gələcək fəaliyyət istiqamətləri, həmçinin ETUCE-nin subregional qurumlarının yaradılması, Mərkəzi və Şərqi Avropa ölkələrinin (CEE Countries) təhsil işçiləri həmkarlar ittifaqları ilə dəyirmi masa formatında görüşlərin təşkili məsələləri müzakirə olunub.

Həmçinin, iclasda Təhsildə Qlobal Əməkdaşlıq Təşkilatının (GPE - Global Partnership for Education) əməkdaşlıq üzrə baş mütəxəssisi April Goldenin təqdimatı dinlənilib. O, inkişaf etməkdə olan ölkələrdə təhsilin keyfiyyətini artırmaq məqsədilə Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində təqdim olunan maliyyə dəstəyi və layihələrdən, eləcə də hədəf ölkələr üzrə planlardan söz açıb. 

Daha sonra Bacarıqlar Birliyi (Union of Skills) strategiyası ətrafında fikir mübadiləsi aparılıb, həmçinin üzv təşkilatların milli səviyyədə fəaliyyəti, beynəlxalq təşkilatlarla əməkdaşlığı və həmrəylik məsələləri diqqət mərkəzində olub. Müzakirələrə qatılan ATİAHİ Respublika Komitəsinin sədri Araz Paşayev AHİK-in fəaliyyət strategiyasına uyğun olaraq təmsil etdiyi komitənin prioritet istiqamətlərindən, ittifaq üzvlərinin əmək hüquqlarının qorunmasından, sosial rifahının yaxşılaşdırılması istiqamətində görülən işlərdən bəhs edib. Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsi, Beynəlxalq Təhsil Birliyi kimi beynəlxalq platformalarda əməkdaşlığın və həmrəyliyin əhəmiyyətini vurğulayıb. Qeyd edək ki, Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsi 51 ölkədən 122 təşkilatı, 4 milyondan artıq təhsil işçisini özündə birləşdirir.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:83
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 11 Aprel 2025 12:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see272

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see254

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see240

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see192

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see177

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri