“Xarici dövlətlər ölkənin diplomatlarına təzyiq göstərir” Gürcüstan XİN KONKRET
Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Xarici dövlətlər ölkədən kənarda işləyən gürcü diplomatlarına təzyiq göstərirlər. Bu, qəbuledilməz haldır”.
KONKRET.az xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında bildirilir.
“Gürcüstan XİN ölkənin diplomatik xidmətinə göstərilən təzyiqi və təxribata çağırışları pisləyir. Suveren dövlətin qurumlarının fəaliyyətinə müdaxilə cəhdləri qəbuledilməzdir”, – bəyanatda qeyd olunub.
Bildirilir ki, Gürcüstan hakimiyyəti Aİ ilə Assosiasiya Sazişi və Avropa İttifaqı ilə Dərin və Hərtərəfli Azad Ticarət Sazişi üzrə öhdəliklərini həmişə yerinə yetirib.
“Müvafiq olaraq, Gürcüstan hökuməti ölkəyə gələcəkdə Avropa İttifaqına üzvlüklə bağlı sürətli danışıqlara daha yaxşı hazırlaşmaq imkanı verən Assosiasiya Sazişi əsasında Aİ-yə inteqrasiya prosesini qətiyyətlə davam etdirəcək”, – nazirlik vurğulayıb.
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 01 Dekabr 2024 22:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















