Icma.az
close
up
RU
Xarici media nümayəndələri üçün növbəti mediatur təşkil olunub FOTO

Xarici media nümayəndələri üçün növbəti mediatur təşkil olunub FOTO

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

Noyabrın 16-da Medianın İnkişafı Agentliyi və COP29 Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə ölkənin dayanıqlı inkişaf yolunda atdığı addımların diqqətə çatdırılması, Azərbaycanın tarixi-mədəni abidələrinin tanıdılması məqsədilə xarici jurnalistlər üçün növbəti mediatur təşkil edilib.

Avtosfer.az xəbər verir ki, mediatur çərçivəsində ilk olaraq Nobel Qardaşlarının ev-muzeyi ziyarət edilib. Qonaqlara Bakının neft sənayesinin inkişafında müstəsna xidmətləri olan neft maqnatlarının yaşayış tərzi, Nobel qardaşlarının varislərindən əldə edilən eksponatlar, orada yerləşən Bakı Nobel Neft Klubu və Biznes Mərkəzindən bəhs edilib.

Sonra jurnalistlər Avrasiyanın əsas nəqliyyat və logistika qovşağı rolunu oynayan, limanların, dəniz sənayesinin bütün formatlarında ekoloji cəhətdən təmiz və davamlı əməliyyatlara investisiya qoyan, onları təşviq edən Yaşıl Liman - Bakı Limanında olublar. Bildirilib ki, Bakı Limanı 2019-cu ildən bəri Xəzər regionunda ilk Yaşıl Liman statusunu alaraq ətraf mühitə təsiri minimuma endirmək üçün mühüm tədbirlər həyata keçirib, 2035-ci ilə qədər isə sıfır karbon emissiyasına nail olmağı hədəfləyir.

Daha sonra xarici media nümayəndələri 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyasına gəliblər. Tanışlıq zamanı qonaqlara stansiyanın tikintisi, istismarı və şəbəkəyə inteqrasiyası prosesləri barədə ətraflı məlumat verilib. Günəş enerjisi texnologiyalarının spesifik xüsusiyyətləri və istifadə olunan avadanlıqlar, habelə yaşıl enerji istehsalı müəssisələrinin texniki, iqtisadi, ekoloji və sosial aspektləri jurnalistlərə izah edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:85
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 16 Noyabr 2024 22:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Son çempion məğlubiyyətləri sıralayır

26 Oktyabr 2025 21:44see236

Bakıda içməli su yola axır: Taxta parçaları veriblər ki, boru partlayanda içinə salın

27 Oktyabr 2025 01:56see232

Zəlzələ səbəbindən Balıkesirdə məktəblərdə bir günlük tətil elan olundu

28 Oktyabr 2025 02:51see196

Alişan Uzak şehir in setində FOTOLAR

27 Oktyabr 2025 06:32see195

Qırmızı kələmin üç əsas sağlamlıq faydası müəyyən edilib...

27 Oktyabr 2025 23:25see189

Sözün işığında yaşayan insan

28 Oktyabr 2025 08:28see170

Buğdanı cücərdib istifadə etsəniz, möcüzəni görəcəksiniz

26 Oktyabr 2025 22:30see165

Söküntü zamanı ədalətli kompensasiya: Beynəlxalq təcrübə və Azərbaycan reallığı

27 Oktyabr 2025 15:40see147

Payızda bu qidalar immuniteti gücləndirir

27 Oktyabr 2025 04:04see137

“Qəzzanın İsrail seçkilərinə təsiri: müharibədən sonra siyasi xəritə necə dəyişir?“ İsrail mətbuatı

26 Oktyabr 2025 20:55see136

Əmtəə bazarlarında qızılın qiyməti 4000 dollardan aşağı enib

28 Oktyabr 2025 09:20see135

Siyasətlə evi isidə bilmərik Siyarto

26 Oktyabr 2025 20:40see133

Tbilisinin mərkəzində müxalifət yürüş mitinq keçirir

26 Oktyabr 2025 21:00see133

Osimhen Okan Buruka təriflədi: Onun rəhbərliyi altlnda oynamaqdan çox məmnunam

27 Oktyabr 2025 00:39see131

Çipli nömrələrə son Yeni nömrələr çipsiz verilir

27 Oktyabr 2025 23:41see131

Tarixin ən məşhur qırılmaz kodlarından birinin həlli tapıldı...

26 Oktyabr 2025 21:54see130

Zelenski: Tramp Ukraynada hazırkı cəbhə xəttində hərbi əməliyyatların dayandırılması ilə razıdır

27 Oktyabr 2025 01:21see130

Karvan Yevlax Elşad Əhmədova tapşırılır? Dəqiqləşdi

28 Oktyabr 2025 06:16see130

“Komanda üçün fərqi yoxdur Bakıda çıxış edirik, yoxsa Gəncədə” Marian Kolevin ə MÜSAHİBƏSİ

27 Oktyabr 2025 13:22see127

Türkiyədə güclü zəlzələ İstanbulda da hiss edildi

28 Oktyabr 2025 00:14see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri