Xarici ölkə vətəndaşlarının İrandan Azərbaycana təxliyəsi davam edir
Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.
"Astara" dövlət sərhəd-buraxılış məntəqəsindən növbəti xarici ölkə vətəndaşlarının təxliyəsi həyata keçirilib.
Oxu.Az xəbər verir ki, gecədən bəri təxliyə olunanlar arasında yaponiyalı diplomatlar, Avstraliya, Niderland, İtaliya və Bəhreyn vətəndaşlarına rast gəlinir. Onların ümumi sayı 40-a yaxın olub.
Qeyd edək ki, bir sıra xarici dövlətlər Azərbaycan hökumətinə müraciət edərək İranda olan vətəndaşlarının təxliyəsinə yardım göstərilməsini xahiş ediblər. Azərbaycan dövləti isə humanitar prinsipləri rəhbər tutaraq bu şəxslərin ölkəmizin ərazisindən təhlükəsiz keçidi üçün bütün zəruri şəraiti yaradıb.
Bu mövzuda digər xəbərlər:Xarici ölkə vətəndaşlarının İrandan Azərbaycana təxliyəsi davam edir FOTO
22 İyun 2025 20:10
İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir VİDEO
28 İyun 2025 00:40
Bu ölkə səfirliyini İrandan Azərbaycana köçürdü
19 İyun 2025 14:03
İrandan təxliyə olunan Rusiya vətəndaşlarının Azərbaycana keçidi davam edir FOTO
16 İyun 2025 05:10
Baxış sayı:128
Bu xəbər 26 İyun 2025 13:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















