Xarici ölkə vətəndaşlarının İrandan Azərbaycana təxliyəsi davam edir FOTO
Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Astara dövlət sərhədindən buraxılış məntəqəsində İran İslam Respublikasından xarici ölkə vətəndaşlarının təxliyəsi davam etdirilir.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, gün ərzində təxliyə olunanlar əsasən Çin, Yaponiya, Portuqaliya, Belçika, CAR, Türkiyə, İran, ABŞ, eləcə də digər ölkələrin vətəndaşlarıdır.
Təxliyə olunanlar əvvəlcədən müəyyən edilən sənəd və qaydaların tələblərinə uyğun şəkildə həyata keçirilir. Müvafiq qeydiyyatdan sonra təxliyə olunanlar onlar üçün ayrılan avtobuslarla Bakı şəhərinə yola salınırlar.
Qeyd edək ki, bəzi xarici ölkələr Azərbaycan hökumətinə müraciət edərək, İranda olan vətəndaşlarının təxliyəsi üçün Azərbaycanın ərazisindən tranzit keçid şəraitində öz ölkələrinə qayıtmasına yardım göstərilməsini xahiş ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 22 İyun 2025 20:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















