Icma.az
close
up
RU
Xarici ölkələrdə təhsil alan və təhsil almaq arzusunda olan tələbələrin NƏZƏRİNƏ

Xarici ölkələrdə təhsil alan və təhsil almaq arzusunda olan tələbələrin NƏZƏRİNƏ

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) xarici ölkələrdə təhsil alan və təhsil almaq arzusunda olan tələbələrə müraciət edib.

Bu barədə Oxu.Az-a agentliyin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, xüsusilə son illər qonşu ölkələrdən əldə olunan kvalifikasiyaların tanınmasına dair imtina qərarlarının sayı artmaqdadır:

"Bu barədə təhlil xarakterli ətraflı məlumatlar (ən çox imtina verilən kvalifikasiyalar üzrə ali təhsil müəssisələrinin siyahısı, imtina səbəbləri və digər zəruri məqamlar) agentliyin həm rəsmi saytında, həm də sosial şəbəkə hesablarında mütəmadi olaraq paylaşılır.

Eyni zamanda, qeyd edək ki, tənzimlənən ixtisaslar (hüquq, müəllimlik və mühəndislik) üzrə TKTA-nın sifarişi ilə Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən təşkil olunan imtahanlarda aşağı reytinqli universitetlərdən əldə olunan kvalifikasiya sahiblərinin qeyri-qənaətbəxş imtahan nəticələrinin sayının kifayət qədər çox olması narahatedici məqamdır. Bu məqsədlə, müraciətçilərə sözügedən istiqamətlər üzrə təhsil almadan öncə müvafiq təhsil müəssisələrini araşdırmağı tövsiyə edirik".

Məlumatda qeyd olunub ki, xarici ölkələrdə təhsil aldığınız müddətdə Qaydaların 4-cü bölməsinin 4.1-ci bəndinin yarım bəndlərində qeyd olunan tələblər xarici kvalifikasiyaların tanınması istiqamətində ilkin şərtləri ehtiva edir:

"Belə ki, əldə olunan xarici kvalifikasiyanın ölkə ərazisində tanınması istiqamətində Qaydalarda qeyd olunan tədrisin normativ müddətinə uyğun təhsil almaq, müəyyən olunmuş təhsil müddəti ərzində müvafiq xarici təhsil müəssisəsində fiziki olaraq dərslərdə iştirak etmək zəruridir. Sözügedən tələblərə əməl olunmadan əldə edilən xarici kvalifikasiyaların ölkə ərazisində tanınması mümkünsüzdür.

Əlavə olaraq, sizləri son zamanlar sosial şəbəkələr, internet və media resursları vasitəsilə təhsil şirkətləri tərəfindən reklam olunan təhsil müəssisələrinə "asan üsullarla" qəbul olunma ilə bağlı ehtiyatlı olmağa, müvafiq təhsil müəssisələrindən əldə olunan xarici kvalifikasiyaların ölkə ərazisində mütləq tanınması ilə bağlı vədlərə inanmamağa çağırırıq.

TKTA olaraq xarici təhsil müəssisələri haqqında səhih və ətraflı məlumat əldə etdikdən, yuxarıda qeyd olunan məqamları nəzərdən keçirdikdən sonra seçim etməyinizi xahiş edirik.

Yekunda təkrar qeyd etmək istərdik ki, xarici kvalifikasiyaların ölkə ərazisində tanınması üçün qaydaların 4-cü bölməsində qeyd olunan tələblərin tam təmin olunması şərtdir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://oxu.az
archiveBu xəbər 21 İyul 2025 17:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see195

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see182

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see162

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri