Xarici tələbələrə kredit verilməsi hələlik nəzərdə tutulmur
Icma.az, Anews saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycanda təhsil alan xarici tələbələrə kredit verilməsi ilə bağlı hər hansı dəyişiklik yoxdur. Bunu dekabrın 20-də Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Bəhruz Əzimov jurnalistlər üçün keçirilən brifinqdə deyib.
"Bu kredit hələlik Azərbaycan vətəndaşları üçün nəzərdə tutulub. Xarici vətəndaş olan tələbələr üçün kredit ayrılması ilə bağlı hər hansı dəyişiklik yoxdur", - o bildirib.
Təhsil Tələbə Krediti Fondu (Bundan sonra Fond) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 17 iyun 2021-ci il 1367 saylı fərmanı əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində yaradılıb.
Aytac
www.anews.az

Kobaxidze: Yeni hökumətin əsaslı şəkildə yenilənməsi nəzərdə tutulmur
15 Noyabr 2024 03:40
Peskov: “Putinin Paşinyanla təkbətək görüşü nəzərdə tutulmur” KONKRET
24 Dekabr 2024 14:47
Emin Əmrullayev: Qarabağ Universitetinin Bakıda filialının yaradılması nəzərdə tutulmur
10 Dekabr 2024 13:51

