Icma.az
close
up
RU
Menu

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

Payızda bu 2 qida mütləq yeyilməlidir

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

Xas sözün adamı… Polkovnik haqqında qeydlər

Xas sözün adamı… Polkovnik haqqında qeydlər

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Qarşımda üç qovluq yazı var. 2010-cu ildən, yəni Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə gəldiyim gündən indiyə kimi onları qoruyub-saxlamışam. Hamısında da qırmızı və göy rəngli qələmlərlə düzəliş olunub. Kiçik qeyd dəftərlərində isə qarışqa ayaqlarına oxşar qeydlərim yer alır. Hətta elə qeydlərim var ki, onları oxumaqda çətinlik çəkirəm, zarafat deyil, üstündən 15 il keçib.

Düzü, nə tanıyırdım, nə də ki, haqqında eşitməmişdim. “Mübariz keşikdə” qəzeti ilə tanışlıqdan sonra bildim ki, o, DİN-in mətbu orqanının redaktorudur. Könlünü sözə verən, söz adlı işıqla gələcəyə doğru yön alan bir əməkdaş kimi adı çəkilən qəzetə “Basarkeçər-Basatın keçdiyi yer” adlı bir məqalə göndərdim. Məqaləm qəzetdə dərc olundu.

Beləcə, içimdəki yazmaq eşqimə söykənib 1988-ci ildən sonra tərk etməyə məcbur olduğumuz yurd yerləri ilə bağlı yazdığım publisistik məqalələrlə hər cümə axşamı oxucuların görüşünə gələn “Mübariz keşikdə”nin doğmasına çevrildim.

Yazılarım dərc olunduqca həm sevinirdim, həm də öyrənirdim. Sehirli bir əl fikirlərimə sığal çəkir, onu çoxminli auditoriyaya  dilimizin qayda-qanunlarına uyğun, daha axıcı, daha gözəl şəkildə təqdim edirdi.

Necə deyərlər, “Mübariz keşikdə”nin ştatdankənar müxbiri idim. Yazılarıma görə qonorar da alırdım. Məni görəndə Polis Akademiyasındakı həmkarlarım zarafatla: “Səni bir gün “Mübariz keşikdə” bizdən oğurlayacaq”,-deyirdilər. Zənnlərində yanılmamışdılar…

“Oğurlandığım gün”dən artıq 15 il keçib. Bu yazını bir il öncə yazıb onun yubilieyinə hədiyyə də edə bilərdim. Ancaq özünün dediyi kimi, “Hər sözün, fikrin öz vaxtı, öz zamanı var”. Görünür, qismət bu günə imiş.

Bəzən deyirlər ki, yazmaq vərdişə çevriləndə diri sözü, duru sözü yazmağa adam ərinir. Nə özünü, nə də qələmi əziyyətə salmaq istəmir. Düzdür, qələm tutan əlimizdən indi klavyatura tutur, bizi çox çətinə düşməyə qoymur. Ancaq yenə də məsuliyyət öz yerində qalır.

Bu fikirləri yazdıqca gözlərimdə onun əksi canlanır və özümə də, yazıma da çəki, düzən verirəm…

Azərbaycanın Əməkdar jurnalisti, təqaüddə olan polis polkovniki Cavid Xaspoladov. Bu adı köhnələr daha yaxşı xatırlayarlar. “Dünyanın düz vaxtı”, sovetlər dağılmamışdan öncə qurub-yaratmaq eşqi ilə yaşayanlardan, pambıq tarlalarında, meyvəli bağlarda, əkin sahələrində əsl qəhrəmanlıq nümayiş etdirənlərdən yüzlərlə yazı yazıb. Azərbaycanı qarış-qarış gəzib, onun ən böyük sərvəti olan insanlarının gününü-güzaranını qələmə alıb. Gördüyü problemin üstünə gedib, jurnalist qələminin nişangahında həmişə yaxasını el dərdindən kənara çəkənlər olub. Nə söz götürüb, nə də ki, dediyi söz yerə düşüb. Sözü həmişə yerində işlədib, məqamında danışıb, məqamında yazıb.

1980-ci illərdən sonra qələmini süngüyə çevirib. Yanından, yörəsindən keçən güllələrdən qorxmayıb. Qarabağdan, yurdundan-yuvasından köçkün düşən soydaşlarımızın problemlərindən, yaşadıqları ağır şəraitdən bəhs edən yazılarından vicdanlı vətəndaş, peşəkar jurnalist boy verib. Bəlkə də çoxlarının müsahibə götürməyə ürək eləmədiyi siyasiləri sözün məngənəsində sıxmağı da bacarıb. Peşəsinin haqqını verib Cavid Xaspoladov.

Hər dəfə yazılarımı redaktə etdikdən sonra öz müəllimlərindən söhbət açar, Nəsir İmanquliyevi, Mircəlal Paşayevi, Tofiq Rüstəmovu, Nəriman Zeynalovu, , Qulu Xəlilovu, Famil Mehdini, Şirməmməd Hüseynovu, Cahangir Məmmədlini, Nəsir Əhmədlini, Əliş Nəbilini, Firudun Ağayevi, Tariyel Əhmədovu hörmət və ehtiramla xatırlayardı. Onun dediklərinin, yazdıqlarının sübutu barəsində yazılan məqalələrdir, dostların xatirələridir. Mən inanıram ki, Cavid müəllim üçün hər qələm sahibinin deməyə sözü var. Necə ki, illər öncə təqaüddə olan polis polkovniki, Əməkdar jurnalist Sadiq Gözəlov ürəyindəkiləri onun 50 illik yubileyi ilə bağlı yazdığı “Ürəyimdə sözüm var” adlı məqalədə belə qələmə almışdı:
“Məndə bir fotoşəkil var. 1991-ci ildə Qazaxın Aşağı Əskipara kəndində çəkilib. Əlində silah, ətrafında “Xalq qəzeti”nin bölgə müxbiri Valeh Şıxlı və torpağımızı düşməndən qoruyan polis əməkdaşları. Onda Cavid cəbhə reportajları hazırlamaq üçün tez-tez Cəbrayılda, Füzulidə, Qubadlıda, Zəngilanda, Qazaxda, Ağstafada, Tovuzda olur, düşmənlə üzbəüz mövqelərə qədər gedib çıxırdı. Qazaxa da təsadüfən getməmişdi. Dediyinə görə, qəhrəman polislərimizlə şəkil çəkdirməyi tam təsadüfən olub”...

Məlumat üçün bildirim ki, Cavid Xaspoladovun ilk yazısı mətbuatda 1975-ci ildə işıq üzü görüb. Azərbaycan Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirib, aspiranturada qiyabi təhsil almasına, çox erkən SSRİ Jurnalistlər İttifaqının üzvü olmasına rəğmən düz 4 il müqavilə ilə, yəni yalnız qonorar hesabına çalışıb. Qayğıları, çətinlikləri boyunu ötüb və o, elmi işini yarımçıq qoymalı olub. Cavid Xaspoladov Bakını ovucunun içi kimi tanıyan barmaqlasayılacaq şəxslərdəndir. Bilirsiniz niyə? Çünki kirayələrdə çox yaşayıb…

“Xalq qəzeti”ndə, “Azərbaycan”da, “AzərTAc”da çox çətinin öhdəsindən gəlib, öz dəst-xətti ilə seçilib, parlament müxbiri, xüsusi müxbir kimi yüksək dövlət tədbirlərindən yazdıqları bu gün Azərbaycan mətbuat tarixinin ən dəyərli nümunələrindəndir.

Azərbaycanın Əməkdar jurnalisti, təqaüddə olan polis polkovniki Cavid Xaspoladov ötən il oktyabrın 5-də 65-i geridə qoyub, üzü 70-ə doğru gedir.

Şərait və imkan olsaydı bu illər ərzində onunla olan hər söhbətimi lentə alardım. O, mənim müəllimim olub. Hərdən hal-əhval tutanda özünə deyirəm ki, mən sizin yanınızda 3-cü ali təhsil almışam.

Öyrətmək onun genetik yaddaşından irəli gəlir. Azərbaycanda maarifçilik hərəkatının öncüllərindən olan Zui Mirzə Mahmud babası olub. (“Şairin maarif yanğısı” adlı məqaləmdə ondan bəhs etmişəm).

Hərdən zəngləşirik. İlk sözümüz sözdən, qəzetdən düşür. İllər öncə dediklərini bu gün də mənim üçün təkrarlayır: “Yazdığın, dediyin sözün, fikrin arxasında durub onu müdafiə edə bilməyəcəksənsə, nə dilinə gətir, nə də ki, qələmə əziyyət ver”...

Bu kiçik yazı Cavid müəllimə olan vəfa borcumdur. Onun ən böyük varı, dövləti, dünən də, bu gün də yazdıqları və bir də yetişdirdiyi, sözü, jurnalistikanı sevdirdiyi yetirmələridir.

İki qız övladının atası, iki gül nəvənin babası olan Cavid müəllimin jurnalistika və daxili işlər orqanlarındakı xidmətləri dövlətimiz tərəfindən də yüksək qiymətləndirilib. O, ümummilli lider Heydər Əliyevin sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif olunub.  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2008-ci ildə "Əməkdar jurnalist" fəxri adına layiq görülüb.

C. Xaspoladov hazırda Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətində baş məsləhətçi, dövlət qulluğunun baş müşaviridir.


Hafiz Təmirov,
polis polkovniki

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:248
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 Oktyabr 2025 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see322

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see313

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see305

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see303

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see295

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see293

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see292

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see263

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see244

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see239

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see238

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see235

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see229

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see227

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see225

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see206

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see205

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see197

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri