Icma.az
close
up
RU
Xəbər istehsal edən qurumlara maneçilik yaradılmamalıdır Ekspert

Xəbər istehsal edən qurumlara maneçilik yaradılmamalıdır Ekspert

Icma.az bildirir, Unikal.az portalına istinadən.

"Süni intellektlə hazırlanan saxta video və səslərə yeni cəzalar tətbiq olunacaq. Ölkədə süni intellektlə bağlı qanunvericiliyə yeni dəyişikliklər təklif olunur. Təkliflərə görə, süni intellekt vasitəsilə hazırlanmış foto, video və audiomateriallar yayılan zaman onların süni intellektlə hazırlandığı açıq şəkildə işarələnməlidir. Bu tələbi pozanlar cərimələnəcək".

"Unikal" xəbər verir ki, bunu İKT üzrə ekspert Osman Gündüz sosial şəbəkə hesabında yazıb. O bildirib ki, daha ciddi məsələ isə deepfake-lərlə bağlıdır:

"Şəxsin razılığı olmadan onun səsi və ya görüntüsü əsasında süni intellektlə saxta material hazırlamaq və yaymaq cinayət hesab ediləcək. Xüsusilə pornoqrafik və ya seksual xarakterli deepfake materialların hazırlanması və yayılması üçün 3 ildən 7 ilədək həbs cəzası nəzərdə tutulur. Əslində bu təşəbbüs təsadüfi deyil. Son illərdə süni intellekt texnologiyalarının inkişafı ilə birlikdə deepfake manipulyasiyaları, reputasiya hücumları və xüsusilə seksual şantaj halları dünyada ciddi problemə çevrilib. Xüsusən porno ilə bağlı sərt yanaşmalar tətbiq edilir. Bir çox ölkələr artıq bu risklərə qarşı hüquqi mexanizmlər qurmağa başlayıblar. Bu baxımdan belə addımlar şəxsi həyatın, ictimai nüfuzun və informasiya təhlükəsizliyinin qorunması üçün zəruridir. Amma burada incə bir məqam da var. Süni intellektlə hazırlanmış materialların işarələnməsi media mühitində şəffaflıq yaratsa da, bunun tətbiqi mexanizmi problemlər yarada bilər. Əgər bu proses düzgün qurulmasa, xəbər istehsalı və informasiya mübadiləsi üçün əlavə hüquqi riskləri yarada bilər. Süni intellektlə hazırlanmış şəkil necə sübut olunacaq, hansı səviyyədə istifadə olunanda işarələnmə tələb olunacaq, əlavə alətlərdən də istifadə edilsə necə qiymətləndiriləcək.

Yeni dəyişikliklərin tətbiqində təcrübələrin olmadığı bir halda məmurlar tərəfindən əlavə bürokratik əngəllər yarana bilərmi? Yəni, əsas məsələ yalnız cəzaların sərtliyi deyil, qanunun necə tətbiq olunacağıdır. Çünki süni intellekt texnologiyaları sürətlə yayılır və yaxın illərdə media, kommunikasiya və yaradıcı sənayenin böyük hissəsi bu alətlərdən daha çox istifadə edəcək. Kimlər bundan yararlanmayacaqsa, rəqabətə tab gətirə bilməyəcək. Bu səbəbdən yeni hüquqi yanaşmalar hazırlanarkən iki məqsəd paralel qorunmalıdır. Həm vətəndaşların hüquqları və reputasiyası qorunmalıdr, digər tərəfdən isə innovasiya, yaradıcılıq və açıq informasiya istehsalına, xəbər istehsal edən qurumlara maneçilik yaradılmamalıdır".


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://unikal.az
archiveBu xəbər 12 Mart 2026 17:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see375

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see336

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see330

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see323

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see322

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see317

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see309

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see302

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see299

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see275

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see267

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see259

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see257

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see251

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see250

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see246

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see233

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see213

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see209

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri