Icma.az
close
up
RU
Xəbər saytları kiberhücumlara niyə davam gətirmir? Ekspert rəyi

Xəbər saytları kiberhücumlara niyə davam gətirmir? Ekspert rəyi

Icma.az, Bakupost portalına istinadən məlumat verir.


Məlum olduğu kimi, bu günlərdə "Global Media Group"un nəzdində fəaliyyət göstərən onlayn resurslara kütləvi haker hücumu olub. Nəticədə kiberhücumlarla əlaqədar "Report.Az", "Oxu.Az", "Media.Az", "Baku.ws", "Caliber.Az" saytlarının və "Baku TV"nin fəaliyyətində problem yaranıb. Serverlərə və saytların panelinə sızmalara cəhd edilib və onların ana səhifələrinə şəkillər yerləşdirilib.

Ekspertlər deyir ki, saytlarda təhlükəsizlik tədbirləri yetərli səviyyədə olmadığı hallarda sistemlər kibercinayətkarlar üçün açıq hədəfə çevrilir. Platformalar ələ keçirilir və onlar vasitəsilə “mesajlar” verilir. Eyni anda bir neçə saytın haker hücumuna məruz qalması təhlükəsizlik baxımından boşluqların olduğunu göstərir.

İnformasiya texnologiyaları (İT) üzrə ekspert Elvin Həsənov Bakupost.az -a bildirib ki, hücumlar ən çox hər hansı proqram təminatında təhlükəsiz çatışmazlıqlarının yayımlanmasından həmin xəta ilə bağlı yeniləmənin tətbiqinədək olan qısa zamanda reallaşdırılır. Buna görə də bütün kompyuter və qurğularda proqram təminatlarını davamlı şəkildə yeniləmək çox vacibdir:

“Potensial hücumlar və sızmaların vaxtında aşkar edilməsi üçün log analiz sistemləri, təhlükəsizlik siqnallarını avtomatik izləyən proqram təminatları istifadə olunmalıdır. Saytların təhlükəsizlik zəifliklərinin aşkar olunması üçün mütəmadi olaraq penetrasiya testləri aparılmalı və aşkarlanan boşluqlar dərhal aradan qaldırılmalıdır. Eyni zamanda, hər hansı kiberhücum zamanı məlumat itkisini minimuma endirmək üçün server və verilənlər bazalarının mütəmadi ehtiyat surətləri saxlanmalıdır. Bunlar diqqət edilməli olan məqamlardır”.


“Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, hansısa “qüvvələr” Azərbaycanın informasiya məkanını zəiflətməyə və təsir altına salmağa çalışır:

“Xəbər saytları müharibə mərkəzi hesab olunduğu üçün onlara hücum daha kəskin olur. Kibertəhlükəsizliyin düzgün qurulmaması informasiya müharibəsini uduzmaq deməkdir".

Osman Gündüz deyir ki, hakerlər saytlara girərkən, orada boşluq tapan kimi avtomatik serverə daxil olurlar. Nəticədə burada istədiklərini edə bilirlər:

“Peşəkar səviyyədə təşkil olunan kiberhücumdan qorunmaq bir qədər çətindir. Sadəcə olaraq, minimum təhlükəsizlik tədbirləri var. Buna görə də, xəbər saytları müvafiq təhlükəsizlik məsələlərini icra etməlidir. İlk öncə saytlar hazırlanan zaman onun təhlükəsizliklə bağlı problemləri həll edilməlidir. Xəbər saytlarında bu məsələlərə xüsusi diqqət yetirilməsi, mütəxəssisin sayta daim diqqət etməsi və daha keyfiyyətli resursların hazırlanması vacibdir. Kibertəhlükəsizlik gücləndirilməli, müdafiə sistemləri yenilənməli və mümkün hücum ssenarilərinə qarşı proaktiv tədbirlər görülməlidir. Əks halda, bu cür hücumlar davam edə və daha ciddi fəsadlara səbəb ola bilər”.

Sevinc,

BakuPost


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:163
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 24 Fevral 2025 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see325

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see305

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see286

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see286

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see281

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see276

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see274

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see248

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see236

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see235

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see234

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see232

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see228

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see219

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see215

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see213

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see209

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri