Icma.az
close
up
RU
“Xəbərdarlıq edildi ki, çıxmasanız sizin üçün yaxşı olmayacaq” Qərbi azərbaycanlı acı xatirələrini danışır

“Xəbərdarlıq edildi ki, çıxmasanız sizin üçün yaxşı olmayacaq” Qərbi azərbaycanlı acı xatirələrini danışır

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ağstafa, 7 fevral, Vüsalə Cənnətova, AZƏRTAC

Qərbi Azərbaycan ərazisində bu torpaqların əzəli sahiblərini dəfələrlə deportasiyaya məruz qoyan ermənilər xalqımızın qədimliyini əks etdirən, dünənini, köklərini, şəcərəsini xatırladan tarixi sübutları məhv edib, dağıtmağa çalışsa da, həqiqətə xələl gətirə bilməyiblər. Qərbi Azərbaycanın qədim türk torpaqları, azərbaycanlıların əzəli yurd yeri olmasını sübuta yetirən bir çox məqamlar kimi, insanların yaddaşındakı xatirələr də toxunulmaz qalıb. Həqiqət onun alovunu daşıyan qəlbləri yandırsa da, ədalətin öz yerini tapacağına inam bu ağrını azaltmağa yetib.

Qərbi Azərbaycanın Loru mahalının Qızıl Şəfəq kəndində doğulub-boya-başa çatmış Məhəmməd Musayev də bir gün doğma elinə geri dönəcəyinə çox inanır, orada keçirdiyi illərə dair xatirələri göz-bəbəyi kimi qoruyub, saxlayır. Onları AZƏRTAC-ın bölgə müxbiri ilə paylaşan 66 yaşlı Məhəmməd müəllim deyir ki, doğruları dilə gətirib danışmaqla sanki yurduna olan borcunu az da olsa ödəyir. “Doğma Qızıl Şəfəq kəndi bir-birinə bitişik üç təpə üzərində yerləşir, bir tərəfi düzənlikdir. Böyüklərdən eşitdiyimə görə, monqol istilası zamanı kəndimizin adı Cüycikənd olub, sonradan 1935-ci ilədək Cücəkənd adlandırılıb. 1988-ci ildə ermənilər bizi deportasiya edənə qədər Qızıl Şəfəqdə 300 ev olub. Bizim kənddə də, ətraf kəndlərdə də ancaq azərbaycanlılar yaşayıb”, - deyə Məhəmməd Musayev bildirir.

Onun sözlərinə görə, kəndin təbiəti səfalı, torpağı münbit olub. Əhalisinin əsasən əkinçilik, heyvandarlıqla məşğul olduğu kənddə tam orta məktəb, tibb məntəqəsi, məscid, mədəniyyət evi də var idi. “Mədəniyyət evində tamaşalar, filmlər nümayiş etdirilirdi. Onlara həvəslə tamaşa edərdik. Sakinlər əkin-bişinlə məşğul olub, mal-qara saxlayırdı, kitaba, elmə, mədəniyyətə də maraq vardı. Məktəbimizdə savadlı müəllimlər olub, yaxşı oxuyurduq. Kəndimiz Afad Qurbanov, Miraslan Bəkirli, Mövlud Süleymanlı, Əhməd Oğuz kimi ziyalılar yetişdirib”, - deyən Məhəmməd müəllim onu da əlavə edir ki, ermənilərin azərbaycanlı gənclərin inkişafına maneələr yaratması səbəbindən ali təhsilini Azərbaycanda almalı olub. Buna baxmayaraq, yenidən doğma yurduna geri dönüb və Soyuqbulaq, Qaraqala kimi yaşayış məntəqələrində müəllim işləyib.

“Soyuqbulaq yaxınlığında qayaüstü rəsmlər aşkar edilmişdi. Dedilər ki, bu rəsmlər Orxan-Yenisey, Gəmiqaya abidələrində olduğu kimidir. Bizim kənddə də Bala Təpə deyilən yerdə qədim alban abidəsi olub, sonra ermənilər abidəni sökdülər. İki qəbiristanlıqdan birində Qazaxın Aslanbəyli kəndində yaşamış Hacı Əfəndinin qardaşı Hacı Xəlil dəfn edilmişdi. Orada qədim alban qəbirləri də var idi. Deportasiyadan sonra ermənilər oranı da dağıdıblar”, - deyən müsahibim bildirir ki, onlar bu yolla yurdun azərbaycanlılara aid olması faktini itirməyə çalışıblar.

Məhəmməd Musayev erməni məkrindən ilk olaraq babasının danışdıqları əsasında xəbərdar olub. Daha sonra isə özü də ermənilərin azərbaycanlılara etdiyi haqsızlıqların canlı şahidinə çevrilib. “Babam 1918-ci ildə kəndimizdə azərbaycanlıların deportasiyaya məruz qalmasından danışmışdı. Kənddə Lala və Haley bulaqları var idi. Məktəbi bitirəndə məzunlar o bulaqların başında şənliklər təşkil edirdilər, Qurban və Novruz bayramlarını keçirirdik. Deportasiyadan öncə erməni məmurlardan biri bizim Novruz şənliyinə qatılıb, duz-çörək kəsmişdi. Onu rayon mərkəzinə dönən kimi özünkülər qalstukundan asıb öldürmüşdülər”, - deyən həmsöhbətim xatırlayır ki, ermənilərin təzyiqləri 1988-ci ildə lap dözülməz hal alıb. Onlar azərbaycanlıları dədə-baba yurdlarından qovmaq üçün əllərindən gələni ediblər. “Bir dəfə bibimoğlu ilə yol gedəndə avtomobilimizin qarşısını kəsib, bizi qəzaya salmaq istədilər. Bir təhər canımızı qurtardıq. Mənim yeni doğulan oğlumu xəstəxanada dəyişdirmişdilər. Həyat yoldaşım ayıq-sayıq davranaraq səs-küy salmışdı, məcbur olub körpəni geri qaytarmışdılar”.

Həmsöhbətim deyir ki, 1988-ci ilin soyuq qış aylarında ermənilərin azərbaycanlıları deportasiya etmələri, buna qarşı çıxanları isə vəhşicəsinə öldürdükləri barədə xəbərlər Qızıl Şəfəqə də gəlib çatıb. Kəndə ərzaq məhsulları gətirilməsinə icazə verilməyib, rayon mərkəzi ilə gediş-gəliş kəsilib. Əhali baş verənlərdən xəbərdar olsa da, heç kim kənddən çıxmaq istəməyib. “Sovxozumuzun direktoru Bayram Əlləzov da deyirdi ki, bizə heç nə etməzlər, kəndi tərk etməyək. Ona xəbərdarlıq edildi ki, çıxmasanız sizin üçün yaxşı olmayacaq. Hər kəs göz yaşları içərisində, mal-mülkünü qoyaraq Qızıl Şəfəqi tərk etdi, Şamaxının Kərkənc kəndinə üz tutmalı oldu”, - deyən müsahibim ailəsi, 4 övladı ilə birgə doğma kəndini ən son tərk edənlərdəndir. Hər daşı, hər divarı yaddaşına köçürmək üçün günlərlə kəndin küçələrini gəzib. “Ata yurdumdan ayrılmaq ölümdən betər idi. Babalarımın, nənələrimin qəbirləri, evimiz, uşaqlığım, gəncliyimlə vidalaşırdım. Eşitmişəm ki, erməni vandalları artıq oradakı evlərin əksəriyyətini dağıdıblar. Son günlər sovxoz direktoru Bayram müəllimin yerinə bir erməni təyin etmişdilər. Bir dəfə onun balaca oğlu bizə baxıb dedi ki, biz türklərə nifrət edirik, türklər düşməndir, buralar bizimdir. Bunlar uşaqlarını da nifrətlə bəsləyirmişlər, haqsızlıq, dağıtmaq onlar üçün doğma əməllərdir”, - deyə Qərbi azərbaycanlı vurğulayır.

Hazırda Ağstafada yaşayan Məhəmməd Musayev bir gün doğma yurduna qovuşacağı günü inamla gözləyir. “Qərbi azərbaycanlıların qayıdış hüququnun reallaşması tarixi zərurətdir. Bu prosesin uğurla həyata keçirilməsi Azərbaycan Prezidentinin liderliyi, doğru siyasəti, Qərbi azərbaycanlıların ləyaqətli qayıdışa inancı sayəsində mümkün olacaq”, - deyə müsahibim bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:155
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Fevral 2025 17:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see192

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see156

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri