Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Xəbəri 4 hissəyə bölmək peşəkar jurnalistika deyil …

Xəbəri 4 hissəyə bölmək peşəkar jurnalistika deyil …

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

Fikir və söz azadlığı yalnız danışmaq hüququ deyil, həm də cəmiyyətin özünə güzgüdə baxmaq cəsarətidir. Məlumatın sürətlə yayıldığı bir dövrdə əsas problem informasiyanın çoxluğu yox, reallığın çoxluq içində itib-batmasıdır. Plüralizm fərqli fikirlərin sadəcə mövcudluğu ilə deyil, onların dinlənildiyi, müzakirə olunduğu və ictimai qərarlara təsir göstərə bildiyi mühitdə məna qazanır. Elə buna görə də bu gün əsas sual sözün nə qədər çox deyilməsi deyil, onun nə qədər məsuliyyətli, dəyərli və cəmiyyət üçün faydalı olmasıdır.

Bu dəfə Bizimyol.info xəbər portalının suallarını Milli Məclisin deputatı Hikmət Babaoğlu cavablandırdı:

-Hikmət müəllim, demokratik cəmiyyətlərdə fikir, söz və məlumat azadlığı fundamental prinsiplərdən hesab olunur. Sizcə, Azərbaycanda bu azadlıqların təmin edilməsi ilə dövlətin milli təhlükəsizlik, ictimai asayiş və sabitlik maraqları arasında optimal balans hansı mexanizmlərlə qorunmalıdır?

- Azərbaycanda söz və mətbuat azadlığı, siyasi plüralizm, fikir azadlığı, siyasi düşüncə azadlığı, din və etiqad azadlığı Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapmış fundamental hüquqi müddəalardır. Ona görə də bu istiqamətdə sırf hüquqi kontekstdə heç bir problem yoxdur.

Amma söz və mətbuat azadlığı, insan hüquqları və fərdin azadlıqları cəmiyyət üzvlərinin bu anlayışları necə qavramasından keçən məsələlərdir. Kim söz azadlığını, fikir plüralizmini necə dərk edir? Əgər bütün azadlıqların mahiyyətini dərk etməkdə heç kəsin problemi yoxdursa, o zaman söz və mətbuat azadlığında da heç bir problem yoxdur. Amma kimsə öz azadlıqlarını cəmiyyətin digər üzvlərinin azadlıqları ilə, cəmiyyətin inkişaf tendensiyaları və normaları ilə uzlaşdıra bilmirsə, o zaman problem yaranır. Yəni birinin öz azadlığı hesab etdiyi hadisə, başqa birinin azadlığının məhdudlaşdırılmasına gətirib çıxarır. Birinin söz azadlığı hesab edərək səsləndirdiyi fikir, başqa birinin təhqir olunmasına səbəb olur. Beləliklə, bu artıq hüquqi müstəvidə müəyyən məsuliyyət yaradır. Problem də məhz bundadır. Ona görə də mənə elə gəlir ki, ilk növbədə demokratik dəyərlərin və hüquqi normaların mənimsənilməsi vacib məsələdir. Əgər hər hansı bir ictimai fəal şəxs cəmiyyətin digər ictimai fəal şəxsi ilə, yaxud dövlətlə, yaxud da cəmiyyətin digər üzvləri ilə empatiya qurmağı, yəni özünü onun yerinə qoymağı bacarırsa, mənə elə gəlir ki, problemlərin 50 faizi artıq həll olunmuş olar. Amma bəzi hallarda bunu düşünmədən, öz azadlığı hesab etdiyi sözün başqasının azadlığını nə qədər tapdaladığına fikir vermədən müəyyən cəhdlər edilir. Bu da nəticədə dediyimiz problemlərin yaranmasına gətirib çıxarır. Ona görə də, əlbəttə ki, Azərbaycanda dövlətin əsas məqsədi ölkədə demokratiyanın, söz və mətbuat azadlığının bərqərar olması, fikir və ideya istehsalının, təşəbbüskarlığın təmin edilməsidir. Bunlar çox vacib məsələlərdir. Çünki əgər cəmiyyətdə təşəbbüskarlıq olmazsa, düşüncə və fikir istehsalı olmazsa, müxtəlif axtarışlar və fərqli baxışlar formalaşmazsa, siyasi palitra yekrəng, yəni birtərəfli olarsa, əlbəttə ki, cəmiyyətin inkişafı da ləngiyər. Azərbaycan bunu həm öz Konstitusiyasında, həm ictimai münasibətlər sistemində, həm də qəbul etdiyi qanunlarda daim müdafiə edir. Yetər ki, biz bu azadlıqlardan doğru və düzgün istifadə etməyi bacaraq.

- Cəmiyyətdə siyasi və ictimai plüralizmin daha da inkişaf etməsi üçün bu gün əsas maneələr nələrdir? Həmin problemlərin aradan qaldırılması demokratik institutların fəaliyyəti və vətəndaş iştirakçılığına hansı müsbət təsirləri göstərə bilər?

-Fikir plüralizmi çox vacib məsələdir. Fikir plüralizmi cəmiyyətin bütün stratalarında, yəni bütün təbəqələrində, aşağıdan yuxarıya qədər, bütün maraq qruplarında və bütövlükdə cəmiyyətin özündə o qədər vacib hadisədir ki, bunun mövcud olması üçün hər birimiz çalışmalıyıq. Amma gəlin görək, fikir plüralizmi deyəndə nə başa düşülür və Azərbaycanda fikir, ideya istehsalının həcmi nə qədərdir? Kim bunu ölçüb? Kim bunu qiymətləndirib?

Fikir olmadan kiminsə tezislərini öz fikri kimi cəmiyyətə sırımaq və bunun hansı fəsadlara gətirib çıxara biləcəyini hesablamamaq mənə elə gəlir ki, nə fikir azadlığıdır, nə söz azadlığıdır, nə də fikir plüralizmidir. Məsələ bundadır.

Hazırda Azərbaycan cəmiyyətinə kənardan müxtəlif vasitələrlə fikirlər ixrac edilir: ideoloji, sosial, mədəni, elmi və ictimai sahələr üzrə. Bir növ, informasiya məkanımız bu cür təzyiqlərə məruz qalır. Pis tərəfi odur ki, bəzi hallarda öz fikri olmayan insanlar yad düşüncələri mənimsəyərək onları özününküləşdirir və həmin fikirləri hansı məqsədlə Azərbaycan mediasına, yaxud informasiya məkanına ötürdüyünü dərk etmədən onların təbliğatçısına çevrilir. Bax, bu qətiyyən doğru deyil və belə olmamalıdır. Ona görə də mən düşünürəm ki, mediada yazı çoxluğunun olması, amma fikrin olmaması da məhz buradan qaynaqlanır.

-Klik naminə xəbərçilik ənənəsi medianın keyfiyyətinə necə təsir edir və bundan çıxış yolu nədir?

- Çox maraqlı bir problem də var. Nəyə görə, məsələn, mediada belə bir ənənə yaranıb ki, bir növ oxucu ilə, informasiya istehlakçısı ilə tapmaca oyunu oynanılır? "Bu nazirlikdə filan hadisə baş verdi". Hansı nazirlikdə? Niyə adını yazmırsınız? Əslində burada məqsəd nədir? Media hesab edir ki, bununla oxucuda maraq yaranacaq, o da xəbəri açacaq və nəticədə oxunma sayı artacaq. Bu formalizmdən qurtarmaq lazımdır. İşarə əvəzliyi ilə cümləyə başlamaq olmaz: "Bu nazirlikdə...", "Bu şəxs..." Hansı nazirlik? Hansı şəxs? Üstəlik, bu, Azərbaycan dilinin qrammatik quruluşuna da uyğun deyil. Azərbaycan dilində cümlənin öz sintaktik quruluşu var. İşarə əvəzliyi ilə cümləyə başlamaq zəruri olmadıqca, bu, dili korlayan amillərdən biridir. Yenə hesab edilir ki, "bu şəxs" ifadəsi oxucuda maraq yaradacaq və o, xəbəri açacaq. Məqsəd yalnız oxunma sayını artırmaqdır.

- Yəqin fikir vermisiniz, bir rəsmi tədbir olur və çıxışçıların fikirləri ayrı-ayrı xəbər kimi yayımlanır…

- Çox təəssüf ki, bəzən rəsmi tədbirlərlə bağlı xəbərlər də hissələrə bölünür, parçalanır və nəticədə xəbərin mahiyyəti itib gedir. Bunun məqsədi nədir? Guya gün ərzində daha çox xəbər istehsal edildiyini göstərmək. Amma siz xəbərdə xəbərlik qoymadınız. Onu bölə-bölə, parçalaya-parçalaya, müxtəlif başlıqlar altında təqdim edə-edə mahiyyətini tamamilə itirdiniz.

Məsələn, rəsmi dövlət xəbəri və ya dövlət rəsmiləri ilə bağlı məlumatdır. Mən nə baş verdiyini öyrənmək üçün eyni media subyektində üç-dörd ayrı xəbəri açmalı oluram ki, nəhayət başa düşüm hadisənin mahiyyəti nədir. Sonra da bunu nailiyyət hesab edirlər ki, guya gün ərzində bu qədər informasiya istehsal olunub, bu qədər fərqli başlıq verilib və bu qədər oxunma əldə edilib. Amma bu artıq xəbərçilik deyil. Bu, xəbərlə və xəbərçiliklə spekulyasiyadır. Ona görə də mən düşünürəm ki, yazılar mütləq məlumatlı olmalıdır və əgər yazı xəbər janrındadırsa, onun daxilində həqiqi xəbər olmalıdır. Kontent başqa məqsədə xidmət edirsə, o da öz tələblərinə uyğun hazırlanmalıdır. Yəni xəbər xarakterli informasiyalar bir istiqamətdir, düşündürücü, məlumatlandırıcı və maarifləndirici kontent isə başqa istiqamətdir. Hər bir janrın öz tələbləri var və həmin tələblər mütləq qorunmalıdır.

İradə Cəlil, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA)

Məqalə, Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.2. fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:113
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 13 İyul 2026 18:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see416

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see350

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see340

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see339

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see316

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see313

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see306

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see263

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see251

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see246

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see239

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see233

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see227

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see221

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see214

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see212

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see204

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see203

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see191

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri